şənbə günü, 14 noyabr 2026
     

Milli Yaylaq Festivalı Azərbaycana nə verdi…

Image


Bir vaxtlar yayı yaylaqda, qışı qışlaqda keçirərdi baba-nənələrimiz. Yazın qədəmi torpağa dəyər-dəyməz, yaylaq hazırlığına başlanardı və bu hazırlıq o qədər maraqlı olardı ki…

Bu gün təəssüf ki, yaylaq yerlərimizin çoxu bədnam ermənilər tərəfindən işğal altında saxlanır. Bu səbəbdən də illərdir həmin yaylaq yerlərimizə köç edə bilmirik.

Azərbaycanda tarixən yaylağa çıxma ənənəsi olduğundan, hazırda da bəzi bölgələrin sakinləri yaylaq yerlərinə çıxırlar. Əsrlər boyu formalaşan yaylaq ənənəmizin bu gün təbliğinə böyük ehtiyac var.  Bu gün yaylağın təbliği, yaylaq yerlərimizin tanıdılması çox aktualdır. Məlum olduğu kimi, Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verildi.

İyulun 28-dək davam edən festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyilə keçirildi.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatıldılar.

Qeyd edək ki, Milli Yaylaq Festivalı günlərində mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla mindi) təşkil olundu, yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər – dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) təqdim edildi. Həmçinin, tətbiqi sənət nümunələrinin nümayişi və satış-sərgisi təşkil olundu. Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi keçirildi. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərdi. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq, Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılandı.

Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar – çövkən, baharbənd, sürpapaq, piyalə, ər endir (atüstü güləş), gərdək qaçırmaq, zorxana, kəndirbazlıq və oxatma təşkil olundu.

Bildirək ki, Yaylaq Festivalının eko-etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılmışdı. Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil edildi. Belə ki, burada turistlər gün ərzində adi kənd həyatını yaşadılar. Yəni inək, qoyun-keçi otarıldı, onlar sağıldı, ot biçildi, taya düzəldildi, atlara qulluq olundu, nehrə çalındı, tətbiqi sənətlə məşğul olundu, milli xörəklər bişirildi. Həmçinin, bölgənin məşhur yerlərinə – Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri, “Alman izləri” adlı xüsusi ekskursiyalar təşkil olundu.

  • Kamilə Əliyeva: “İlk Milli Yaylaq Festivalı illər keçəcək, amma yaddaşlardan silinməyəcək”

Millət vəkili, professor, festivalın iştirakçılarından olan Kamilə Əliyeva bizimlə söhbətində qeyd etdi ki, ilk Milli Yaylaq Festivalı illər keçəcək, amma yaddaşlardan silinməyəcək. Bu festival öz möhtəşəmliyi və ecazkarlığı ilə hələ uzun illər hafizələrdə qalacaq, yaşayacaq: “Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin nümayiş etdirilməsidir. Məkan kimi Gədəbəy rayonu təsadüfən seçilməyib. Bu bölgə öz təbiətinə, gözəlliyinə, milli adət-ənənələrlə, təbii sərvətlərlə zənginliyinə görə Azərbaycanın, eləcə də dünyanın unikal bölgələrindən biridir. Düzyurd-Miskinli yaylağında unikal konsepsiya əsasında təşkil olunan festivala təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndə, o cümlədən, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılıb”.

Xanım millət vəkili hesab edir ki, çoxsaylı qonağın ilk dəfə keçirilən Milli Yaylaq Festivalına qatılması da bu festivalın gələcəyindən, perspektivindən xəbər verir: “Bu gün sabitlik adası olan multikultural Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən, müdrik siyasəti ilə dünyanın ən inkişaf edən dövlətlərindən birinə çevrilib. Ölkəmiz dünyanın milli-dini tolerantlıq mərkəzi, siyasi, iqtisadi, mədəni, humanitar, hərbi dialoq məkanıdır. Ölkəmizdə bir tədir başa çatar-çatmaz, dünya və regional miqyaslı digər bir nüfuzlu tədbir öz işinə start verir. Elə bu günlərdə paytaxt Bakımızda keçirilən 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalını qeyd etmək olar. Bir həftə ərzində keçirilən tədbirə Azərbaycan layiqincə və uğurla evsahibliyi etdi. Azərbaycan bu festivalı möhtəşəm şəkildə reallaşdırmaqla daha bir zəfərinə, uğuruna imza atdı. Azərbaycanımız, paytaxtımız Bakı, onun gözəlliyi, inkişafımız bir daha dünyaya nümayiş olundu, hər kəs hər şeyi olduğu kimi gördü”.

  • Qiymət Məhərrəmli: “Yaylaq Festivalı çərçivəsində elat mədəniyyətini ölkə daxilində və xaricində təbliğ etmək imkanı əldə etdik”

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli “Bakı-Xəbər”ə bildirdi ki, ölkəmizdə keçirilən bu festival bütün mənalarda effekt verəcək. Onun sözlərinə görə, festival çərçivəsində elat mədəniyyətini ölkə daxilində və xaricində təbliğ etmək imkanı əldə etdik: “Bu festival elat həyatının, mədəniyyətinin təbliğində xüsusi rol oynadı. Düşünürəm ki, üzümüzə gələn illərdə keçiriləcək növbəti festivallarda biz öz yaylaq mədəniyyətimizi daha çox tanıtmış olacağıq. Tarixən bizim xalqımız yayı yaylaqda, qışı qışlaq keçirib. Yaylağa köçmə ənənəsi bizə xasdır. Yaylağın öz ab-havası, ruhu var. Bu böyük bir törəndir”.

Q.Məhərrəmli bildirdi ki, yaylaq Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış məskənlərindən biridir.

Onun sözlərinə görə, yaylaqlar, adətən, yüksək dağlıq yerlərdə, alp çəmənliklərində yerləşir. İlin 3-4 ayını yaylaqlarda keçirən maldar elatlar burada alaçıq və dəyələrdə yaşayırdılar: “Yaylaq mal-qaranın yay zamanı otarıldığı ərazi, yer olub. Maldarlıq meydana gəldikdən sonra yaylaqlardan geniş istifadə olunur. Azərbaycanda yaylaqların əksəriyyəti dəniz səviyyəsindən orta hesabla 2800 m-ə qədər yüksəklikdədir. Böyük və Kiçik Qafqaz dağlarındakı alp və subalp çəmənlikləri qoyunçuluğun qədim yaylaqları sayılır. Yaylaq həm də sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeridir. Azərbaycanda təqribən 6 minillik tarixi olan yaylaqlardan indi də geniş istifadə olunur. Yaylaqlara köçmə və yurdsalma qaydalarında əsasən su mənbələrinə yaxınlıq və otlaq qayğıları, həmçinin, qohumluq münasibətləri üstün yer tuturdu. Qohum ailələrin bir neçə il dalbadal düşdükləri yurd yerləri, yaylaqlar ailə başçısının, bəzən də onların təmsil etdikləri kəndlərin adları ilə adlanırdı” - deyə bildirən ekspert söylədi ki, Azərbaycanda məşhur Qırxqız, Xoşbulaq, Əmirəhmədin yurdu, Nəbi yurdu, Eldar yaylağı, Çubuqlu, Əyricə kimi yaylaqlar ulu babalarımızın yurd yerləridir: “Yaylaq Festivalının keçirilməsi ilə biz yaylaqlara yeni turist axını əldə edə biləcəyik. Çünki turistlərin yaylaqlara cəlb edilməsi ilə bir turizm ənənəsinin də əsasını qoymuş olacağıq. Beləliklə, turistlər yaylaqda həm qurulan dəyələri görəcəklər, o alaçıqlarda qalacaqlar, bununla da yaylaq həyatını yaxından izləyəcəklər. İnəyin sağılmasından, nehrə çalxanmasından, pendir, qurud tutulmasından mal-qaranın örüşə aparılmasına qədər hər şeyi turistlər öz gözləri ilə görəcəklər”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ