Balakən rayonunda keçirilən toy zamanı dava-dalaş olun. Belə ki, Koftalar kəndində baş tutan toyda 35 və 26 yaşlarında olan Kortala kənd sakinləri toyda sərxoş olaraq, bir-birlərinə nalayiq ifadələr işlədiblər. Daha sonra onlar arasında dava olub. Toya gələn digər qonaqlar dava iştirakçılarının ətrafına yığılaraq, onları ayırmağa çalışıblar. Bu zaman polis əməkdaşları hadisə yerinə gəliblər. Lakin kənd sakinləri dalaşanları ayrı-ayrılıqda avtomobillərə mindirərək, evlərinə apardıqları üçün onları polis şöbəsinə aparmaq mümkün olmayıb. Toyun səhərisi gün dava salam salam şəxslər rayon polis şöbəsinə çağırılıblar və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
Balakən rayon Məhkəməsində ayrı-ayrı keçirilən iclaslarda toyda dalaşan 35 yaşlı şəxs barəsində 8, 26 yaşlı şəxs barəsində isə 10 gün müddətinə inzibati həbs cəzası verilib.
Mətləb