“Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur”. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Çin KİV-inə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukrayna əks-hücum zamanı ciddi itkilər verir: “Əks-hücum əməliyyatları iyunun 4-dən davam edir. İndiyə qədər heç bir nəticə yoxdur, yalnız böyük itkilər var”.
V.Putin həmçinin hazırda davam edən döyüşlərin məqsədi barədə də danışıb: "Bu, müharibəyə son qoymaq cəhdidir. Məqsədimiz müharibə aparmaq deyil, 2014-cü ildən davam edən savaşa son qoymaqdır. Biz ötən müddət ərzində müharibənin sülh yolu ilə həlli üçün hər şeyi etmişik”.
Mətləb