şənbə günü, 14 noyabr 2026
     

Müasir erməni caniləri ilə bağlı ədəbiyyatımızda böyük problem – real cinayətkarlar niyə öz adları ilə göstərilmir…

Image


Elçin Mirzəbəyli: “... Azərbaycanda nasirlər bu yükün altına girmək istəmirlər”
Aydın Xan Əbilov: “Onların obrazları bədii əsərlər vasitəsilə tarixə həkk olunmalıdır ki, xalqımız öz düşmənlərini tanısın və onları unutmasın”

 

Erməni ideoloqlarının və bəzi böyük dövlətlərin fitnəsi ilə başlayan Qarabağ münaqişəsi minlərlə azərbaycanlının kütləvi qətlinə, torpaqlarımızın işğalına səbəb oldu. Xalq olaraq Xocalı soyqırımını, Meşəli, Daşaltı, Ağdaban kimi faciələri yaşamağa məhkum olduq. Xocalı genosidini törədənlərə “ilham” verən Zori Balayan, Silva Kaputikyan, bu qətliamı icra edən Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan və digər cəlladlar bu cinayətlərinə görə hələ də beynəlxalq hüquq tərəfindən cəzalandırılmayıblar.

Xalqımızın düşmənləri olan daşnak törəmələrinin törətdikləri cinayətlərin dünyaya çatdırılması üçün siyasi yazılar, publisistik məqalələr kifayət etmir. Zori Balayan, Silva Kaputikyan, Serj Sarkisyan, Robert Köçəryan, Monte Melkonyan və başqalarının real obrazlarına bədii ədəbiyyatda rast gəlmirik. Müasir Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunda xeyli sayda irili-xırdalı nəsr əsəri yazılsa da, biz bu əsərlərdə yalnız ümumiləşdirilmiş erməni obrazları görürük. Monte Melkonyan istisna olmaqla, adlarını çəkdiyimiz cəlladların, demək olar ki, hamısı həyatdadır və onlar öz müsahibələrində Xocalıda, eləcə də müharibə gedən digər rayon və şəhərlərimizdə uşaqlarımızı, qadınlarımızı, qocalarımızı necə vəhşiliklə qətlə yetirdiklərini “fəxrlə” dilə gətirirlər. Bizim nəsrdə isə hələ heç bir yazıçı özündə hünər tapıb bu neofaşistlərin obrazlarını yaratmağa cəhd göstərmir. Şərti adlar, obrazlar müstəvisində təqdim edilən əsərlərin isə elə də effekti olmur. Bəzən deyirlər ki, tarixi əsərlərin yaradılması zamanla bağlıdır, yəni real obrazların əks olunduğu əsərlərin yazılması üçün xeyli zaman ötməlidir. Əslində, ermənilərin qondarma qəhrəmanlarını bədii əsərlərə gətirməklə onları həm öz cəmiyyətimizdə, həm də beynəlxalq aləmdə bir daha ifşa etmək lazımdır. “Avo” ləqəbli daşnak M.Melkonyanın obrazı nə üçün ədəbiyyatımızda yaradılmasın? Düşmənə qarşı nifrət formalaşdırmaq və ondan öc almaq üçün bu kimi obrazların bədii əsərlərdə canlandırılması vacibdir.

Son 20 ildə Azərbaycan nəsrində yazıçı Sabir Əhmədlinin “Ömür urası”, yazıçı Aqil Abbasın “Qaçqın çadırlarında Üzeyir Hacıbəyovlar doğula bilməz” povesti və “Dolu “ romanı, Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə”, “Xəcalət” romanları, Elçin Hüseynbəylinin “Gözümə gün düşür” hekayəsi və “Əsirlər” povesti, Təranə Vahidin hekayələri, yazıçı Nüşabə Məmmədlinin “Zəngulə” povesti, Fazil Güneyin “Qara qan” romanı, Salatın Əhmədovanın “Kişilik səngəri” əsəri və digər nəsr nümunələri var ki, onlar Qarabağ müharibəsinin ağrılarını, erməni faşizmini, onların törətdikləri vəhşilikləri ifadə edirlər. Bu əsərlərin hər biri bədii cəhətdən çox maraqlı və oxunaqlıdır, lakin onlarda çatışmayan cəhət bu nümunələrdə real obrazların verilməməsidir.

Və­tə­nin kök­sün­də Qa­ra­bağ faciəsi boy­da ya­ranı vuran erməni daşnaklarının real obrazları nəsrdə niyə öz əksini tapmayıb?

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Elçin Mirzəbəylinin fikrincə, Zori Balayan, Silva Kaputikyan, Serj Sarkisyan, Robert Köçəryan, Monte Melkonyan və ermənilərin digər “qəhrəmanları”nın real obrazlarının bədii nəsrdə yaradılması vacibdir. E.Mirzəbəylinin sözlərinə görə, əslində, yazıçılar tarixi faktları, sənədləri araşdırmalı və əli azərbaycanlıların qanına batan şəxslərin obrazlarını ədəbiyyatda canlandırmalıdırlar. “Bədii əsərdə konkret şəxslərin obrazlarının canlandırılması onlar barədə faktların toplanmasını zəruri edir. Tutaq ki, Azərbaycanda hansısa bir yazıçı Zori Balayanın, Silva Kaputikyanın, Serj Sarkisyanın, Robert Köçəryanın obrazını ədəbiyyata gətirəcəksə, o halda əsərdə həmin şəxslərin ətrafında cərəyan edən hadisələrlə, şəxsin özünün prosesdə iştirakı ilə bağlı konkret faktlar öz əksini tapmalıdır. Bu təqdirdə də süjetin qurulması çox çətinləşir. Bu, konkret obrazlar əsasında süjet qurulmasını tələb edən bir məqamdır. Bu baxımdan, Z.Balayanın, S.Kaputikyanın, S.Sarkisyanın, R.Köçəryanın və digərilərinin obrazlarını yaratmaq çətin proses olduğu üçün, təəssüflər olsun ki, Azərbaycanda nasirlər bu yükün altına girmək istəmirlər. Onlar daha asanlaşdırılmış formata - ümumiləşdirilmiş obrazlar yaratmaq formatına qaçırlar. Onu da qeyd edim ki, bütövlükdə, dünya ədəbiyyatında ümumi fərziyyələr əsasında yazılan əsərlər adətən insanları bir o qədər də cəlb etmir. Məsələn, Xocalı faciəsi haqqında bir əsər yazılarsa, bu əsərdə konkret olaraq bir Xocalı ailəsinin faciəsindən çıxış edərək nələrisə dünyaya çatdırmaq daha doğrudur. Bu diqqəti daha çox cəlb edə bilər. Xocalıdan olan bir uşağın faciəsini, onun obrazını, keçdiyi yolu, eyni zamanda, bu faciənin törənməsində iştirakı olan Sarkisyanın, Köçəryanın obrazını yaratmaq daha böyük peşəkarlıq tələb edən bir məsələdir. Ola bilsin, bizim ədəbiyyat adamları, bir növ, tarixi proseslər haqqında yazmağı öz üzərlərinə götürməkdən çəkinirlər. Burada bir az xronikaya müraciət etmək lazım gəlir. Tarixi faktları araşdırıb dəqiqliklə ortaya qoymaq, tarixi faktlar əsasında bədii obrazlar yaratmaq çox mürəkkəb bir prosesdir” - deyə bildirən E.Mirzəbəyli qeyd etdi ki, bizim yazıçılar adətən uzaq tariximizlə bağlı əsərlər yazmağa meyl göstərirlər, yaxın tarixə isə əsasən müraciət etmək istəmirlər. E.Mirzəbəylinin sözlərinə görə, üzərindən kifayət qədər zaman keçməsinə baxmayaraq, heç 20 Yanvar faciəsi haqqında bir əsər, film ortaya qoymağı bacarmamışıq. “Bu əsərləri yazmaq üçün ciddi araşdırma aparmaq lazımdır. Həmçinin də yazıçının bir az analitik təfəkkürü olmalıdır. Şərq ədəbiyyatından gəlmə mübaliğələri, uzun-uzadı cümlələri kənara qoymaq lazımdır, dünya artıq bu tərzi qəbul etmir. Reallığı və real mənzərəni yaratmaq üçün daha peşəkar yanaşmaq lazımdır” - deyə E.Mirzəbəyli qeyd etdi.

Yeni Sənətçilər və Yazarlar Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun fikrincə isə bu günədək Qarabağ mövzusunda əsərlər yaradılıb, “Qarabağnamələr” hər zaman olub. “Ancaq onların böyük bir hissəsinin bədii səviyyəsi, bir hissəsinin isə forması, yaxud zəif yazılması ədəbiyyatımızın “Qarabağnamə” istiqamətinin heç də ürəyimizcə olmadığını göstərir. Onu da bildirim ki, müxtəlif yazıçılarımız tərəfindən Dağlıq Qarabağ münaqişəsi, eləcə də 20 Yanvar hadisəsi ilə bağlı yüzlərlə bədii əsər yazılıb. Xüsusən də poeziya və publisistika janrında daha çox əsər var. Lakin onlarda keçmiş sovet dövründə yazılan əsərlərdəki kimi, mənfi və müsbət qəhrəmanların surətləri istənilən sənətkarlıq səviyyəsində yazılmır deyə, oxucuların da yaddaşında qalmır. Bu nəinki bədii ədəbiyyatda, hətta filmlərdə, seriallarda və televiziya proqramlarında da belədir”.

A.X.Əbilov hesab edir ki, bu şəxslərin obrazlarının ədəbiyyatda yaradılmamasının əsas səbəblərindən biri bu istiqamətdə yazılan çoxsaylı məqalə, publisistik yazılar, çəkilən televiziya  proqramlarıdır ki, bu da bədii nəsrin bu məsələyə səthi yanaşmasına gətirib çıxarıb. Bədii ədəbiyyatda tarixi, mədəni hadisələrin ümumiləşdirilmiş formada verildiyini deyən müsahibimiz qeyd etdi ki, burada hansısa bir obrazın tam canlandırlmasına maraq olmur. “Biz bu barədə yazıçılardan soruşanda onlar deyirlər ki, ümumiləşdirilmiş obrazlarda erməni xislətini, onların vəhşiliklərini veririk. Deyirlər ki, bu əsərləri tarixi faktlarla yazsaq, onda bu bədii yox, sənədli-bədii  əsər olacaq.  Razıyam ki, Qarabağın işğalında yaxından iştirakı olan, azərbaycanlılara qarşı soyqırım törədən, hamilə qadınlarımızı, uşaqlarımızı xəncərlə doğrayan, yandıran “erməni qəhrəmanları”nın adları və soyadları açıq olmaq şərtilə, obrazları böyük sənətkarlıqla bədii nəsrdə öz əksini tapmalıdır. Onların obrazları bədii əsərlər vasitəsilə tarixə həkk olunmalıdır ki, xalqımız öz düşmənlərini tanısın və onları unutmasın” - deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ