Kolumbiyada İsrail səfiri ilə bağlı qalmaqal yaşanıb. Belə ki, bu ölkənin XİN rəhbəri Alvaro Leyva, İsrail səfiri Qali Daqanı Kolumbiya prezidenti ilə bağlı açıqlamalarına görə üzr istəməyə və ölkəni tərk etməyə çağırıb. "Dünya diplomatiyası tarixində mühüm bir mərhələ İsrailin Kolumbiyadakı səfirinin Respublika Prezidenti Gustavo Petroya qarşı mənasız təkəbbürü olacaq. Utanıram. Heç olmasa bağışlanma diləyin və uzaqlaşın" deyə Leiva Bazar ertəsi sosial şəbəkədə yazıb.
Kolumbiya Prezidenti ilə İsrail səfiri arasında sosial şəbəkələrdə şifahi "döyüş" Kolumbiya Prezidentinin fələstinlilərə dəstək verməsi və İsraili Qəzza zolağında yanmış torpaq taktikasını tətbiq etməkdə günahlandırmasından sonra baş verib. Q.Dagan cavab olaraq Petro-nun açıqlamalarını lağa qoyub. Bundan əvvəl yaranmış vəziyyətlə əlaqədar İsrail Kolumbiyaya təhlükəsizlik avadanlığının ixracının dayandırıldığını elan etmişdi. Orada Petronun açıqlamalarını "düşmən və antisemitizm"adlandırıblar.
Kolumbiya Prezidentinin özü isə vəziyyəti belə şərh edib: "əgər İsrail ilə diplomatik münasibətləri dayandırmaq lazımdırsa, biz onları dayandıracağıq. Biz soyqırımı dəstəkləmirik".
Mətləb