şənbə günü, 14 noyabr 2026
     

Pullu başsağlıqlarının ləğv olunacağını digər rəsmi qəzetlər necə qarşılayır...

Image


Milli Məclisin payız sessiyasında “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinin müzakirəyə təqdim edilməsi nəzərdə tutulur. Bununla bağlı Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov açıqlamasında  bir sıra fikirlər səsləndirib.

O, rəsmi dövlət qəzetlərində rəsmi şəxslərdən, ölkə Prezidentinin verdiyi başsağlığından başqa digər şəxslərin başsağlığı verməsinin qadağan olunacağını da bildirib. Məhz rəsmi qəzetlərdə başsağlıqlarının yığışdırıla biləcəyi ilə bağlı müddəanın qanunvericilikdə əks olcağı haqda səslənən fikirlər ətrafında ciddi müzakirələr başlayıb.

  • Bəxtiyar Sadıqov: “Dünyanın bir çox ölkələrində başsağlıqları yarım səhifə verilir”

Əksər media ekspertləri belə bir addımın  doğru olduğunu vurğulayıb. Ancaq daha çox başsağlıqlarının dərc edildiyi “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bununla razılaşmadığını deyib: “Bizim ictimai birliklər və dini qurumlar komitəsinin sədrinin fikirləri ilə tanış oldum. Burada bəzi məqamlar var ki, onu düzgün yanaşma hesab etmirəm. Bunun da səbəbləri var. Xalqımızın milli-mənəvi dəyərləri mövcuddur. Bu dəyərlərdən biri də ondan ibarətdir ki, insanların birinə itki üz verəndə onlara başsağlığı verirlər. Bunu ya hüzr yerinə getməklə, ya da qəzet vasitəsilə edirsən. Dünya praktikasında da belədir. Bizim əksəriyyətimiz rayonda doğulmuşuq, sonradan köçmüşük. Rayonda hüzr yeri olanda insanlar gedə bilmirlər, ona görə də qəzet vasitəsilə başsağlığı verirlər. Bunun digər müsbət cəhəti də odur ki, qəzet vasitəsilə insanlar kimə kədərin baş verdiyini öyrənə bilərlər. Bu başsağlıqları o qədər böyük material deyil ki, narahatlıq doğursun. Söhbət rəsmi qəzetlərdən gedirsə, biz dövlət büdcəsində deyilik, təsərrüfat hesablıyıq. Nə qazansaq, biz onu yeyirik, yaxud da xərcləyirik. Sizin qəzet də yaxşı bilir ki, reklam bazarı yoxdur, buna görə də qəzet üçün reklam bazarı formalaşmayıb. Televiziyaların kifayət qədər reklam bazarı var. Hətta sutka ərzində televiziyalarda verilişlərdən daha çox reklamlar gedir. Gizli və açıq, eləcə də sponsor dəstəyi ilə olan reklamları hər kəs yaxşı bilir. Amma qəzet reklamı yoxdur. Belə olan halda biz qəzeti yaşatmaq üçün reklam və elan verməliyik. Elanların içərisində başsağlıqları müəyyən məbləğdə gəlir gətirir. Haradasa bizim qəzetin 20-25% gəliri başsağlığından gəlir. Bunu bizə qadağan etsələr, bu vəsaiti bizə kim ödəyəcək? O zaman jurnalistlərə necə əmək haqqı ödəyəcəyik? Cənab Prezidentin sosial paketi oldu. Bütün insan qruplarının hamısı o sosial paketdən bəhrələndi. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar da bundan bəhrələndi. Cənab Prezident KİV-in İnkişafına Dəstək Fondunun dəstəyi ilə müstəqil mətbuatın maliyyələşməsinə çox böyük şərait yaradır. Sistemli şəkildə onlar maliyyələşirlər. Amma bizim qəzet bundan da kənardadır. Çünki bizim təsisçimiz dövlət qurumu, yəni Milli Məclisdir. Parlament isə bizə nə bir manat pul verir, nə də ayrıca bir maliyyə dəstəyi edir. Ümumiyyətlə, heç bir şey etmədiyini açıq şəkildə söyləyirəm.

Baxmayaraq ki, qəzetimizin nizamnaməsində bütün maddi, maliyyə və texniki dəstəyin hamısını Milli Məclisin etməli olduğu yazılıb. Məsələnin çox mühüm olan bir tərəfi də var. Bilirsiniz ki, Azərbaycanda mətbuat azadlığı var. Bu azadlığın müstəqil, rəsmi və dövlət qəzetlərinin hər birinə aidiyyəti var. İnanmıram ki, qanunla mətbuata qadağan oluna kı, sən elan götürmə, elan vermə. Azərbaycanda heç vaxt inanmaram ki, mətbuat və söz azadlığı ilə bağlı məhdudlaşdırıcı qanun qəbul olunsun, yaxud da məhdudlaşdırıcı maddə olsun. Ona görə də millət vəkili, həm də yeganə rəsmi qəzetin redaktoru kimi bu mövqeyi qəbul etmirəm. Burada qəzetin fəaliyyətinə qanuni şəkildə mane olma var. Azərbaycanda isə heç vaxt mətbuat azadlığı məhdudlaşdırılmayıb. Bizdə çox ciddi maliyyə sıxıntısı da yaranacaq. Bütün bu məsələləri həll yoluna qoymadan belə bir qanunun qəbulunu tez sayıram. Bunun mənəvi tərəfləri də var. İnsanlara şərait yaratmaq lazımdır ki, bir-birinin dərdlərinə şərik olsunlar, insanlar hüzr yerinə getməyə yüz kilometrlərlə yol sərf etməsinlər. Dünyanın bir çox ölkələrində başsağlıqları yarım səhifə verilir. Bir insanın imkanı var ki, başsağlıqlarını qəzetdə verdirir. Bu məcburiyyət deyil, könüllü bir şeydir. İnsanların bu istəklərinin qarşısına sədd çəkmək olmaz”.

Əslində olduqca maraqlı detallar ortaya çıxmış olur. Rəsmi qəzetin baş redaktoru iddia edir ki, onlar başsağlıqı verməsələr qəzetin maliyyəsində problem yarana bilər. Məgər rəsmi qəzetlərin maliyyələşməsi üçün ayrılan vəsaitdə bütün xərclər nəzərdə tutulmur ki, ümid başsağlıqlarına qalıb? Məsələn, bizim çalışdığımız  “Bakı-Xəbər” qəzeti yaranandan elan, təbrik və başsağlıqlarını  pul  almadan çap edir. Yəni qəzetin bu amildən asılı qalması bir qədər maraqlı görünür. Çünki bu həm də proqnozlaşdırılmayan prosesdir. Məsələn, elə ay olar ki, rəhmətə gedən az olar və ya ümumiyyətlə olmaz. Onda belə çıxır ki, qəzet maliyyə problemi ilə üzləşməlidir? Mövzuya digər rəsmi qəzetlərin də münasibətini öyrənmək qərarına gəldik.

  • Hümbət Musayev: “O qanun ortada yoxdursa, bununla bağlı hər hansı şərh vermək istəmirəm”

“Respublika”qəzetinin baş redaktorunun müavini Hümbət Musayev “Bakı-Xəbər”ə bildirdi ki, hələlik bununla bağlı hər hansı bir rəsmi mövqe yoxdur: “Sizin dediyiniz mövzu ətrafında hələlik ictimai müzakirələr aparılır. Hərə öz fikirini bildirir. Əgər qanun qəbul edilərsə, hamı buna əməl etməlidir. O qanun ortada yoxdursa, bununla bağlı hər hansı şərh vermək istəmirəm”.

  • Tahir Aydınoğlu: “Bəli, həmin başsağlıqları müəyyən qədər bizim maliyyə mənbəyimizdir”

Digər rəsmi orqan sayılan ” Xalq qəzeti”nin məsul əməkdaşı, Əməkdar jurnalist Tahir Aydınoğlu bildirdi ki, hələlik ortada konkret qanun layihəsi yoxdur: “Bəli, həmin elan və başsağlıqlarından rəsmi qəzetlərə maliyyə daxil olur. Əgər o ləğv olunacaqsa, onda  yerini nə dolduracaq? Mən elə sizin sualınıza sualla cavab vermək istədim”.

“Onda belə çıxır ki, dövlətin ayırdığı maliyyə rəsmi qəzetləri tam görmür” sualına isə Tahir Aydınoğlu belə cavab verdi: “İstənilən qanun layihəsinə hörmətlə yanaşmalıyıq. Qəbul edilməmiş bir  ciddi layihə ilə bağlı hələ müzakirələr gedirsə, onda  hər kəs öz fikirini deyə bilər. Bəli, həmin başsağlıqları müəyyən qədər bizim maliyyə mənbəyimizdir. Müəyyən qədər oxucularla əlaqə vasitəmizdir. Həmin elanların verildiyi qəzeti axtarırlar, oxucuya bizi yaxınlaşdıran faktordu bu. Yaxşı, qadağan olunsa, onu nə əvəz edəcək?”

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ