şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın milli qəhrəmanları arasında 10-dan çox qeyri-azərbaycanlı, hətta Azərbaycanda doğulmayanlar var

Image


Elşən Uluxanlı: “Onların bir çoxu Azərbaycan vətəndaşı olmasa da, bizim torpaqlarımızın müdafiəsi uğrunda şəhid olub”
Vüqar Əsgərov: “Bu milli qəhrəmanların hər biri Azərbaycan xalqının qəlbində özünə böyük abidə ucaldıb”

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlar arasında milliyyətcə azərbaycanlı olmayanlar da çoxdur. Onlar doğulub boya-başa çatdıqları ana vətənin düşməndən müdafiə olunmasında canlarından, həyatlarından keçiblər. Hətta Qarabağ müharibəsində şəhid olan və ölümündən sonra Milli Qəhrəman adına layiq görülən şəhidlər sırasında keçmiş SSRİ respublikalarında doğulan qeyri-azərbaycanlılar da var.

Onları bizim torpaqların müdafiəsinə xalqımıza olan böyük sevgi və ehtiram çəkib gətirib. Azərbaycan torpaqları uğrunda qəhrəmanlıqla həlak olan Aqarunov Albert Aqarunoviçin, Aznaurov İsgəndər Söhrab oğlunun, Davidoviç Anatoli Nikolayeviçin, Karlov Yevgeni Nikolayeviçin, Kovalyov Yuri Petroviçin, Makeyev İqor Vladimiroviçin, Polovinko Ruslan Aleksandroviçin, Senyuşkin Sergey Aleksandroviçin, Seryogin Viktor Vasilyeviçin, Slesaryov Mixail Aleksandroviçin (Mixail Slesaryov 12 aprel 2014-cü ildə vəfat edib) adlarını çox böyük hörmət və ehtiramla xatırlayırıq.

Qeyd edək ki, Aqarunov Albert Aqarunoviç 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən cəbhəyə könüllü gedib. O,  8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb, 2016-cı ildə isə Milli Qəhrəman ölümündən sonra “Həzi Aslanov” ordeni ilə təltif edilib.

Davidoviç Anatoli Nikolayeviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açıb. 1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət edib. Mayor hərbi rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan Ordusu ilə bağlayıb.

Davidoviç Anatoli Nikolayeviç 3 iyun 1992-ci ildə həlak olub, Belarus Respublikasının Slutsk şəhərində dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli, 24 saylı Fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Gəncədə küçələrdən birinə mayor Nikoloyeviçin adı verilib.

“Topçu İsgəndər” kimi adını tariximizə yazan Aznaurov İsgəndər Söhrab oğlu 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində axısqa türkü ailəsində dünyaya gəlib. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüz minlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olub və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycanın Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb.

Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub.

1993-cü il 18 apreldə döyüşlərin ən qızğın hissəsinə yollanan Aznaurov orada gedən atışmalar zamanı qəhrəmancasına həlak olub, Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli, 262 saylı Fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb,

İqor Makeyev 27 oktyabr 1971-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olub. 1992-ci il 5 iyun tarixində ermənilər Naxçıvanlı kəndinə hücuma keçmişdilər. İqor burada onlarla erməni yaraqlısını məhv edib, ermənilər kəndi tutsalar da, döyüşçülərimiz əks hücuma keçərək kəndi geri ala bildilər. Ağdərə uğrunda gedən döyüşlərdə də o rəşadətlə vuruşub. İqorun son döyüşü 2 avqust 1992-ci ildə oldu "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə o, “Nikulin” ləqəbli azərbaycanlı ilə birlikdə pulemyotla ön cərgədə gedirdilər. Onlarla erməni quldurunu məhv edən İqor 28 nəfərin mühasirədən çıxmasına imkan yaradır, özü isə qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli, 290 saylı Fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib və Sadıllı qəsəbəsində qəhrəmanımızın adına küçə var.

Mixail Slesaryov 8 may 1955-ci il Rusiyanın Smolensk şəhərində doğulub. Sonradan taleyini Azərbaycanla bağlayan Slesaryov 7 yanvar 1999-cu ildə Qobustan həbsxanasında xidmətini yerinə yetirirdi. Axşamüstü dustaqlar qiyam etdilər. Mixail cəld əməliyyat qrupu yaratdı, silahlı məhbuslar zərərsizləşdirildi. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli, 73 saylı Fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "N" saylı hərbi hissəsində taqım komandiri vəzifəsində çalışırdı. M.Slesaryov 12 aprel 2014-cü ildə vəfat edib.

Ruslan Polovinko 21 oktyabr 1969-cu il Ukraynanın Xarkov vilayətinin Zmiyev şəhərində anadan olub. Ruslan 1991-ci ildən ermənilərin Qarabağda törətdiklər vəhşiliklərə qarşı əməliyyatlarda iştirak etməyə başlayıb. 1992-ci il 6 avqust tarixində şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli, 204 saylı Fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, Ukraynanın Xarkov vilayətinin Zmiyev şəhərində dəfn edilib.

Seryogin Viktor Vasilyeviç 23 mart 1944-cü ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində doğulub. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti olub, dəfələrlə ordenlərlə təltif edilib. Hərbi pilot olan Viktor Ağdərə, Şuşa, Ağdam səmasında özünəməxsus izlər qoyub. O, 28 yanvar 1992-ci ildə dinc sakinləri təhlükəsiz yerə apararaq Ağdam-Şuşa istiqamətində hərəkət edirdi. Erməni yaraqlıları qəfil olaraq vertolyotu atəşə tutdular, Viktor alova bürünmüş vertolyotu kənara yönəldərək insanların tələf olmasının qarşısını ala bildi, özü isə heyətlə birlikdə qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli, 337 saylı Fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Yuri Petroviç Kovalyov 1965-ci il mayın 29-da Göyçay rayonunda rus ailəsində anadan olub.

1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilən Yuri Kovalyov Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşub. 1991-ci ildə həlak olub. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki 229 saylı orta məktəb Milli Qəhrəmanın adını daşıyır.

Karlov Yevgeni Nikolayeviç 1960-cı il mayın 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olub. Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirdiyindən, bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışıb. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak edib, şücaət göstərib. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı Fərmanı ilə Karlov Yevgeni Nikolayeviç Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb, doğulduğu Dubovka qəsəbəsində dəfn edilib

Senyuşkin Sergey Aleksandroviç 15 sentyabr 1957-ci il Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olub. 1 fevral 1992-ci ildən həyatını Azərbaycanla bağlayan Sergey hərbi hissə komandiri təyin edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradıcılarından hesab olunan Sergey Senyuşkin mülki təyyarəçilərə hərbçi təlimini keçməklə yanaşı, Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edərək çox sayda erməni döyüşçüsünü məhv edib. Xocalı soyqırımı zamanı xeyli dinc sakini xilas edə bilsə də, Xocalıda ağır yaralanmış və 29 fevral 1992-ci ildə həlak olub. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli, 204 saylı Fərmanı ilə Senyuşkin Sergey Aleksandroviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, Samara vilayətinin Sızran şəhərində dəfn edilib.

Qeyd edək ki, bu məlumatlar tədqiqatçı Vüqar Əsgərovun “Azərbaycanın milli qəhrəmanları” kitabından götürülüb.

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan xalqı və dövləti torpaqlarımızın müdafiəsi yolunda şəhid olan bu insanları heç zaman unutmur, onların xatirəsini həmişə uca tutur. “Qarabağda müharibədə könüllü iştirak edərək canlarını torpaqlarımız uğrunda fəda edən qeyri-azərbaycanlı milli qəhrəmanlarımızdan bəziləri bizim ölkədə doğulub boya-başa çatsa da, bir neçəsi başqa respublikalarda doğulub. Milliyyətcə yəhudi olan Albert Aqarunov özü müharibəyə könüllü gedib. A.Aqarunov Bakıda Şəhidlər Xiyabanında torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyublar. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan milli qəhrəmanlar arasında Ukrayna, Rusiya, Gürcüstan, Belarus vətəndaşları da var. Azərbaycanda onların hamısının adı əbədiləşdirilib, yaşadıqları binaya barelyefləri vurulub. O milli qəhrəmanlar canlarını bizim üçün çəkinmədən qurban veriblərsə, Azərbaycan dövləti də onların adlarının əbədiləşdirilməsi istiqamətində addımlar atıb, onların ailəsinə dəstək göstərib. Azərbaycandan Rusiyaya, Belarusa, Ukraynaya gedənlər öz vətənlərində dəfn edilən Azərbaycanın milli qəhrəmanlarının məzarlarını ziyarət edirlər. Bu milli qəhrəmanlar doğulduqları ölkələrlə Azərbaycan arasında qırılmaz körpülər yaradıblar. Onların bir çoxu Azərbaycan vətəndaşı olmasa da, bizim torpaqlarımızın müdafiəsi uğrunda şəhid olub, Azərbaycan dövləti də, xalqı da onların qəhrəmanlıqlarını unutmur. Bu insanlar torpaqlarımızı müdafiə etmək üçün ona görə gəlmişdilər ki, bizim xalqa böyük sevgiləri vardı. Əgər onların Azərbaycan xalqına sevgisi, ehtiramı olmasaydı, gəlib Dağlıq Qarabağda şəhid olmazdılar. O milli qəhrəmanların hər birinin qəlbində böyük Azərbaycan sevgisi olub ki, canlarını Azərbaycan yolunda fəda ediblər” -deyə E.Uluxanlı bildirdi.    

“Azərbaycanın milli qəhrəmanları” kitabının müəllifi, tədqiqatçı Vüqar Əsgərov bu kitabı yazmaqla Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanlara böyük bir abidə qoyub. Vüqar Əsgərov “Bakı-Xəbər”ə bildirdi ki, həmin milli qəhrəmanların Azərbaycan torpaqlarının müdafiəsinə qoşulmasına səbəb onların xalqımıza olan sevgisi olub. “Milli ordumuzun yenicə formalaşdığı bir dövrdə haqq işimizə dəstək vermək üçün müxtəlif respublikalardan, o cümlədən də Ukraynadan, Belarusdan, Rusiyadan hərbi pilotlar gəldi. Onların hamısı Azərbaycan torpaqlarının müdafiəsinə könüllü qoşulmuşdular. Bu insanlar Azərbaycanın ərazi bütövlüyü uğrunda, sözün həqiqi mənasında, böyük mücadilələr veriblər. Mən onlardan Slesaryov Mixail Aleksandroviçin,  Davidoviç Anatoli Nikolayeviçin adlarını çəkmək istəyirəm. Doğrudan da onlar çox böyük şücaət göstəriblər. Hətta bu yaxınlarda Anatoli Davidoviç haqqında film də çəkmişik, həmin filmin Minskdə təqdimatı gözlənir. Dövlətimiz də onun xatirəsini əbədiləşdirib. Goranboy rayonunun Ağcakənd kəndinin düşməndən xilas edilməsində onun böyük rolu olub. O, artilleriyadan istifadə edərək 5 gün ərzində düşmənə zərbə vurub, həmin ərazi düşməndən azad edilib. O, Ağdamda və digər ərazilərimizdə düşmən mövqelərini bombardıman edib. Makeyev İqor Vladimiroviçin də adını xatırlamaq lazımdır. O, Gəncədə doğulub. Qarabağ müharibəsinə könüllü gedib. O, Azərbaycan torpağına o qədər bağlı idi ki, torpaqlarımızın müdafiəsinə qoşuldu. Heç onun müharibəyə getməsini valideynləri istəmirdilər, lakin o, valideynlərinin təkidinə baxmayaraq, ilk könüllülərdən biri kimi cəbhəyə getdi. İqor özünü Azərbaycanın bir parçası sayırdı. Kovalyov Yuri Petroviç də könüllü olaraq döyüşə yollanıb. Onun qəlbi Azərbaycanla döyünürdü, biz onun xatirəsini hər zaman əziz tuturuq. O, Azərbaycan torpağı uğrunda canından keçib. Aqarunov Albert Aqarunoviç, Karlov Yevgeni Nikolayeviç, Polovinko Ruslan Aleksandroviç, Senyuşkin Sergey Aleksandroviç, Seryogin Viktor Vasilyeviç Azərbaycanın  ərazi bütövlüyünün qorunmasında qəhrəmanlıqlar göstəriblər, sözün həqiqi mənasında, düşmənə qan uddurublar. Şuşada Albertin göstərdiyi qəhrəmanlıqlar ermənilərin yuxusunu ərşə çəkmişdi. O vaxt Şuşada bütün tanklar çıxsa da, orada yalnız Albertin tankı qalmışdı. O, Şuşanı təkcə saxlayırdı. Onun bu hərəkəti onu göstərir ki,  Azərbaycanı nə qədər sevirdi. Ruslan Polovinko Samaradan gəlmişdi, top atıcısı olub. Tuladan olan Yevgeni Karlov pilot olub, onun da çox böyük şücaəti olub. Viktor Seryogin döyüş bölgələrinə 200-dən artıq uçuş edib, Xocalıdan əhalinin çıxarılmasında onun da böyük xidmətləri olub. Bu gün onların xatırlanması, ruhlarının yad edilməsi təqdirəlayiqdir. Siz də sağ olun ki, Azərbaycan torpaqlarının müdafiəsi yolunda şəhid olan bu insanları xatırlayırsınız. Bu milli qəhrəmanların hər biri Azərbaycan xalqının qəlbində özünə böyük abidə ucaldıb” - deyə V.Əsgərov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ