Cümə günü, 06 noyabr 2026
     

Ramiz Mehdiyev elmimizi “kitayski professor və akademiklərlə” doldurdu...

Image


İlqar Orucov: “Onun dövlətimizə qarşı gördüyü ziyanlı işlərdən biri də ona xidmət edən “alimləri” ən yüksək elmi adlara və titullara layiq görməsi olub”

Barəsində cinayət işi başlanılan, Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti, akademik Ramiz Mehdiyev 30 ildən artıq bir müddətdə Azərbaycan elmini kurasiya edib.

AMEA-da kimin müxbir üzvü, kimin akademik seçilməsinə onun qərar verdiyi gizlin deyil. Bunu elm adamları da deyib, ictimaiyyət də yaxşı bilir. Uzun illər AMEA-da seçkilər birbaşa onun tapşırıqı əsasında keçirilib, kimin hansı elmi titul almasını, kimin hansı vəzifələrə təyin edilməsini R.Mehdiyev müəyyən edib. AMEA-da keçirilən seçkilər zamanı yaranan ajiotaj, səs-küy, narazılıqlar, bəzən həqiqi alimlərin kənarda qalması, seçkidə iştirakına şərait yaradılsa da “səs ala bilməməsi” kimi məsələlər daim müzakirə mövzusu olub. Neçə-neçə layiqli alim müxbir üzvü, akademik elmi adlarına həsrət qalıb. Konkret ad çəkmək istəmirik, amma bilənlər bilir ki, kimlər nəzərdə tutulur. R.Mehdiyevin elmə “xidməti” elmimizi "kitayski alimlərlə" doldurmaq oldu. Onun himayəsi ilə neçə-neçə saxta akademik, neçə-neçə saxta müxbir üzvü, professor meydana çıxdı. Bu gün onun müxbir üzvü, akademik etdiyi şəxslər AMEA institutlarında, eləcə də AMEA-dan ayrılıb Elm və Təhsil Nazirliyinin balansına verilən elmi-tədqiqat müəssisələrində kifayət qədərdir.

“Həm Ramiz Mehdiyevin özündən, həm də saxtakarlıqla yüksək elmi titul və rütbələr verdiyi şəxslərdən bu adlar, titullar alınmalıdır”

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, R.Mehdiyev uzun illər yüksək dövlət vəzifəsində çalışarkən öz əqidəsinə uyğun insanları məharətlə seçərək onları yerli və mərkəzi icra hakimiyyəti orqanlarında vəzifələrə təyin edib: “Ulu öndər Heydər Əliyevə sadiq insanlara qarşı fiziki və mənəvi terror həyata keçirib. Eyni zamanda onun dövlətimizə qarşı gördüyü ziyanlı işlərdən biri də ona xidmət edən “alimləri” ən yüksək elmi adlara və titullara layiq görməsi olub. Yaxşı xatırlayıram, bir dəfə də sizinlə bu barədə danışmışıq. Ramiz Mehdiyevin və onun yaxın adamlarının ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsi ilə bağlı heç bir çağırışda adlarını görmürük. Eyni zamanda 2003-cü ildə dövlət çevrilişinə cəhd zamanı iğtişaşlarla etiraz edən böyük elmi ictimaiyyətin Azərbaycan Elmlər Akademiyasının qarşısında dövləti dəstəkləmək məqsədilə keçirdiyi mitinqdə Ramiz Mehdiyevin himayə etdiyi və yüksək elmi adlar və titullar verdiyi adamların bir nəfərini görmədik. Onların bir dəfə də olsun dövlətçilik mövqeyindən çıxış etdiyini müşahidə etmədim. Onlar yalnız və yalnız Ramiz Mehdiyevə biət etmək yolunu tutmuşdular. Bu gün də həmin adamlar vəzifələrdədir. O, AMEA-nın prezidenti vəzifəsinə gələndə düşünürdüm ki, ahıl yaşında dövlətimizin ona olan etimadını doğruldacaq, eyni zamanda cənab Prezidentin onu Azərbaycanın ən yüksək mükafatı ilə təltif etdiyini nəzərə alacaq, burda başını aşağı salıb konkret olaraq işi ilə məşğul olacaq. Ancaq gəlib nə etdi? Akademiyada intriqa yuvası yaratdı, Akademiyanın dövlət resurslarını öz şəxsi ailə resursları kimi istifadə etməyə başladı və o zaman da etiraz edirdim, bildirdirdim ki, necə ola bilər, bu adamın qanunsuz əməllərinə Rəyasət Heyətinin bir üzvü belə səsini çıxarmır. Halbuki, AMEA kollegial sistemlə fəaliyyət göstərən bir qurumdur. Onların heç biri onun qanunsuz əməllərinə etirazlarını bildirmədi. Məntiqlə belə çıxırdı ki, həmin dövrdə AMEA-nın Rəyasət Heyətində məhz onun irəli çəkdiyi adamlar mövqe tuturdular. Təbii ki, onlar “rəhbərlərinin” əleyhinə danışmağa cürət etməzdilər. Ramiz Mehdiyevin “Suverenlik və Konstitusiya İli”ndə nəhayət ki, layiqli cəza alacağına əminəm. Ümid edirəm ki, suverenliyimiz, dövlətçiliyimiz üçün təhdid yaradan, müxtəlif dövlətlərin tapşırıqlarını Azərbaycanda çirkin şəkildə həyata keçirməyə çalışan, dövlətçiliyə zərbə vuran bu adam nəhayət ki, öz layiqli cəzasını alacaq, onun uzun illər elm sahəsində himayə etdiyi adamların da elmi adlardan və rütbələrdən məhrum ediləcəklərinə ümid edirəm. Çox istərdim ki, AMEA təcili olaraq bu məsələyə münasibət bildirsin, Cinayət Məcəlləsinin kifayət qədər ağır maddələri ilə ittiham olunan bu şəxsin akademik adından, elmi titul və rütbələrdən məhrum edilməsi ilə bağlı müvafiq qərar qəbul etsin. Yəni həm Ramiz Mehdiyevin özündən, həm də saxtakarlıqla yüksək elmi titul və rütbələr verdiyi şəxslərdən bu adlar, titullar alınmalıdır”.

İ.Orucov hesab edir ki, AMEA bu istiqamətdə öz sözünü deməlidir. O, ümid edir ki, AMEA-nın hazırkı rəhbərliyi bu mövqeyi nəhayət ki, nümayiş etdirəcək. “Ümid edirəm ki, AMEA rəhbərliyi təkcə Ramiz Mehdiyevə yox, onun elm sahəsində yaratdığı şəbəkəyə qarşı da öz mövqeyini ortaya qoyacaq”.

R.Mehdiyevin nə qədər əqidəli, dövlətçiliyə sadiq insanlara qarşı zərərli mövqedə olduğunu deyən İ.Orucov bildirdi ki, həmin insanların hüquqları gec də olsa bərpa olunacaq. “Hesab edirəm ki, illər uzunu saxta dövlətçilik sevgisi şineli altında fəaliyyət göstərənlərə qarşı da hüquq-mühafizə orqanları tədbir görəcək. Bu böyük bir şəbəkədir, onun başında duran şəxs kimi o şəbəkə də ifşa olunacaq, layiqli cəzalarını alacaqlar. Buna əminəm. İnanıram ki, gec də olsa haqq öz yerini tutacaq və onun elm sahəsində Azərbaycana vurmuş olduğu ziyanlar hüquqi müstəvidə öz qiymətini alacaq”-deyə İ.Orucov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ