şənbə günü, 14 noyabr 2026
     

90-cı illərdən evlərin künc-bucağında qalmış ziyanlı dini ədəbiyyatları necə üzə çıxarmalı...

Image


Cəmiyyətin düşüncəsinə zərbə vuran amillərdən biri zərərli dini ədəbiyyatdır ki, bir neçə il əvvələ qədər belə nümunələr həm ölkəmizdə nəşr edilirdi, həm də xaricdən gətirilirdi. Lakin son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, eləcə də hüquq-mühafizə orqanlarının həyata keçirdikləri mütəşəkkil tədbirlər nəticəsində belə kitabların, broşürların nəşri dayandırıldı, həmçinin də onların ölkəyə gətirilməsinə qadağa qoyuldu.

“Bu gün ölkəmizdə zərərli dini ədəbiyyat yoxdur” deyə bilmərik. Məlumdur ki, həm müxtəlif dini sektalar bu cür ədəbiyyatı pulsuz olaraq əhaliyə paylayırdı, eyni zamanda, ayrı-ayrı naşirlər zərərli ədəbiyyatı nəşr edib satışa buraxırdı. Sözsüz ki, dini maariflənmə sahəsində zəif olan insanlar bu kitabları alıb oxuyur, öz kitab rəflərində saxlayırdılar. Zərərli dini ədəbiyyatın insan təfəkkürünə, həyat tərzinə, dünyagörüşünə vurduğu zərbəni heç nə ilə müqayisə etmək olmaz.   

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Trend”ə müsahibəsində fərdi evlərdə zərərli dini ədəbiyyatın olduğunu istisna etməyib. “Son illərdə dünyada baş verən proseslər bu istiqamətdə bizim həssaslığımızı daha da artırıb. Artıq ölkədə fəaliyyət göstərən bütün mətbəələr qanunvericiliyin tələbinə uyğun, Dövlət Komitəsinin razılığı olmayan hansısa dini ədəbiyyatı nəşr etmir. Amma buna baxmayaraq, dini ekstremistlər qaçaq yollarla ölkəyə zərərli dini ədəbiyyat gətirməyə çalışırlar. Həm də bu illər ərzində zərərli dini ədəbiyyatın toplanması istiqamətində aparılan işlərə baxmayaraq, 90-cı illərdə, eləcə də 2000-ci illərin əvvəllərində nəşr olunmuş bəzi zərərli dini ədəbiyyatların fərdi evlərdə qalma ehtimalı var” - deyə N.Məmmədov qeyd edib.

Fərdi evlərdə saxlanan zərərli dini ədəbiyyatın üzə çıxarılması üçün nə etmək lazımdır?

  • Hacı Təyyar Hüseynli: “Zərərli siyasi fikirləri islam dininin içinə qatıb cəmiyyətə çatdırmaq istəyən, dinin özünün içində “mikrob” olan bəzi qüvvələr...”

Tanınmış ilahiyyatçı Hacı Təyyat Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, son illər Dövlət Komitəsi zərərli, ziyanlı, ictimai fikri çaşdırmağa xidmət edən, dini fikirləri qarışdıran, müxtəlif insanların subyektiv fikrini əks etdirən ədəbiyyatın tamamilə yığışdırılması istiqamətində səmərəli işlər görür. “Zərərli siyasi fikirləri islam dininin içinə qatıb cəmiyyətə çatdırmaq istəyən, dinin özünün içində “mikrob” olan bəzi qüvvələr öz ziyanlı fikirlərini ədəbiyyat şəklində həm Azərbaycanda, həm də dünyanın hər yerində yaymağa çalışırlar. Bu, “parçala, hökm sür” çürük siyasətinə uyğun olan iyrənc, zərərli tendensiyadır. Ona görə bunu “iyrənc” adlandırıram ki, onlar insanların düşüncəsini zəhərləməyi hədəfə alıblar. Bütövlükdə isə dinin özü saf, pak, bəşəriyyət üçün xeyirli olduğu halda, nə üçün həmişə “zərərli ədəbiyyat” məsələsi aktual olmalıdır? Ədəbiyyat sözünün kökündə “ədəb” ifadəsi var, ədəb isə ümumbəşəri dəyərlərə söykənən, insanlıq mühitində, insani dəyərlər sistemində xas olan bir keyfiyyətdir.

Bilirsiniz ki, Dövlət Komitəsi zərərli dini ədəbiyyatın cəmiyyətdə yayılmasının qarşısının alınması üçün çox mühüm tədbirlər həyata keçirib. Qurum bir vaxtlar mövcud olan zərərli ədəbiyyatın nəşrinin dayandırılmasına nail olub. Yəqin yadınızdadır, bir sıra hallarda müəyyən qüvvələr bu zərərli ədəbiyyatı pulsuz paylayırdılar, hətta evlərin qapısını döyüb o kitabları “hədiyyə” edirdilər. Qeyri-ənənəvi ideoloji prinsiplərə xidmət edən bu ədəbiyyat nümunələri, nəşrlər vətəndaşlarımızın evlərinə də ayaq açırdı. Bir ilahiyyatçı kimi vaxtilə bunun zərərli tərəfləri haqqında danışırdım. Bu ədəbiyyat xaricdən maliyyələşən qeyri-statuslu sektalar, qurumlar tərəfindən nəşr edilirdi. Bu zərərli nəşrlərdə insanları kütləvi şəkildə idarə etmək prinsiplərini təbliğ edən xüsusi təsir dairələri vardı, təbliğat maşınları işə düşmüşdü. Bu gün biz sivil cəmiyyətdə, çox güclü dövlətdə yaşayırıq və əksər evlərdə bu kitablardan ola bilər. Ola bilsin, o insanların çoxu heç bu kitabları oxumayıb da, sadəcə, götürüb rəfə qoyub. Vətəndaşlarda belə nəşrlər varsa, onlar özləri ilk növbədə həmin nəşrləri məhv etməlidirlər. Bu nəşrlərlə bağlı çağırışlar insanların azad, sərbəst mütaliə etməsinin, onların informasiya almasının qarşısının alınması kimi başa düşülməməlidir, əksinə, bu, dövlətimiz, cəmiyyətimiz üçün çox vacibdir. Əlbəttə, hər bir vətəndaşın dini dünyagörüşü sağlam olmalıdır. Zərərli dini ədəbiyyatın insanların özlərinə çox böyük ziyanı var. Onlar dini ədəbiyyat oxumaq istəyirlərsə, dövlətin müəyyən etdiyi, ekspertizadan keçən kitablar oxusunlar”.

H.T.Hüseynli hesab edir ki, evlərdən zərərli dini ədəbiyyat nümunələrinin, bu cür nəşrlərin yığışdırılması üçün vətəndaşlarımız aktivlik göstərməlidirlər. Onun sözlərinə görə, birinin qonşusunda, qohumunda belə bir ədəbiyyat varsa, həmin adam maarifçilik işi aparmalı, onun zərərini izah etməli və həmin kitabların məhv edilməsinə çalışmalıdır. Bundan başqa, Dövlət Komitəsi, eləcə də dini icmalar bununla bağlı vətəndaşlarla maarifçilik işləri aparmalıdır. “Bu gün vətəndaşların evindən zərərli dini ədəbiyyatın yığışdırılması, onların məhv edilməsi üçün ölkəmizdə fəaliyyət göstərən dini icmaların da sədrləri, nümayəndələri Dövlət Komitəsinə dəstək göstərməlidirlər. Azərbaycan tolerant ölkədir və burada müxtəlif dinlərin nümayəndələri yaşayır, sərbəst şəkildə öz dinlərini qoruyurlar. Biz zərərli dini ədəbiyyatdan danışanda yalnız islam dininə aid edilən ədəbiyyatı nəzərdə tutmuruq, burada söhbət həm də xristian və digər dinlərə aid nümunələrdən gedir. Xristianlıqla, “Krişna şüuru”, ümumiyyətlə, bütün dinlərlə bağlı dini-ideoloji bilgiləri təbliğ edən ədəbiyyat sonuncusuna qədər incələnməli, çox yetkin alimlərin məqsədəuyğun bildiyi ədəbiyyat cəmiyyətin maariflənməsinə xidmət etməlidir. Mən də təsdiqləyirəm ki, bəli, Azərbaycanda bir çox evlərdə zərərli, zəhərli, məqsədyönlü siyasi qatqılı, bizim cəmiyyətimiz üçün ziyanlı olan, bir cümləsi belə oxunmağa yararlı olmayan dini ədəbiyyat nümunələri var. Bu zərərli dini ədəbiyyat nümunələri insanlardan yığışdırılmalı, onlara sağlam dini ədəbiyyat verilməlidir. Hesab edirəm ki, ilahiyyatçılar da başda olmaqla, hər bir vətəndaş evlərdən zərərli dini ədəbiyyatın yığışdırılmasına, onların məhv edilməsinə nail olmaq üçün aktiv fəaliyyətə keçməlidir” - deyə o qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ