Cümə günü, 13 noyabr 2026
     

Lal daşların harayı

Image


Qışın şaxtasında, yayın şahmar ilan kimi çalan günəşində susqun və təmkinli nəzərlərlə ətrafı müşahidə edən yarı qızartdaq, yarı solğun cisimlər. Adına cansız deyilən bu yaradılışların daxilində nə təlatümlər baş verir kim bilir? Hər gün üzərindən adlayıb keçən milyonlarla ayağın çirkini, palçığını vücuduna hopduran və yenə heç nə olmamış kimi öz yerində dayanıb sərtliyini qoruyan təbiət xariqələri. Adına lal deyilən və hər kəsin nəzərində dilsiz olan monoton fiqurlar. Yaşınız neçədir, nə zaman yaranmısınız? Nə qovğalara şahid olmusunuz? Çətin bir bilən tapıla. Sizin yaşınıza sadəcə sizə qucaq açıb dənəvər qolları ilə sakit-sakit sığal çəkən anam torpaq şahiddir. Hamımızın ilk günü, son məkanı olan bu torpağın isə köksündə nə sirlər yatır ?

Yaddaş, yoxsa yad daş?

Hamımızın həyatında az da olsa bir xatirəsi olan bu sal daşların beynimizdə tutduğu yer necədir görəsən? Üzərində oturub uzaqları seyr etdiyimiz, bəzən hüzünlə xəyala dalıb qəhərləndiyimiz, bəzən isə böyük arzulara meydan verdiyimiz kiçik qaya parçaları. Qoca çinarlara qonşu olan üzərlərində qalanan ocaq yerlərinə yuva olmaqdan his tutan qaralan əsrlərin qara daşı. 

Bu gün adına tarix deyirlər sənin. Üzərində yazılan kiçik qeydlər dövrünü bildirir. Yurdumuzun hər guşəsində yaranan, yaşayan və ömrünü bitirib tarix olan abidələr. Əhəmiyyətinə görə bir neçə qrupa bölünən, adları dünya miqyasında səs salan Azərbaycanın tarix və mədəniyyət abidələri.

Eramızdan əvvəlki dövrlərdən iz qoyublar tarix səhnəsində. Bir zamanlar sürü halında yaşayan, qida, istilik və geyimlərdən məhrum olub heç əslində bu məhrumiyyəti də dərk etməyən adlarına mağara adamları deyilən bu insanlar qışın soyuğundan, yayın istisindən qorunmaq üçün sığındıqları qaya içində yaranan təbiət möcüzələri. Azıx, Tağlar, Zar, Buzeyir, Damcılı, Qazma və s. Üzəri mamır bağlamış bu daşların sinələrinə qoyulan işarələrdən qədim insanların məşğuliyyəti, inancları öyrənilir. O dövrün kobud, bəsit əmək alətləri sayılan ərsin, qaşov günümüzdə də istifadə edilir.

Əbəs yerə deməyiblər bizə tariximizi danışan ən dəyərli xəzinə abidələrimizdir. Daşdan, tuncdan, bürüncdən yonulan heykəllər. Ah bir dili olsa tarixin neçə qaranlıq qatına ayna tutardı kim bilir? Mağaralarda sığınaq tapan idrakdan, nitqdən məhrum insan sürülərinin özlərinə xas çətin həyatlarında, belə çətinliklərdən yaxa qurtarmaq üçün inam yeri kimi bəllədikləri göyün əl çatmayan qatlarında olan daim parlaq göy cisimlərini, yoxsa mübarizə etməkdən aciz olduqları heyvan kəllələrinin üzərində cızdıqları işarələrimi? Cavabı bu günün insanları üçün sirli olan daha neçə suallar. Bu sualların ən mükəmməl cəhəti elə cavabsız olmalarındadır deyə düşünürəm.

Yazının bu məqamında  öz ruhumu xəyal adlı ilham pərimin qanadlarına təslim edirəm. Bundan sonra gələn söz sıralarının hakimi də odur, məhkumu da.

İlham pərimin qonağı olduğu ilk qapının kandarında bir nurani qoca ilə ağbirçəkli qarı dayanıb buyur edir qonağını. Adına Zaman deyilən bu qocanın dəyirmanında çox döşünə döyən, özünə isə mənəm deyən hakimi dövranlar üyüdülərək keçib. Həyat qarı isə onların üzərinə sərildiyi çuvalın ağızını düyünləyib. Eh kimlər sakin olmayıb ki, bu cahana? Nə hakimlər öz hökmünü yazmayıblar sal daşlar üzərinə? Gün gəlib bu əbədiyaşarlığa iddialı cahangirlər də köçüb bir övuc torpağa çevriliblər. Ancaq onların izləri olan abidələr daim var olublar yer üzündə.

Başı buludlara meydan oxuyan Gülüstan qalası, Fit dağı, Pirdirəki ilə hüdudlanan qədim Şamaxı. Dəfələrlə baş verən zəlzələlərin gətirdiyi dağıntılar nəticəsində necə qədim tarixi hopdurub dərin qatlarına. Azərbaycanın ən qədim dövlətçilik ənənələrinin bariz nümunəsi olan Buğurd qalası, Gülüstan və Azərbaycanın bir sıra bölgələrində müdafiə istehkamı məqsədi ilə inşa edilən Qız qalası, neçə əsrlik yaşı olan bu gün də öz varlığını qoruyub Cümə məscidi bunlar kimi daha neçə tarix və mədəniyyət incisi. Tarixin sonraki dövrlərində zəlzələ təhlükəsindən qorunmaq üçün qədim Şirvanşahlar dövlətinin sarayı paytaxt Bakıya köçürülür. Bəhz edilən saray bu gün də ölkəmizə gələnlərinn marağını cəlb edir.

Azərbaycanın bir digər zəlzələ qurbanı olan qədim şəhəri isə Gəncədir. Şeyx Nizami, Məhsəti yurdu olan ulu Gəncə. Çar zülmkarlarını qarşısında diz çökdürüb bu şəhərə mənim meydimin üzərindən keçib sahib ola bilərsiniz deyən və ölüm ayağında belə sözünə xilaf çıxmayan Cavad xan diyarı olan  şəhərin də ən böyük itkiləri məhz Allah tərəfindən gələn bəlanın fəlakətini fürsətə çevirən yadelli işğalçıların qəsb etdikləri qədim darvazalardır ki, bu gün də Gürcüstanda sərgilənir. İmamzadə, Nizami türbəsi, Cavadxan məqbərəsi kiçik həcmli məqalənin içərisində yazıla biləcək ən kiçik məqamlardır.

Xəzərin sahilində Abşeronun ləpədöyən qumlarının hər səhər salam deyib, hər axşam şirin yuxular diləyən küləklər şəhəri Bakı. Möhkəm qala divarları ilə əhatə edilən içəri şəhər, əkinçilərin, sənətkarların və daha neçə-neçə əli qabarlı zəhmətkeş zümrənin məskunlaşdığı bayır şəhər. Dairəvi, dördbucaq formalı və tikilişli Ramana, Mərdəkan qalaları, Atəşgah, Yanardağ  daha neçə tarix mədəniyyət abidələri. Dini abidələrin isə sayı bu diyarı məskən tutan insanların əqidəsinin saflığından xəbər verir.

Məsudun oğlu Davudun qülləsi olan Qız qalası.  Qoşa qala qapılarının içərisidə həm daş hasarlar, həm də ağzı dualı, üzü nurlu pirani qocaların xeyir-duaları ilə qorunan ölümsüz tarix.  Nəyin ki, bir məqaləyə böyük cildli kitablara belə sığmayan qəhrəmanlıq tariximiz.

Bir zamanlar uçulub dağılmağa məhkum olan  tarix və mədəniyyət abidələrimiz bu gün dövlət səviyyəsində qorunur. Heydər Əliyev fondunun dəstəyi ilə xüsusi diqqət və qayğı göstərilən onlarla tarix və mədəniyyət incimiz bu gün    ÜNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Xüsusi bərpa və konservasiya işləri aparılaraq dünya miqyasında tanınır.

Əlbəttə ki, biz bu yazıda yalnız bir neçə tarix və mədəniyyət abidələrinin səthi şəkildə adlarını qeyd etməyə nail olduq. Çünki, yurdumuz o qədər qədim və zəngin tarix sərvətinə malikdir ki, bu mövzuda silsilə məqalələr yazılmalıdır zənnimizcə. Bu yazının isə ana xəttini təşkil edən bədiilik tariximizə, çoxlarinin hissdən, duyğudan uzaq daş yığını kimi baxdığı  zahirən dilsiz görünüb bətnində isə nə dastanlara sinədəftər olan abidələrə könül dünyamızdan nəzər saldıq.

Elə ona görə də ürəklə deyə bilərik lal daşların harayı onlardan daha sərt olan ürəkləri belə parçalaya bilir.

Rəfiqə RAFİQQIZI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ