Cümə günü, 13 noyabr 2026
     

Məktəblərdə müəllimlərin şagirdlərə əlavə tapşırıqları - Dərsliklər proqramı tam əhatə edirmi...

Image


Yeni tədris ilinin ikinci həftəsindəyik. Dərslər başlayar-başlamaz, bəzi müəllimlərin bir-bir yeni tələbləri meydana çıxmağa başlayıb. Bunlardan biri də valideynlərə əlavə dərs vəsaitləri aldırılması ilə əlaqədardır.

Halbuki, dəfələrlə Təhsil Nazirliyi rəsmiləri bəyan ediblər ki, məktəblilərin istifadəsinə verilən dərsliklər tam olaraq dərs proqramını əhatə edir və əlavə vəsaitlərə ehtiyac yoxdur. Lakin orta məktəb müəllimləri valideynlərə bildirirlər ki, tədris üçün istifadə edilən dərsliklər orta məktəb proqramını tam əhatə etmir və bu səbəbdən də əlavə vəsaitlərə ehtiyac var. Artıq bir neçə fənn üzrə iş dəftərləri, müxtəlif testlərin alınması tələb olunur. Müəllimlər qeyd edirlər ki, yalnız mövcud dərsliklərdən istifadə etməklə fənləri şagirdlərə mənimsətmək olmaz. Hətta onlar qeyd edirlər ki, müxtəlif mərkəzlərin keçirdikləri sınaq imtahanlarında test suallarına dərsliklərdə olmayan mövzular da salınır, şagir alternativ vəsaitlərdən istifadə etmədikdə bu suallar qarşısında aciz qalır. Bəzi müəllimlərin iddiasına görə isə, ümumiyyətlə, Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan açıq və qapalı tipli test suallarına da dərsliklərdə olmayan mövzular daxil edilir.

Doğurudanmı mövcud dərsliklər dərs proqramını tam olaraq əhatə etmir?

Mövzu ilə əlaqədar dərslik müəllifləri ilə əlaqə saxladıq. Dərslikləri onlar yazdıqları üçün bu suala da onların cavab verməsi daha uyğun sayılır.

  • Rafiq İsmayılov: “Dərsliklərin dərs proqramını əhatə etməməsi ilə bağlı fikirlər həqiqəti əks etdirmir”

Tanınmış dərslik müəllifi Rafiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, yazılan dərsliklərin proqramı əhatə etməməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır. “Bütövlükdə, dərsliklərin dərs proqramını əhatə etməməsi ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Dərsliklər dərs proqramını əhatə edir. Burada bir məsələ də var ki, təqdim edilən dərslik bir minumum olaraq dövlət tərəfindən məktəblərə pulsuz olaraq verilir. Ancaq daha effektivliyə nail olmaz üçün, istər-istəməz, əlavə vəsaitlərə ehtiyac yaranır. Siz baxsanız, müəllimlər uzaqbaşı 2-3 vəsait tələb edə bilər. İngilis dilinin öyrədilməsi üçün isə onlarla vəsaitə ehtiyac var. Valideyn müəllimin tələb etdiyi əlavə vəsaiti ala da bilər, almaya da. Bəzən alınan vəsaiti sinifdə saxlayırlar. Ancaq Azərbaycan spesifikası belədir ki, dərslik belə qurulub - minimum. Bu səbəbdən də əlavə vəsaitlərə həmişə ehtiyac olur. Bir məsələ də var, o vəsaitlərin nə dərəcədə düzgün seçilməsi ilə bağlıdır. Bu gün müxtəlif vəsaitlər kitab mağazalarını başına götürüb. Hər nəşriyyat bir müəllim tapıb ki, müəllim onun buraxdığı vəsaitləri şagirdlərə tövsiyə etsin. Bu başqa məsələdir. Vəsaitlərin seçimi hədsiz dərəcədə çətindir. Dərslik hər şeyi əhatə edə bilməz. Biz indi birinci siniflər üçün ehtiyat dərsliyin üzərində işləyirik. Hər kəs deyir ki, həmin dərslikdə şagirdi oxutmaq üçün vəsait azdır. Gərək biz onun yanında “hecadan oxu”, “sinifdən xaric oxu” vəsaitlər də buraxaq. Çünki dərsliyi bu cür mətnlərlə doldursaq, onda o tapşırıqları, mövzuları qurmağa yerimiz qalmır. Təhsil Nazirliyi deyir ki, 160 səhifədən ibarət, filan formatda dərslik hazırlayın. 340 saatı 160 səhifəyə yerləşdirmək olmur” - deyə R.İsmayılov bildirdi.

  • Xanım Qasımova: “Məktəblərdə tədris edilən dərsliklər proqramı əhatə edir”

Digər tanınmış dərslik müəllifi Xanım Qasımova da hesab edir ki, yazılan dərsliklər proqramı əhatə edir. “Məktəblərdə tədris edilən dərslikər proqramı əhatə edir. Dərsliklərdə mətnlər də, tapşırıqlar da verilib. Əgər müəllim dərs zamanı Dövlət İmtahan Mərkəzinin müvafiq vəsaitindən istifadə edirsə, bu da könüllü olmalıdır. Yəni şagirdin biliyini həmin vəsaitlərlə yoxlamaq olar. Ancaq bu, könüllü şəkildə olmalıdır. Müəllim şagirddən əlavə dərs vəsaitindən istifadə etməyi tələb edirsə, müəllimin özünə də ikiqat ağır yük olur. Onu yoxlamaq, qiymətləndirmək və s. var. Əgər şagird yaxşı mənimsəyirsə, dərslik proqramı əhatə edir, amma əlavə vəsaitin də zərəri yoxdur. Elə şagird var ki, onu əlavə vəsaitlər, nümunələr üzərində bir qədər çox işlətmək lazımdır. Bu onun biliyini bir az da möhkəmlədər. Bunun ziyanı olmaz. Amma əlavə vəsaitlər könüllülük prinsipi ilə olmalıdır” - deyə X.Qasımova bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ