Oktyabrın 6-da Rusiya Bankı 1000 və 5000 rubl nominalında yeni əskinasları dövriyyəyə buraxıb. Elə əsl söz-söhbət və etirazlar da burdan başlayıb. Xüsusilə, 1000 rubl banknotun arxa tərəfində Kazan Kremlinin ərazisində yerləşən Syuyumbike qalası və saray kilsəsi təsvir edilib ki. Bu da ciddi narazılıq yaradıb. Belə ki, günbəzin üzərində xaç olmayan kilsənin əskinasındakı çap sosial şəbəkə istifadəçiləri arasında suallar yaradıb. Yeni əskinaslara Rus Pravoslav Kilsəsi (ROK) və Federasiya Şurası da münasibət bildirib.
Moskva Patriarxlığının kilsə ilə cəmiyyət və media arasında əlaqələr üzrə sinodal şöbəsinin rəhbəri Vladimir Leqoyda müzakirələrə qoşulub. O, əskinaslardakı təsvirlərin seçiminə “daha diqqətli yanaşmağa” çağırıb ki, “heç bir yerdə gərginlik yaratmasın”. Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Andrey Klişas Leqoydanın bəyanatı ilə razılaşıb. Onun fikrincə, ənənəvi konfessiyaların nümayəndələrinin iştirakı ilə belə məsələlərlə bağlı ictimai müzakirələr keçirmək lazımdır.
“Xaçsız məbəd bizə ateizmin qaranlıq dövrünü xatırladır və əskinaslarda belə təsvirin yerləşdirilməsi ən azı ağılsızlıq və hətta təxribatdır. Həqiqətən ümid edirəm ki, baş verənlər bir daha təkrarlanmayacaq”,- o yazıb.
Mətləb