Cümə günü, 13 noyabr 2026
     

Elmi fəaliyyətə meylli Azərbaycan qadınlarının sayında artım var

Image


Son zamanlar oğlanlarla müqayisədə qızların elm sahəsinə daha kütləvi maraq göstərməsinin şahidi oluruq. Oğlanların çoxu magistraturanı bitirdikdən sonra elmə deyil, başqa sahələrə üz tutur, qızlar isə əksinə, elm sahəsində irəliləməyə can atırlar. Elə bunun nəticəsidir ki, bu gün ali təhsil müəssisələrində, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarında daha çox qız və qadınlarla rastlaşırıq. Bu gün dərs demək üçün auditoriyaya girənlər arasında da qadınların sayı üstünlük təşkil edir.

Yayılan statistik məlumatlara görə, son 18 ildə Azərbaycanda elmi tədqiqatla məşğul olan qadınların sayı artıb. 2000-ci ildə ölkədə 3 572 qadın elmi tədqiqat və işləmələrlə məşğul olub. 2010-cu ildə bu say 5 096-a, 2018-ci ildə 5 117 nəfərə çatıb.

2010-cu ildə tədqiqat və işləmələrlə məşğul olanların 2 312-i, 2018-ci ildə isə 3 459-u sırf tədqiqatçı, qalan şəxslər isə texniklər, köməkçi heyət və s. olub.

Tədqiqatçı qadınların çoxu - 2 037 nəfəri elmin təbiət sahəsi üzrə araşdırmalar aparır. Qadınların elmdə təbiət istiqamətindən sonra daha çox araşdırma apardıqları sahə humanitardır.

2018-ci ilin məlumatlarına görə, ölkədə 832 qadın humanitar sahə üzrə tədqiqat aparır. Qadınların elmdə ən az diqqət göstərdikləri sahə tibbdir. Ötən il cəmi 3 nəfər qadın tibb sahəsi üzrə tədqiqat işi aparıb. Həmin şəxslərdən yalnız birinin elmi dərəcəsi (fəlsəfə doktoru) olub. 2010-cu ildə elmi tədqiqat və işləmələrlə mşğul olan qadınların 63-ünün, 2018-ci ildə 149-nun elmlər doktoru, 2010-cu ildə 805-inin, 2018-ci ildə 1 040-nın fəlsəfə doktoru elmi dərəcəsi olub.

Qadınların elm sahəsində üstünlük təşkil etməsi hansı amillərlə bağlıdır?

  • “Qadınların elmdə sayının artması və kişilərin elmə gəlməməsi bizim elmimizə öz mənfi təsirlərini göstərməkdədir”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin rəhbəri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bunun olduqca aktual mövcu olduğunu bildirdi. İ.Orucovun qeyd etdiyinə görə, Azərbaycan elmində, xüsusən də humanitar sahədə qadınların üstünlük təşkil etməsi tendensiyası formalaşıb: “Çox təəssüf edirəm ki, ölkəmizdə müəllimdən danışanda hər kəs onu qadın kimi təsvir edir. Bu olduqca zərərli tendensiyadır və çoxlarımız bunun fərqinə varmaq istəmirik. Qadın müəllimlərin sayının artması oğlanların bir kişi olaraq formalaşmasında öz mənfi təsirini göstərir. Bunu psixoloqlar da, pedaqoqlar da deyirlər. Heç kəs deyə bilməz ki, müəllimlik peşəsi qadın peşəsidir, sadəcə olaraq artıq bizdə belə bir ənənə formalaşıb. Təəssüflər olsun ki, bu tendensiya get-gedə artmaqdadır. O ki, qaldı qadınların elm sahəsində sayının artmasına, bu da uzun müddətdir Azərbaycanda müşahidə olunmaqdadır. Xüsusilə də dövlət müstəqilliyindən sonra bu hal geniş vüsət almağa başladı. Bilirsiniz ki,Azərbaycan bir müddət müharibə vəziyyətində yaşadı. Eyni zamanda da biz keçid dövrünü yaşadıq və həmin dövrdə də elmə çox az vəsait ayrıldı, əməkhaqqı kifayət qədər aşağı idi deyə, nəinki kişilər elmə gəlmədi, hətta elmdə olan kişilərin də bir çoxu bu sahədən uzaqlaşdı. Sonrakı dövrlərdə biz bunun mənfi təsirlərini əsasən nədə gördük? Biz zaman-zaman həyəcan təbili çalırdıq ki, kişilərin elmə maraq göstərməməsi düzgün deyil və magistratura pilləsində oxuyan oğlanlara mütləq hərbi möhlət hüququ verilməlidir. Elmi fəaliyyət belədir ki, burada ardıcıllıq olmadıqda əlaqə itir və hərbiyə getmiş oğlanların çoxu qayıtdıqdan sonra, ümumiyyətlə, elmə maraq göstərmir. Bilirsiniz ki, ali təhsilli oğlanlar əsgərlikdə olduqları 1 il müddətində elmdən xeyli uzaqlaşırlar, bildiklərinin bir çoxunu unudurlar və nəticədə də elmdən tamamilə soyuyurlar. O zaman biz bununla bağlı həm müvafiq qurumlara, həm də ölkə başçısına müraciətlər göndərirdik ki, bunun qarşısı alınmalıdır və elmlə məşğul olmaq istəyən oğlanların magistratura və doktorantura pilləsində hərbi xidfmətlə bağlı möhlət hüquqları tanınmalı və bu, qanunda öz əksini tapmalıdır. Fikrimizi onunla əsaslandırırdıq ki, ümumiyyətlə, hər bir elmlə məşğul olan insanın elmdə ölkəyə qazandırdığı dividendlər, gətirdiyi xeyir heç də hərbidə verəcəyi xeyirdən az deyil. Bugünkü dünyanın çağırışlarından bu məsələyə baxsaq görərik ki, əslində, müharibələrin özü də çox zaman silahla aparılmır, intellektlə, yeni texnologiyalarla, informasiya ilə aparılır. Əlbəttə, bütün bunların kökündə də elm durur. Bir elm adamının vətənə gətirdiyi xeyir başqa mütəxəssislərin gətirdiyi xeyirdən qat-qat üstündür. Təsadüfi deyil ki, cənab Prezident çağırışlar edərək insanları intellektual, yeni texnologiyaları mənimsəmiş, Azərbaycanı elm, təhsil ölkəsi kimi görmək istədiyini dilə gətirir. Bununla bağlı siyasi mövqe ortaya qoyuldu. Bundan çıxış edərək qeyd edirdik ki, oğlanların elmə gəlməsinin qarşısını alan faktorların üzərinə getmək lazımdır və bununla bağlı problemin qarşısı alınmalıdır. Oğlanların elmə gəlməsinin yolları açılmaldır. Çox təəssüflər olsun ki, uzun müddət bu məsələ həll olunmamış qalmışdı, sonradan öz həllini tapdı. Bu müddətdə isə elmə gələn qadınların sayında ciddi artım baş verdi. Kişilərin elm sahələrinə meyl göstərməməsində digər bir məsələ ondan ibarətdir ki, Azərbaycan ailələrində yük kişinin üzərinə düşür və ailənin xərclərinin böyük bir hissəsini kişi qarşılamalıdır. Elmlə məşğul olan insanların əməkhaqqı kifayət qədər azdır və elmlə məşğul olan adamın dolanışığı çox çətin olur. Bu baxımdan, kişilər alternativ sahələrə üz tutdular. Bizim çox istedadlı gənclərimiz var ki, onlar elmə gəlsəydilər, çox ciddi töhfələr verə, Azərbaycan elminin inkişafı ilə bağlı çox faydalı işlər görə bilərdilər. Ancaq təəssüf ki, onlar elmdən soyudular. Çox istedadlı gənclər olub ki, onlar doktoranturanı bitirib elmi iş müdafiə etdikdən sonra elm sahəsində qalmadılar və digər sektorlara üz tutdular, elmdən uzaqlaşdılar, bu və digər belə hallar nəticəsində də elmdə qadınlaşma prosesi davam etməyə başladı. Bir məsələyə toxunum. Biz Avropa Gənc Alimlər Şurasının üzvüyük. Bir dəfə Brüsseldə elmdə gender balansı ilə bağlı bir toplantı keçirilirdi. Biz orada qeyd edəndə ki, Azərbaycanda elmdə qadınların sayı artan xətt üzrə gedir, onlar buna inanmırdılar. Deyirdilər ki, Azərbaycan müsəlman ölkəsidir və necə olur ki, belə bir ölkədə qadınlar elmə kütləvi gəlirlər. Onlar bizdəki real statistikanı bilmirdilər. Ali Attestasiya Komissiyasının da bununla bağlı konkret rəqəmləri var və elmə qadınların gəlməsini təsdiq edən ciddi faktlar mövcuddur”.

İ.Orucovun sözlərinə görə, bu gün AMEA-nın elmi-tədqiqat institutlarında, ali məktəblərdə qadınların çoxluq təşkil etdiyini müşahidə etmək mümkündür. O vurğuladı ki, bu müəssisələrdə işləyənlərin böyük əksəriyyəti qadınlardır. “Mən qətiyyən o fikirdə deyiləm ki, qadınlar elmdə olmamalıdırlar, onlar elm sahəsində olmalıdırlar. Ancaq bu tendensiyasının bu qədər qadınların xeyrinə dəyişməsi çox zərərlidir, düzgün olmayan haldır, bu faktor Azərbaycan elmini kifayət qədər geri salır. Mən bunu o baxımdan deyirəm ki, Azərbaycan qadınının, bütövlükdə, cəmiyyətdə, bizim mentalitetdə formalaşmış əsas bir missiyası var. Bu missiya ondan ibarətdir ki, Azərbaycan qadını daha çox ailəyə, evə bağlıdır və biz bunu təcrübədə də görürük. Müşahidə edirik ki, qadınlar elmdə çalışsalar da, onların fikri əsasən ailəsində olur. Tutaq ki, qadın elmə gəldi, doktoranturanı bitirib ailə qurdu. O, ailə qurduqdan sonra analıq məzuniyyətinə gedir, müəyyən problemlərlə üzləşir. Bu halda məcbur olur ki, elmə az diqqət yetirsin və elmdən uzaqlaşsın. Deməzdim ki, qadınlar elmdə kişilər qədər ciddi uğur əldə edə bilirlər. Bu reallıqdır. Bundan çıxış edərək qeyd etmək istəyirəm ki, qadınların elmdə sayının artması və kişilərin elmə gəlməməsi bizim elmimizə öz mənfi təsirlərini göstərməkdədir. Çünku əvvəlki dövrlərdə elmə gələn kişilər nə qədər ki, hələ elmdədir, bunu ciddi hiss etmirik, amma gələcəkdə hiss edəcəyik və bunun mənfi təsirlərini görəcəyik. İstedadlı oğlanların elmə gəlməsi üçün şərait genişləndirilməlidir. Əslində, son dövrlərdə bununla bağlı müəyyən işlər görülür. Dünya təcrübəsi var və o təcrübəyə əsasən, elm dövlət büdcəsindən maliyyələşməməli, özü pul qazanmalıdır. Təəssüflər olsun ki, bu bizdə o şəkildə formalaşıb. Elmdən pul qazanmaq deyəndə bizim elmi müəssisə rəhbərləri bunu hansısa binaları icarəyə vermək yolu ilə gəlir əldə etmək kimi anlayırlar. Əslində isə elə deyil” - deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ