Cümə günü, 06 noyabr 2026
     

Təhsil eksperti şagirdi məktəbə götürməyən naziri dəstəklədi...

Image


Elşən Qafarov: “Tam orta təhsil haqqında attestat almaq istəyirsə 89 nömrəli məktəbə müraciət etsin, gedib eksternat qaydada imtahanda iştirak etsin və attestat alsın”

Əslən Naxçıvan MR-ın Şərur rayonundan olan, ailə vəziyyətilə əlaqədar olaraq valideynləri ilə Türkiyənin İstanbul şəhərində yaşayan və orda Hüseyn Cavid adına məktəbdə 8 il oxuyan, sonra təhsilini Azərbaycanda - Bakı şəhəri Suraxanı rayonundakı 89 saylı tam orta məktəbdə davam etdirib 9 illik təhsili bitirdiyinə dair attestat alan Tağıyeva Sədaqət İntiqam qızınının üzləşdiyi problemlə bağlı ötən sayımızda yazmışdıq.

Bu problemi sosial şəbəkə hesabında ictimailəşdirən jurnalist Sima Babayevanın yazdığına görə, Sədaqət Şərura qayıdaraq 10-11-ci sinifləri orada təhsil almaq istəyib, Muxtar Respublikanın Təhsil Nazirliyinə müraciət edib. Lakin müsbət cavab almayıb. Belə ki, Naxçıvan MR təhsil naziri Elxan Nəcəfov Tağıyeva Sədaqət İntiqam qızının 18 yaşında olduğuna görə məktəbə qəbulunun qeyri-mümkün olduğunu deyib, Bakıda verilən attestatın isə saxta olduğu bildirilib.

Keçən yazımızdan və S.Babayevanın paylaşımından xəbəri olmayan yəqin ki, az adam tapılar.

S.Tağıyevanın qarşılaşdığı neqativ münasibət ictimaiyyət tərəfindən narahatlıqla, narazılıqla qarşılanır, nazirin təhsil almaq istəyində olan gənc bir qıza və ailəsinə qarşı davranışı qınanılır.

“Naxçıvanın təhsil naziri...”

Bu məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarovun fikrini öyrəndik. Cəmiyyətin qınaqla qarşıladığı bu hadisəyə ekspertin mövqeyi belə oldu: “Əvvəla, məsələyə bir az obyektiv yanaşmaq lazımdır. İş ondadır ki, bir çox insanlar, xüsusən də Naxçıvan Muxtar Respublikasında yaşayanlar Türkiyəyə işləməyə gedərkən ailə üzvlərini də özləri ilə aparırlar. Çox zaman övladlarının təhsildən yayınmasına səbəbkar olurlar. Türkiyədə heç bir yerdə qeydiyyatdan keçməyən, ictimai əsaslarla, yaxud necəsə fəaliyyət göstərən özünü məktəb adlandıran bir neçə vəqf var. Onlardan biri də Hüseyn Cavid adına məktəbdir. Bu yaxınlarda Hüseyn Cavid adına məktəbdə idarə edənlər arasında ciddi konflikt yaranıb. Orda adları olan uşaqların bir hissəsi bu idarə edicilərin biri, digərləri isə başqası ilə gedib. Mən onların adlarını çəkmək istəmirəm. Bunlar guya məktəb təşkil ediblər və uşaqların adlarını ora yazıblar. Əvvəla, məktəb harda qeydiyyatdadır, hansı kurikulumlar əsasında təhsil verilir, Təhsil Nazirliyi bu məktəbləri tanıyırmı? Bununla bağlı heç bir məlumat yoxdur. Ordan arayış verirlər ki, guya belə bir məktəb fəaliyyət göstərir, Bakıda bəzi məktəb direktorları və Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi ilə saxta əlaqəyə girərək həmin uşaqlar üçün attestatlar əldə edirlər. Apardığım araşdırmalar nəticəsində məlum olur ki, belə attestatları əsasən 89 və 175 nömrəli məktəblər verir. Yaşından asılı olmayaraq 18,19, 20 yaşlı şəxslərin adlarını IX sinif şagirdi kimi qeyd edirlər, onları şagird siyahısına daxil edirlər və nəticədə də bunlara attestat verirlər. Daha sonra isə həmin şəxslərin yaş uyğunluğunu nəzərə almadan 10-cu sinifdə təhsil almasını tələb edirlər. Sizin dediyiniz Tağıyeva Sədaqətin 19 yaşı var. Mən məsələni araşdırmışam. Bu, 19 yaşında IX sinfi bitirib. İndiyə qədər bu adam harda oxuyub, necə oxuyub, məlum deyil. Onun necəsə 2024-cü ilin sentyabrında adını 89 nömrəli məktəbdə IX sinfə yazıblar. Yenə insanın valideynləri Türkiyədədir, orda çalışırlar. Onlar guya burada ev tutublar və guya məktəbə gediblər. Təbii ki, bunlar hamısı yalandır. Burda ciddi hüquq pozuntusu məsələsi var. Artıq 18 yaşı tamam olan və 19 yaşa keçən bu xanım IX sinfin attestatını aldıqdan sonra X sinifdə oxumaq istədiyi ilə bağlı Naxçıvan MR-ın təhsil nazirinə müraciət edib. Onlar da araşdırdıqdan sonra vəziyyətin nə yerdə olduğunu biliblər və onu doğru yola istiqamətləndiriblər ki, hazırlaşıb eksternat qaydada imtahan verib tam orta təhsil haqqında attestat ala bilər. Qanunvericilik də bunu deyir. Artıq 18 yaşı tamam olduğuna görə eksternat qaydada imtahan verməlidir. Burda Naxçıvanın Təhsil Nazirliyi qanunvericilikdən kənara çıxmayıb. Amma məsələnin başqa bir tərəfi var. Türkiyədə yerləşən həmin o Hüseyn Cavid adına məktəb böyük bir qaraguruhçu kampaniyaya başlayıb. Hətta mənə və digər təhsil ekspertlərinə, mətbuata çıxıblar və aləmi bir-birinə qatıblar, bununla Naxçıvan Təhsil Nazirliyinə təzyiq, təsir göstərmək istəyirlər ki, nazir və ona tabeli şəxslər qanunvericiliyin tələblərini pozsunlar, 19 yaşlı gənc xanımı gətirib X sinifdə oturtsunlar. Bunların danışığına baxın, guya nazir onlara pis cavab verib. Nə pis cavab verib? Onlar dövlət orqanlarını şantaj edirlər”.

E.Qafarov təklif edir ki, Naxçıvan MR-ın Təhsil Nazirliyi Respublika Prokurorluğuna müraciət etsin və Tağıyeva Sədaqətin və onun kimi onlarla şəxsin adlarını necə Bakı məktəblərində yazdırıb saxta yollarla attestat aldıqları araşdırılsın. “Burda ortada dəllallar var. Bakı Şəhər Təhsil İdarəsində qanunvericiliyin tələblərini pozan hansı vəzifəli şəxsdir, bunlar kimlərlə bağlıdır? Bu adam Naxçıvanda oxumalı olduğu halda necə ola bilir ki, Bakıda birdən attestat alır? Onun sərhəddən giriş-çıxışı yoxlanılsın, ümumilikdə o nə qədər Azərbaycanda olub, nə qədər Bakıda olub? Bunlar araşdıdıqdan sonra məlum olacaq ki, bu attestat saxta yolla əldə olunub. Bəli, təhsildə kifayət qədər problemlər var. Bu problemi yaradanlar da elə təhsildə funksional vəzifədə çalışan şəxslərdir. Bunu da deməliyik, bu haqsızlıqdır. Bir qrup insan əyri yollarla, hansısa üsullarla attestat əldə edib, üstəgəl də qanun pozulmasını tələb edirlər ki, 19 yaşlı gənc gəlib 16 yaşlı gənclərlə bir yerdə oxusun. Bu da qanunvericiliyin pozulmasıdır. Naxçıvanın təhsil naziri bu qanunu pozmadığına görə belə hay-küy qaldırıblar.

Valideynləri də bu dərəcədə qızışdıran həmin o Hüseyn Cavid adına məktəbin yaradıcısıdır. Əgər ona məktəb demək olarsa. Əlbəttə, valideyn tam orta təhsil haqqında attestat istəyir. Bunlar da valideyni qızışdırır, çünki bunların bir neçə qanunsuz tələbi yerinə yetirilməyib. Bunun qanuni tərəfi nədir? Bu ilin noyabr ayında eksternat imtahanlar üçün sənəd qəbulu başlayacaq. Əgər Tağıyeva Sədaqət tam orta təhsil haqqında attestat almaq istəyirsə 89 nömrəli məktəbə müraciət etsin, gedib eksternat qaydada imtahanda iştirak etsin və attestat alsın”-deyə E.Qafarov bildirdi.

Bilirik ki, Elşən Qafarovun bu mövqeyinə görə etirazlar ola bilər. Ona görə də, mövzunu açıq saxlayırıq və hər kimin fikri, mövqeyi, etirazı olarsa redaksiyaya müraciət edə bilər və açıqlamalarını işıqlandıra bilərik.

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ