şənbə günü, 14 noyabr 2026
     

Müəllim olmaq istəyənlərin psixoloji durumu da öyrəniləcək

Image


Azərbaycanda müəllim olmaq istəyən namizədlər müxtəlif mərhələli imtahan prosesi keçirlər. Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsabiqənin müxtəlif mərhələləri olur. Onlardan biri və əsası müsahibə mərhələsidir. Qeyd edək ki, müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanır.

Müəllim olmaq istəyən şəxslərin psixoloji vəziyyətinin dərindən yoxlanılması vacib bir məsələdir və bu da müvafiq qurumlar tərəfindən həyata keçirilir. Bildirək ki, son illər ən aktual məsələlərdən biri müəllimlərin psixoloji vəziyyətinin yoxlanılması ilə bağlı idi. Bilirik ki, əvvəlki dövrlərdə müəllimlərin psixoloji durumunun yoxlanılması tətbiq edilmirdi. Ancaq bu ildən bu məsələyə Təhsil Nazirliyi daha böyük önəm verir.

Ekspertlər bildirirlər ki, müəllimlərin psixoloji vəziyyətinin normal olması tədrisdə mühüm amillərdən biridir. Onlar hesab edirlər ki, müəllimin psixoloji vəziyyətinin anormallığı tədrisin də keyfiyyətinə, onların şagirdlərlə davranışına mənfi təsir göstərir.

  • Kamran Əsədov: “Müəllimlərin işə qəbulu zamanı onların psixoloji hazırlığına xüsusi diqqət etmək lazımdır”

Tanınmış təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində qeyd etdi ki, təlim-tərbiyə və tədris prosesinin uğurlu nəticəsi üçün müəllimlərin bilik və bacarıqları ilə yanaşı, onların psixoloji durumları də əsas şərtlərdən biridir. “Təəsüf ki, bu gün Azərbaycan mətbuatında, demək olar ki, bütün xarakterli informasiyalarda müəllimlərin də adı hallanır. Bu təkcə onların maddi ehtiyaclarına görə deyil, eyni zamanda, psixoloji hazırlıqsızlıqlarına görə də baş verir.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun apardığı araşdırmalar göstərir ki,

- Tədris etdiyi fəndə zəif olan;

- Fənn bilikləri yerində, amma metodikası zəif, fənni çatdıra bilməyən;

- Fənn bilikləri, metodikası yerində, amma uşaqlarla işləyə bilməyən;

- Yaxşı dərs qura bilən, amma şagird nailiyyətini qiymətləndirmək problemli;

- Sinif idarəçiliyində çətinliyi olan müəllimlər var.

Belə problemlərin çözülməsi istiqamətində də treninqlər, seminarlar təşkil olunur.

Hesab edirəm ki, müəllimlər təlimlərə beş ildən bir deyil, ilboyu, daha dəqiqi, peşəkarlığındakı qüsur aradan qaldırılana qədər cəlb olunmalıdırlar.

Böyüməkdə olan nəslin hərtərəfli tərbiyəsi məktəblərin qarşısında duran daimi və başlıca problemdir. Bu mühüm problemin həlli məktəblərimizdə çalışan pedaqoji kollektivlərin hər bir üzvünün ümumi hazırlığından, dünyagörüşü, əqidəsi, pedaqoji-psixoloji bilik, bacarıq, qabiliyyətindən və s. asılıdır.

Məlum olduğu kimi, təlim-tərbiyə işi iki tərəfin – öyrədən, tərbiyə edən müəllim və öyrənən, tərbiyə olunan şagird, başqa sözlə, təsir edən və təsir olunanlar arasında baş verən mürəkkəb bir prosesdir. Müəllim həmin prosesdə aparıcı, təşkil və idarəedici, istiqamətləndirici rola malikdir. Müəllim öz üzərinə düşən bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün, hər şeydən əvvəl, ayrı-ayı şagirdləri, bütünlükdə sinif kollektivini yaxından duymalı, hiss etməli, başa düşməli, tanımalıdır. Yəni əgər müəllim bir şagirdə və ya şagird kollektivinə hər hansı cəhətdən təsir göstərmək istəyirsə, onda onları həmin təsirə məruzqalma halına ram etməyi bacarmalıdır. Ayrı-ayrı fərdlər və ya şagird kollektivi yalnız o zaman müəllimin təsirinə məruz qala bilər ki, onlar özlərini könüllü, şüurlu surətdə həmin təsirə yönəltmiş olsunlar. Göründüyü kimi, təsiretmə və təsirolunma müəllimlə şagird arasındakı qarşılıqlı əlaqədən, daha doğrusu, bu əlaqəni tənzim edən, sahmana salan qarşılıqlı əlaqədən asılıdır. Əgər müəllimlə şagird arasındakı münasibətlər obyektiv, həqiqi köklər üzərində yaradılmışsa, bu halda həm təsir etmək, həm də təsirolunma səmərəli nəticə verə bilər. Bu qeyd edilənlərdən aydın olur ki, məktəblərdə aparılan təlim-tərbiyə işlərinin müvəffəqiyyət və səmərəliliyi müəllim-şagird münasibətlərindən, psixoloji dildə desək, şəxsiyyətlərarası münasibətlərdən çox asılıdır. Məlumdur ki, şagirdlərin ayrı-ayrı müəllimlərə və fənlərə münasibətləri fərdi xarakter daşıyır. Şagirdlərin müəllimə qarşı olan subyetktiv münasibətləri nə qədər müxtəlif olsa da, bunlar tədricən sinif kollektivinin həmin müəllimə olan ümumi obyektiv rəyinə - münasibətinə çevrilir. Sinif kollektivinin bu və ya digər müəllimə münasibəti çox vaxt onun tədris etdiyi fənnə də münasibətini müəyyənləşdirir. Təsadüfi deyil ki, bəzi məktəblərdə bu və ya digər fənn müəllimini dərs dediyi siniflərin bütün şagirdləri sevir, hörmət edir, onun dərsinə həmişə hazırlıqlı gəlməyə səy göstərirlər. Bu halın əksinə də rast gəlmək olar”. O bildirdi ki, təlim-tərbiyə işlərinin müvəffəqiyyətliliyində müəllim-şagird münasibətləri mühüm əhəmiyyət kəsb edir. Ekspertin fikrincə, təəssüf ki, cinsi işgəncə yetkinlik yaşına çatmamış, yeniyetməlik dönəmindəki uşaqlar arasında daha çox müşahidə olunur. “Təsadüfi hal deyil ki, bu problemlər daim yuxarı siniflər, yəni 10-11 yaşından başlayır, intensivlik 8, 9, 10,11-ci siniflər arasında daha çox rastlanır. Ona görə də müəllimlərin işə qəbulu zamanı bu məsələyə, onların psixoloji hazırlığına xüsusi diqqət etmək lazımdır.

Müəllim işləmək istəyən şəxslərin psixolji durumunun yoxlanması müsbət haldır. Bununla belə hesab edirəm ki, müəllimlər 6 aydan bir intensiv psixoloji müayinələrdən keçməlidirlər. Ola bilər ki, işə götürülərkən psixoloji vəziyyəti yerində olub. Amma elə travma yaşayıb ki, onun psixoloji vəziyyətində gərginliklər, problemlər var. Bunun üçün də yaxşı olardı ki, şəbəkələşdirilmiş müəssisə formalaşdırılsın. Onlar müayinələrdən mütəmadi keçsinlər ki, problemlər vaxtında aşkarlansın” -deyə K.Əsədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ