Cümə günü, 13 noyabr 2026
     

DİM-in test imtahanlarında “saxta əvəzedicilər” cinayəti - bu necə mümkün olur...

Image


İmtahan prosesi bütün hallarda ictimaiyyətin ciddi-cəhdlə izlədiyi bir hadisədir. Orta məktəb imtahanlarından tutmuş, ali məktəb və doktorantura imtahanlarına qədər bu istiqamətdə yaşanan canlanma, olaylar diqqət mərkəzindədir.

Son illər ali məktəblərə qəbul qaydalarında aparılan müəyyən dəyişikliklər şəffaflığın təmin edilməsinə hesablansa da, çox təəssüf ki, bəzən bu sahədə də neqativlərin olduğu diqqətdən yayınmır. Bu neqativ hallardan biri başqasının yerinə imtahan verən insanlarla bağlıdır. Çox təəssüf ki, bəzi abituriyentlər əziyyət çəkib intahan vermək əvəzinə, müxtəlif şirnikləndirici vədlər qarşılığında başqasını öz yerinə imtahan verməyə cəlb edə bilir. Məlum olduğu kimi, indiyə qədər başqasının yerinə imtahan verən şəxslərlə bağlı bir neçə cinayət işi qaldırılıb və onların bu hərəkətinə hüquqi qiymət verilib.  

Qeyd edək ki, hətta Konstitusiya Məhkəməsində də bununla bağlı prosesə baxılıb və başqasının yerinə imtahan vermək istəyənlərin hüquqi məsuliyyətinə dair fikirlər bildirilib.

Verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir. APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarında əksini tapıb.

Cinayət Məcəlləsinin 320.1-ci maddəsində qeyd edilir ki, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilib ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.

Bir müddət əvvəl Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hüquq verən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh olunmasını xahiş edib.

Müraciətdən görünür ki, T.Alışanlının Cinayət Məcəlləsinin 29 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktına əsasən, o, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə 26 iyul 2018-ci il tarixində keçirilən qəbul imtahanında abituriyent qismində iştirak etməli H.Quliyevin əvəzinə iştirak etməsinə dair təkliflə razılaşaraq, onun şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini əldə edərək imtahana gedib həmin sənədləri Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (bundan sonra – Xüsusi Dövlət Mühafizə Xidməti) əməkdaşlarına təqdim edib. Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən T.Alışanlının H.Quliyev olmadığı müəyyən olunaraq imtahan zalına buraxılmasının qarşısı alınıb. Bununla da T.Alışanlı Dövlət İmtahan Mərkəzi tərəfindən H.Quliyevin adına kodlaşdırılmış, imtahan vermək və müvəffəqiyyət balı topladığı halda ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq hüququ verən rəsmi sənəd olan cavab kartına sonuncunun adından məlumatları yazmağa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək rəsmi sənəd olan cavab kartını istifadə etmək məqsədilə saxtalaşdırmağa cəhd edib.

Mətbuatda yer alan müraciətedənin mövqeyinə görə, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında göstərilən saxtalaşdırmanın hansı hərəkətləri ehtiva etməsi konkret göstərilməyib. T.Alışanlı imtahana daxil olmaq üçün istifadə etdiyi sənədlərdə (şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsində) hər hansı düzəliş və dəyişiklik etməmiş, habelə o, imtahanda iştirak etsə idi, cavab kartına H.Quliyevə aid məlumatları yazacaq və onun yerinə imtahan suallarını cavablandıracaqdı. Formal yanaşıldıqda T.Alışanlının cavab kartına yazacağı məlumatların yanlış olmadığı, məhz həmin cavab kartına yazılmalı olan məlumatlar olduğu müəyyən edilir. Bu baxımdan, T.Alışanlının qanunazidd davranışı özünü başqa şəxs, yəni H.Quliyev kimi təqdim etməsindən ibarətdir və bu əməldə Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş saxtalaşdırmanın mövcudluğu suallar yaradır.

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi T.Alışanlının qanunsuz olaraq başqa şəxsin adından həmin şəxsə aid olan məlumatların hüquq verən rəsmi sənədə daxil edilməsinin Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında göstərilən saxtalaşdırma hesab olunub-olunmamasına hüquqi aydınlıq gətirilməsini xahiş edib.

Bundan başqa, Dövlət İmtahan Mərkəzinin (DİM) 2018-ci ildə keçirdiyi qəbul imtahanlarında başqasının yerinə imtahana girmək istəyən şəxslərin aşkarlandığı və barəsində cinayət işi qaldırıldığı məlumdur. Qeyd edək ki, həmin hadisə zamanı 2 şəxs aşkar olunub və DİM-in şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində həmin abituriyentlərin bu hərəkətə yol verməsinə şərait yaradan şəxslərə qarşı cinayət işi başlayıb.

Saytların verdiyi məlumata görə, olayla bağlı Göygöl sakini Təbib Alışanlı və Gəncə sakini İbadət Novruzov cinayət məsuliyyətinə cəlb ediliblər. Mətbuatda qeyd edilir ki, həmin şəxslər rəsmi sənədləri saxtalaşdırmağa cəhd ediblər. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 178.2.3-cü (dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanmışdı.

Məlumat üçün bildirək ki, DİM-in 2018-ci ilin aprel ayı ərzində keçirilən buraxılış imtahanlarında baş verən hadisələrlə bağlı yaydığı məlumatlara baxdıqda burada müxtəlif neqativ halları görürük.

Həmin dövrdə mətbuatda gedən məlumatda qurum tərəfindən bildirilirdi ki, 7, 14 və 21 aprel tarixlərində keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən, ümumilikdə, 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub. İlkin məlumatlara əsasən, aprelin 28-də keçirilən imtahanlarda da 17 nəfər tərəfindən qayda pozuntusu (5 – mobil telefon, 10 – sual kitabçalarının dəyişdirilməsi, 1 – çoxfunksiyalı elektron cihaz, 1 – başqasının yerinə imtahan binasına daxil olmağa cəhd ) halına rast gəlinib.

Bundan əlavə, başqa bir imtahan prosesində 3 nəfərin başqasının yerinə imtahan verməyə cəhd göstərməsi aşkarlanmışdı. DİM-dən bildirilirdi ki, imtahanda ciddi nöqsanlara yol verən bir neçə abituriyent aşkar edilib. Həmin dövrdə Dövlət İmtahan Mərkəzinin Təşkilati metodiki təminat və təlimlər sektorunun müdiri Adıgözəl Həbibov mətbuata bildirmişdi ki, başqasının yerinə imtahan vermək cəhdi ilə əlaqədar 3 fakt qeydə alınıb. Belə ki, həmin şəxslər üztanıma cihazı vasitəsilə aşkar edilərək imtahana buraxılmayıblar.

10 fevral 2019-cu il tarixində də analoji hadisə barədə mediada informasiyalar gedib. Hətta bunun sınaq imtahanlarında da baş verdiyinə dair məlumatlar var.

2019-cu ildə respublikanın müxtəlif təhsil müəssisələrində təşkil olunan qəbul imtahanında bu halların yaşanması faktları mövcuddur. Şəffaflığın təmin edilməsi məqsədilə DİM bir sıra addımlar atsa da, hər imtahanda xoşagəlməz hallara rast gəlinir. Bunlardan biri də hər hansı şəxsin abituriyentin əvəzinə imtahana daxil olması kimi situasiyadır ki, bununla bağlı artıq DİM böyük narahatlıq keçirir.

Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı açıqlamada bildirilir ki, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarına da rast gəlinir: “Ötən illərin statistikasına nəzər salsaq imtahanlarda aşağıdakı qayda pozuntularının daha çox təkrar olunduğunu müşahidə edə bilərik: imtahana mobil telefonla daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi. Məlumdur ki, hər bir imtahan nəticəsi elan olunarkən DİM tərəfindən imtahanda baş vermiş qayda pozuntuları haqqında da məlumat verilir və imtahanlardan xaric olunmuş abituriyentlərin sayı göstərilir, onların nəticələrinin ləğv olunması elan edilir.

Bu qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahanda iştirak etməli olan şəxsin əvəzinə başqa birinin imtahan verməsi və ya ona cəhd etməsidir. Bu, tələbə qəbulu qaydalarında da öz əksini tapıb. Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4-cü bəndində abituriyentin yol verməsi qadağan olunan hərəkətlər müəyyən edilib. Bu hərəkətlərdən biri məhz saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərməkdir.

Bütün bunlara qarşı Dövlət İmtahan Mərkəzi digər əlaqədar qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirir”.

DİM-dən verilən məlumata görə, hələ ötən il Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən imtahan zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb. O zaman müəyyən olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

DİM-dən verilən açıqlamaya görə, bundan sonra başqasının yerinə imtahan verənlərə qarşı cəzalar daha da sərtləşdiriləcək.

  • Məlahət Mürşüdlü: “Saxta abituriyentlər, sadəcə, başqasının yerinə imtahan verməyə cəhd edirlər”

Tanınmış təhsil eksperti Məlahət Mürşüdlü bildirdi ki, başqasının yerinə imtahan verən şəxslər əsasən müxtəlif ali məktəblərin tələbələridir. Onların maddi imkansızlıqdan bu addımı atdığını deyən M.Mürşüdlünün sözlərinə görə, bu işə çox zaman həmin gəncləri qəbul imtahanına gələn abituriyentin valideynləri vadar edir, nəticədə isə həmin gəncin də gələcəyi məhv olur. “Bilirsiniz ki, bizim ali məktəblərdə başqasının yerinə imtahan verməyə cəhd edən tələbələr dərhal aşkarlanır və onlara qarşı hüquqi müstəvidə tədbirlər görülür. Aydındır ki, bu cinayətə əl atan tələbənin hansısa bir abituriyentin yerinə imtahan verməyə cəhd göstərməsi, birmənalı olaraq, maddi qarşılıq müqabilində baş verir. Valideyn istəyir övladı ali məktəbə daxil olsun, amma onun övladının biliyi olmadığı üçün, ata-ana pul müqabilində başqa bir gənci övladının yerinə imtahan verməyə sövq edir. Başqasının yerinə imtahan verən gəncin bu addımı aşkarlanarkən o oxuduğu ali məktəbdən qovulur, barəsində cinayət işi qaldırılır. Sizə deyim ki, başqasının yerinə imtahan vermək istəyənlər prosesin ilk mərhələsindəcə aşkarlanır və imtahandan uzaqlaşdırılır. Bu gün DİM tərəfindən imtahanın təşkili o səviyyədə qurulub ki, burada baş verən qeyri-şəffaflığı dərhal aşkarlamaq mümkündür. Bizdə il ərzində üç-dörd belə fakt aşkarlanır və həmin faktlara da hüquqi qiymət verilir. Bu gün texnologiya o şəkildə inkişaf edib ki, o insanlar başqalarının yerinə imtahan verməyə cəhd etsələr də, sona qədər bu prosesin iştirakçısı ola bilmirlər. Saxta abituriyentlər, sadəcə, başqasının yerinə imtahan verməyə cəhd edirlər” - deyə M.Mürşüdlü qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ