İranın dəstəklədiyi Livan Hizbullahı yaxın saatlarda İsrailə qarşı hərəkətə keçə bilər. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
Abdullahian canlı yayımda Fələstin qrupları ilə İsrail arasındakı münaqişəni dəyərləndirərkən bildirib ki, bütün variantlar Hizbullahın masasındadır.
"Müqavimət liderləri İsrailin Qəzzada hər hansı yerüstü əməliyyat həyata keçirməsinə, sonra isə digər bölgələrdəki müqavimət qüvvələrinə üz tutmasına icazə verməyəcək. Bütün variantlar Hizbullahın qarşısındadır" - Abdullahian deyib.
İran XİN rəhbəri yaxın saatlarda müqavimət cəbhəsi tərəfindən hər hansı qabaqlayıcı zərbənin endirilməsi ehtimalının gözlənildiyini deyib.
Qeyd dək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də səhər saatlarında “Əqsa tufanı” adlı hücumundan sonra fələstinli qruplarla İsrail arasında qarşıdurmalar davam edir.
TAHİR