Cümə günü, 06 noyabr 2026
     

Dövlət idarəçiliyində irəli çəkilən gənc kadrların sayı artır...

Image


Müasir qloballaşma dövründə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan məsələlərdən biridir. İnformasiya texnologiyalarının sürətli inkişafı, mədəniyyətlərarası inteqrasiyanın dərinləşməsi və xarici təsirlərin artması gənclərin dünyagörüşünə həm müsbət, həm də mənfi təsirlər göstərir. Bu şəraitdə milli kimliyin, tarixi yaddaşın, dilin, mədəniyyətin və mənəvi dəyərlərin qorunması və yeni nəsillərə ötürülməsi xüsusi aktuallıq kəsb edir.

Uzunmüddətli inkişaf strategiyalarında gənclərə xüsusi yer ayrılır

Milli mənlik şüuru gəncin öz xalqına, dövlətinə, tarixinə və mədəni irsinə aidiyyət hissini dərk etməsi, milli maraqları şəxsi maraqlarla uzlaşdırması deməkdir. Bu şüurun formalaşması təkcə vətənpərvərlik hissi ilə məhdudlaşmır, eyni zamanda milli dəyərlərə hörmət, dövlətçilik ənənələrinə sədaqət və cəmiyyət qarşısında məsuliyyət hissini də əhatə edir. Güclü milli mənlik şüuruna malik gənclər ölkənin gələcəyinin etibarlı təminatçısına çevrilir. Qeyd olunan fonda idarəçilik sistemlərinin səmərəliliyi və davamlı inkişafı gənclərin bu proseslərdə fəal iştirakı ilə birbaşa bağlıdır. Gənclər cəmiyyətin ən dinamik, çevik və yeniliklərə açıq təbəqəsi kimi idarəçilikdə yeni baxışların, müasir yanaşmaların və texnoloji düşüncənin formalaşmasına mühüm töhfə verirlər. Qloballaşma, rəqəmsallaşma və sürətli sosial dəyişikliklər şəraitində gənclərin idarəçilikdə rolunun artırılması zərurətə çevrilir. Azərbaycan məsələnin bu tərəfin xüsusi diqqətdə saxlayır və prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir daha sözügedən mövzuya xüsusi toxunub. Dövlət başçısı qeyd edib ki, ölkdə struktur islahatları ilə paralel olaraq, kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir: “Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində var... Bizim çoxlu istedadlı gənclərimiz var. İndi həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssisimiz var. Müxtəlif dövlət proqramları tətbiq olunur. Onlardan biri də bu “Yüksəliş” proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək, təşviq etmək, sonra isə dövlət strukturlarına, özəl strukturlara cəlb etmək üçün çox vacibdir. Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar. Çoxları qayıdıb burada çalışır və görürük ki, məsələn, rəhbər vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir. Mən 22 ildir bu kürsüdəyəm. Bütün bu hadisələr mənim gözümün qabağında baş verir və həm yaxşı, həm də pis təcrübə, hamısı məndədir. Mən onun hamısını yaşamışam və bu da mənə bu gün bu sözləri deməyə imkan verir. Kadr islahatı, elm-təhsil, cəmiyyətin ümumi intellektual səviyyəsi - çünki bunlar olmasa, onda nadir hallarda hansısa istedadlı şəxs meydana gələ bilər. Cəmiyyətin ümumi intellektual səviyyəsi, bilik səviyyəsi yüksək olanda, orada, necə deyərlər, pleyadalar, belə istedadlı şəxsiyyətlər yaranır”. İdarəçilikdə gənclərin iştirakı, ilk növbədə, qərarların daha çevik və effektiv qəbul olunmasına imkan yaradır. Gənc kadrlar müasir idarəetmə texnologiyalarını, rəqəmsal platformaları və innovativ həll yollarını daha sürətlə mənimsəyir və tətbiq edirlər. Bu isə dövlət və özəl sektorun fəaliyyətində operativliyin artmasına, resurslardan daha səmərəli istifadəyə və şəffaflığın güclənməsinə şərait yaradır. Gənclərin idarəçilikdə rolunun gücləndirilməsi demokratik cəmiyyətin formalaşmasının əsas şərtlərindən biridir. Gənc nəslin qərar qəbuletmə proseslərində təmsil olunması cəmiyyətdə sosial ədalət və bərabər imkanlar prinsipinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, gənclər ictimai-siyasi proseslərdə iştirak etməklə dövlətə və ictimai institutlara inamın artmasına töhfə verirlər. Bu proses gənclərin vətəndaş məsuliyyətinin formalaşmasına da müsbət təsir göstərir. Təhsil və peşəkar hazırlıq idarəçilikdə gənclərin rolunun artmasında həlledici amillərdəndir. Müasir idarəetmə bacarıqlarına malik, strateji düşünən, hüquqi və iqtisadi biliklərə yiyələnmiş gənclər idarəçilik sistemində keyfiyyət dəyişikliyi yarada bilirlər. Bu baxımdan, ali təhsil müəssisələrində idarəetmə, dövlət qulluğu, beynəlxalq münasibətlər və ictimai siyasət sahələrinin inkişaf etdirilməsi, eləcə də praktiki təcrübə proqramlarının təşkili böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi kadr siyasətinin əsas prioritetlərindən biridir. Peşəkarlıq, şəffaflıq və meritokratiya prinsipləri əsasında gənclərin vəzifələrə təyin olunması idarəçilik sistemində sağlam rəqabət mühitini formalaşdırır. Gənc rəhbər kadrların idarəetmədə təmsil olunması uzunmüddətli inkişaf strategiyalarının daha real və gələcəyə yönəlmiş şəkildə hazırlanmasına şərait yaradır.

Ölkəmizdə gənclərin fiziki hazırlığı ilə mənəvi saflığı vəhdət təşkil edir

Dünya təcrübəsi göstərir ki, kütləvi informasiya vasitələri və sosial media da gənclərin şüuruna güclü təsir göstərən amillərdəndir. Müasir gənclik informasiya məkanında aktiv olduğu üçün milli dəyərlərin təbliği bu platformalarda da effektiv şəkildə aparılmalıdır. Milli ideologiyanı, mədəni irsi, dövlət maraqlarını əks etdirən keyfiyyətli media məhsullarının hazırlanması gənclərin düzgün istiqamətdə formalaşmasına töhfə verə bilər. Eyni zamanda, yad ideoloji təsirlərə qarşı informasiya təhlükəsizliyi və media savadlılığı vacibdir.

Dövlət gənclər siyasəti çərçivəsində həyata keçirilən proqramlar milli mənlik şüurunun möhkəmləndirilməsində mühüm rol oynayır. Gənclərin ictimai-siyasi proseslərdə iştirakı, könüllülük hərəkatları, vətənpərvərlik layihələri və milli-mənəvi dəyərləri təşviq edən təşəbbüslər onların cəmiyyətə inteqrasiyasını gücləndirir. Dövlətin yaratdığı imkanlar gənclərin potensialını milli maraqlar naminə reallaşdırmasına şərait yaradır. Qeyd edilən fonda prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı səsləndirdiyi fikirlər də xüsusi diqqət cəlb edir: “Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi, əbədi olsun”. Dövlət başçısı vurğulayıb ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır: “Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var”. Ümumiyyətlə, Azərbaycanda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi kompleks və davamlı bir prosesdir. Bu proses ailə, təhsil, media, mədəniyyət və dövlət siyasətinin qarşılıqlı vəhdəti əsasında həyata keçirilir. Milli kimliyini dərk edən, öz tarixi və mədəni irsi ilə fəxr edən gənclər müasir dünyanın çağırışlarına cavab verə bilən, müstəqil və güclü dövlətin əsas dayağına çevrilir. Belə bir gənclik isə ölkənin sabitliyi, inkişafı və gələcək uğurları üçün ən etibarlı təminatdır. Gənc nəslə belə diqqət və qayğı, onların irəli çəkilməsi yalnız bu günün problemlərinin həlli üçün deyil, həm də gələcək nəsillər üçün güclü və effektiv dövlətin formalaşdırılması baxımından əvəzsiz əhəmiyyətə malikdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ