Anar Eminov: “Hesab edirəm ki, gələcək fəaliyyətimiz uğurlu olacaq”
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərliyi ilə ilə bir qrup akademik-inzibati heyət üzvünün Türkiyə səfəri davam edib.
MDU heyətinin Türkiyə Cumhuriyyətinə səfəri çərçivəsində paytaxt Ankarada yerləşən və qardaş ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) ilə içində magistratura səviyyəsi üzrə “Turizm və hotelçilik” ixtisasında ikili diplom proqramının da olduğu Anlaşma Memorandumu imzalanıb. Memorandum aşağıdakı istiqamətləri əhatə edir: Turizm, iqtisadiyyat və idarəetmə sahələrində ikili diplom proqramlarının icrası (1 il Türkiyədə təhsil almaqla); Əsas olaraq ikili magistr diplom rəhbərlərinin təyin olunması və dissertasiya mövzularının Türkiyəyə uyğun sənaye yönümlü təyin edilməsi. Bu məqsədlə MDU-da fəaliyyət göstərən müəllimlərin, gənc tədqiqatçıların və tələbələrin mübadilə imkanları (1 aylıq və 6 aylıq proqramlar); Ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi; AHBVU professorları ilə birgə elmi nəşrlər və tədqiqat nəticələrinin mübadiləsi; Ortaq konfrans, seminar və təlimlərin təşkili. “Səmimi və dostluq atmosferində keçirilən görüşdə AHBVU-nun rektoru, Prof. Dr. Mehmet Naci Bostancıya və AHBVU nun professor-müəllim heyətinə dərin təşəkkürümü bildirirəm. Hesab edirəm ki, gələcək fəaliyyətimiz uğurlu olacaq. İki dövlət, bir milət”-deyə bu barədə MDU-nun rektoru Anar Eminov qeyd edib. Əli TURABOV