şənbə günü, 14 noyabr 2026
     

Qarayaradan necə qorunmaq olar?

Image


Məlum olduğu kimi, Sabirabadda iki nəfər qarayara xəstəliyinə yoluxub. Xəstəliyə yoluxanlardan biri ölüb, digərinin vəziyyəti isə ağırdır. Qarayara xəstəliyi diaqnozu ilə paytaxta gətirilərək, Kliniki Tibbi Mərkəzə yerləşdirilməsindən sonra xəstələrdən biri - 60 yaşlı kişi dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, qarayaranın elmi dildə adı Sibir xorası kimi çəkilir. 1945-ci ildə İranda bu xəstəlikdən 1 milyon qoyun, ABŞ-da isə 1944-1994-cü illərdə 224 insan ölümü qeydə alınıb. Ən böyük epidemiya isə 1979-1985-ci illərdə Zimbabvedə baş verib. Bu epidemiya 10.000-dən artıq insanın həyatına son qoyub.

Ekspertlər qeyd edirlər ki, qarayara insanlarda ağciyər və bağırsaq formasında gedir və həmişə ölümlə nəticələnir. Xəstəliyin ən çox yayılmış forması dəri yarasıdır. Bu, 95 faiz təşkil edir.

Qeyd etdiyimiz kimi, adı qorxulu kabus kimi çəkilən qarayara xəstəliyi ölkəmizdə də qeydə alınıb. Maraqlıdır, adıçəkilən xəstəlik nədir, necə əmələ gəlir, yayılma ehtimalı hansı formadadır, insanlara necə keçir və bu xəstəlikdən necə qorunmaq olar?

  • Dövlət Baytarlıq Xidməti: “Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir”

Bununla bağlı Dövlət Baytarlıq Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, qarayara bütün növ kənd təsərrüfatı heyvanlarının, vəhşi heyvanların iti gedişli yoluxucu xəstəliyidir: “Xəstəlik septisemiya, müxtəlif böyüklükdə karbunkulların əmələ gəlməsi və ağır intoksikasiya ilə səciyyələnir. Törədicinin mənbəyi əsasən xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir. Bu xəstəliyə yoluxma həssaslığı azalan göstəricilərlə qoyun və marallar, atlar, qaramal, dəvə və keçilər, donuz, it və pişiklərdir. Quşlardan isə dəvəquşu bu xəstəliyə yoluxur. Yoluxma mənbəyi çox hallarda törədici ilə kontaminasiya olunmuş torpaqdır. Epizootiya zamanı xəstəlik əsas etibarilə transmissiv yolla yayılır. Xəstəliyin şiddətlənməsi çox vaxt otlaq mövsümünün ikinci yarısında baş verir”.

  • Qida Təhlükəsizliyi Agentliyi: “Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanıb”

Qida Təhlükəsizliyi Agentliyi ölkədə qeydə alınan qarayara xəstəliyi ilə bağlı bildirdi ki, 5 iyul 2019-cu il tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Səhiyyə Nazirliyinin Sabirabad Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən qarayara xəstəliyi ilə bağlı məlumat daxil olub: “Müraciət rayonun İ.İsgəndərov küçəsi 64 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Heydərov Malik Alış oğlu və həmin küçədə bina 3, mənzil 23 ünvanında yaşayan, 1950-ci il təvəllüdlü Qəfərov Tofiq Heybət oğlundan olub. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsində hospitalizasiya olunması və qarayara xəstəliyinə yoluxma şübhəsi əsasında hər iki şəxsdən müayinə materialları götürülərək İmişli Rayon Taun Əleyhinə Stansiyasına göndərilməsi və nəticələri ilə bağlı əlavə məlumat verilməsi haqqında agentliyə məktub daxil olub. Məlumat daxil olduqdan dərhal sonra agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb və hadisənin baş verdiyi əraziyə ezam olunub. Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanıb. Bu məqsədlə daxil olan informasiyalar təhlil olunaraq, anamnez məlumatlar toplanmış, xəstəliyə yoluxması ehtimal olunan şəxslərin şəxsi təsərrüfat sahələrində, heyvanların saxlandığı ərazidə kliniki müayinələr həyata keçirilib, şəxsi təsərrüfatlarda olan heyvanların peyvəndləmə işləri təhlil olunub və heyvanların xəstəliyə yoluxma ehtimalı öz təsdiqini tapmayıb. Agentlik əməkdaşları tərəfindən hadisənin baş verməsi ehtimal olunan mümkün səbəblər üzrə araşdırmaların əhatə dairəsi genişləndirilib və yoluxma ehtimalı olan şəxsin qardaşına məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilib. Kəsim məntəqəsindən müvafiq nümunələr götürülərək aidiyyəti üzrə laboratoriyalara təqdim edilib. Aparılan araşdırmaların hazırkı mərhələsinə qədər həmin şəxslərin təmasda olduğu heyvanlarda və heyvandarlıq təsərrüfatında xəstəlik faktı aşkar olunmayıb. Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

  • Adil Qeybulla: “Qarayara xəstəliyinin ölkəmizdə qeydə alınması baytarlıq sahəsinə bir həyəcan siqnalıdır”

Professor, həkim-ekspert Adil Qeybulla bildirdi ki, bu, təhlükəli infeksion xəstəlikdir: “O qədər təhlükəli infeksiyadır ki, hətta vəhşi heyvanlarda olduğu zaman belə onların ölümünə səbəb olur. Baş vermiş hadisə artıq baytarlıq sahəsinə bir həyəcan siqnalıdır. Çünki xəstələyin yayılması ehtimalı ola bilər. Kənd təsərrüfatı və vəhşi heyvanların kütləvi şəkildə sıradan çıxmasının, insanların zərər görməsinin qarşısını almaq üçün bu hadisə lokallaşdırılmalıdır”.

Ekspertin sözlərinə görə, qarayara xəstəliyi dərinin, limfa düyünlərinin, ağ ciyərlərin, bağırsaqların zədələnməsinə səbəb olur. Əksəriyyət zaman bu infeksiya letal nəticələrə gətirib çıxarır.

A.Qeybulla onu da əlavə etdi ki, qarşıdan Qurban bayramı gəldiyi üçün, bu hadisə dərhal araşdırılmalıdır: “Bu hadisə təkrarlana bilər. İnfeksiyanın mənbəyi iribuynuzlu heyvanlardır. Kənardan gətirilən heyvanlarda da bu xəstəlik ola bilər. Ona görə də məsələ ciddi şəkildə araşdırılmalıdır. Tədbir görülməsə, yayıla bilər. Bu da xeyli insan və heyvan tələfatı ilə nəticələnə bilər”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ