İsrail ordusu raket zərbəsi ilə Qəzzadakı Əhli-Ərəb xəstəxanasını vurub. Hücum nəticəsində ölənlərin sayının 600-ü keçdiyi bildirilir. "Əl-Cəzirə" telekanalı isə ölənlərin sayının 1000-i keçə biləcəyini yazıb. Fələstin Prezidenti Mahmud Abbas hadisə ilə bağlı üç günlük matəm elan edib. Fələstində matəm əlaməti olaraq bayraqlar endirilib.
Mətləb