Cümə günü, 06 noyabr 2026
     

Ziyalılar Naxçıvanın nazirini ciddi olaraq qınayır - “düz eləmir”...

Image


Elyar İslamoğlu: “Təəssüf doğurucu və qınanılası haldır”

Jurnalist Sima Babayeva Feysbuk sosial şəbəkə hesabında əslən Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonundan olan 2006-cı il təvəllüdlü Tağıyeva Sədaqət İntiqam qızının orta məktəbdə təhsilini davam etdirməsində problemlə üzləşdiyini yazıb.

Sima Babayevanın yazdığına görə, S.Tağıyeva Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Hüseyn Cavid məktəbində 8 il təhsil alıb, sonra təhsilini Azərbaycanda - Bakı şəhəri Suraxanı rayonundakı 89 saylı tam orta məktəbdə davam etdirib, daha sonra isə 10-11-ci siniflərdə təhsilini Şərurda davam etdirmək məqsədilə attestatını götürüb ora gedib, Muxtar Respublikanın Təhsil Nazirliyinə müraciət edib, lakin müsbət cavab almayıb. Onun yazdığına görə, Naxçıvan MR təhsil naziri Elxan Nəcəfov Tağıyeva Sədaqət İntiqam qızı 18 yaşında olduğuna görə onun məktəbə qəbulunun mümkün olmadığını deyib, Bakıda verilən attestatın isə saxta olduğu bildirilib.

O, Sədaqətin valideyninin nazirliyə çağırıldığını və atasının sözügedən quruma getdiyini, lakin ona mənfi cavab verildiyini, nazirin gənc qızı məktəbə götürmədiyini, onlara qarşı kobud ifadə işlətdiyini yazır. Bundan sonra Sədaqətin atası İntiqam Tağıyev şikayət üçün Naxçıvan Ali Məclisinə gedib və problemin həlli üçün müraciət edib. “Orada hüquqşünas bildirib ki, nazir Elxan Nəcəfov Ali Məclisin sözünə, fikrinə məhəl qoymur”. Bu fikri də S.Babayeva yazıb.

Qeyd edək ki, S.Tağıyevanın üzləşdiyi problemlə bağlı sosial şəbəkə istifadəçiləri, ziyalılar mövqe bildirib və nazirliyin bu münasibətini tənqid edib, gənc qızın təhsilini davam etdirmək hüququnun təmin edilməli olduğunu yazıblar.

Məsələyə münasibət bildirən filologiya üzrə fəlsəfə doktoru, tanınmış ictimai fəal Elyar İslamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, Sədaqət oxumaq, təhsilini davam etdirmək istəyir, bunun üçün isə nazir ona dəstək verməli idi. E.İslamoğlu sosial şəbəkədə yayılan məlumata əsaslanaraq deyir ki, təhsil almaq istəyənə şərait yaradılmaması bu niyyətdə olanların hüquqlarının pozulması deməkdir. “Məlumatla sosial şəbəkələrdə tanış oldum və təəccübləndim ki, bir qız uşağının təhsilini davam etdirməsi, onun təhsil almaq hüququ necə əlindən alına bilər? Əslində, o qızın təhsilini davam etdirməsi üçün şərait yaradılmalıdır. Təəssüf ki, əksi baş verib. Bir qızın təhsilini davam etdirmək istəyinə qarşı çıxılması mənfi haldır. Qızların təhsilə cəlb edilməsi üçün dövlət qurumları da, ictimaiyyət də əlindən gələni etməlidir. Çünki elə bir həssas dövrdür ki, ataların bəziləri qızlarını erkən yaşda məktəbdən ayırıb ailə qurmağa məcbur edir. Biz bunun şahidiyik ki, indiyə qədər neçə qız nişanlandığına, toyu olduğuna görə valideynləri haqlı olaraq müfaviq qurumlar tərəfindən cərimələnib. Dövlət qurumları erkən nikahın qarşısını almaq üçün tədbirlər görür. Naxçıvanda yaşanan hadisədə isə məsələ fərqlidir, ata qızının təhsilini davam etdirməsini istəyir, amma onun qarşısı alınır. Bu təəssüf doğurucu və qınanılası haldır. Azərbaycan Respublikasının qanununda hər bir vətəndaşın təhsil almaq hüququ var, dövlət pulsuz, icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Amma təəssüflər olsun ki, bəzən bunu nəzərə almayanlar da olur. Vəzifəli şəxslərin etik davranış qaydaları deyilən bir qanun da var və bütün vəzifəli şəxslər istər vətəndaşla davranışına, istərsə də öz tabeliyində çalışanlarla rəftarına ciddi fikir verməli, davranış qaydalarına əməl etməlidir. Təəssüflər olsun ki, bəzən bəzi məmurlar, vəzifəli şəxslər etik davranış qaydalarına əməl etmir. Fikrimcə, etik qaydaları pozan məmurlar cəzalandırılmalıdır ki, bu başqalarına da dərs olsun”.

E.İslamoğlu qeyd etdi ki, ölkədə hər kəsin təhsil almaq hüququ təmin olunmalıdır, xüsusən də qızların təhsilinə xüsusi diqqət göstərməliyik: “Biz erkən nikahın, qızların 18 yaşları tamam olmadan ərə getmələrinin qarşısını almaq istəyiriksə onda hər kəs səfərbər olunmalıdır. Bizim ölkədə belə problemlər yaşanmamalıdır”.

E.İslamoğlu qeyd etdi ki, bütövlükdə bu məsələ ətraflı araşdırılmalıdır.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ