Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanda distant təhsil diplomları birdəfəlik qadağan olundu...

Image


Kamran Əsədov: "Azərbaycanda distant təhsillə alınan diplomların tanınmaması insanların təhsil almaq hüququnun pozulmasıdır"

"Distant təhsillə əlaqədar hazırda tanınma həyata keçirilmir". Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O vurğulayıb ki, bunun səbəbi müvafiq mexanizmlərin mövcud olmamasıdır: "Əgər bu istiqamətdə qərar verilərsə, biz icra edən tərəf olaraq işimizi görəcəyik. Lakin məsələyə fərqli yanaşmaq lazımdır. Distant təhsil məşğul insanlar üçün daha səmərəli ola bilər. Onlar iş yerlərindən ayrılmadan bu təhsili əldə edə bilirlər".

Maraqlıdır, distant təhsil diplomu niyə tanınmır?

"Distant təhsilin hüquqi, metodoloji və keyfiyyət baxımından zəifliyi səbəbindən diplomların tanınmaması mövcud reallığa uyğun bir qərar kimi görünür"

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycanda distant təhsillə alınan diplomların tanınmaması insanların təhsil almaq hüququnun pozulmasıdır. Bu təhsil alma forması həm mövcud qanunvericilikdə, həm də dünya təcrübəsində var. Düzdür, distant təhsilin müsbət və mənfi tərəfləri, ölkənin təhsil sistemi ilə uyğunlaşma dərəcəsi hələ də təhlil edilməyib: "Mövcud qanunvericilikdə distant təhsilin hüquqi çərçivəsi tam aydın şəkildə tənzimlənməyib. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda distant təhsil anlayışı yer alsa da, bu sahədə standartlar və keyfiyyət göstəriciləri dəqiq müəyyən edilməyib. Xüsusilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən distant təhsilin akkreditasiya prosesi və onun beynəlxalq standartlara uyğunluğu ilə bağlı mexanizmlər tətbiq olunmur. Belə bir şəraitdə distant təhsilin nəticələrinin tanınması mümkün deyil, çünki bu formatın müasir əmək bazarı və milli təhsil standartları ilə uyğunluğu sual altındadır. Dünya təcrübəsinə baxdıqda isə distant təhsilin müxtəlif ölkələrdə fərqli şəkildə qəbul edildiyini görürük. Məsələn, ABŞ-da Coursera, edX kimi platformalar vasitəsilə təqdim olunan kurslar geniş şəkildə tanınır. ABŞ universitetləri, xüsusilə Massachusetts Texnologiya İnstitutu (MIT) və Stanford Universiteti kimi nüfuzlu təhsil müəssisələri distant təhsilin keyfiyyətinə ciddi nəzarət edərək bu formatı inkişaf etdiriblər. Bunun nəticəsində ABŞ-da distant təhsildən əldə edilən diplomlar, əgər akreditasiya olunmuş qurumlar tərəfindən verilibsə, əksər işəgötürənlər və dövlət qurumları tərəfindən qəbul edilir. Avropa İttifaqı da distant təhsil sahəsində keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün "Bologna Prosesi" çərçivəsində bir sıra addımlar atıb. Erasmus+ proqramı çərçivəsində tələbələrə onlayn kurslar vasitəsilə kreditlər toplamaq və bu kreditləri ənənəvi təhsil diplomuna əlavə etmək imkanı verilir. Bununla belə, Avropa İttifaqında belə distant təhsilin diplomlarının tam şəkildə tanınması üçün tələbələrin təhsil müddətində göstərdikləri nəticələrə xüsusi diqqət yetirilir".

Ekspert hesab edir ki, Azərbaycan kontekstində distant təhsilin əsas problemlərindən biri də tədris prosesinin şəffaflığı ilə bağlıdır. Distant təhsildə tələbələrin biliyinin qiymətləndirilməsi ənənəvi təhsil ilə müqayisədə daha çətin olur: "Belə ki, onlayn imtahanlarda saxtakarlıq və digər qeyri-etik davranış risqləri yüksəkdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhz bu kimi problemləri əsas gətirərək distant təhsilin tanınmasının hazırkı mərhələdə mümkün olmadığını bildirir. Distant təhsilin tanınmamasının digər səbəbi ölkədə bu sahədə keyfiyyət təminatı sisteminin inkişaf etməməsidir. Məsələn, distant təhsilin standartlarının müəyyən edilməməsi, təhsil müəssisələrinin bu formatda tələbələrə lazımi səviyyədə bilik verib-verməməsini qiymətləndirmək üçün mexanizmlərin olmaması əsas çətinliklərdən biridir. Beynəlxalq təcrübədə distant təhsilin tanınması üçün ciddi akreditasiya tələbləri tətbiq olunur. Məsələn, ABŞ-da "Council for Higher Education Accreditation" (CHEA) və "Distance Education Accrediting Commission" (DEAC) kimi qurumlar distant təhsil proqramlarını təsdiqləyir və onların standartlara uyğunluğunu təmin edir. Azərbaycanda isə bu cür mexanizmlər hələ mövcud deyil. Statistik məlumatlara nəzər salsaq, dünya üzrə distant təhsil alan tələbələrin sayı ilbəil artır. UNESCO-nun 2023-cü ildə dərc etdiyi məlumatlara əsasən, qlobal səviyyədə ali təhsil alan tələbələrin təxminən 30 faizi distant formatda təhsil alır. Bununla yanaşı, COVID-19 pandemiyası zamanı distant təhsilə keçidin zəruriliyi bu formatın potensialını nümayiş etdirdi. Azərbaycanda isə pandemiya dövründə distant təhsilin tətbiqi bir çox texniki və metodoloji problemləri üzə çıxardı ki, bu da ölkədə distant təhsil diplomlarının tanınmaması ilə bağlı mövqeyi daha da gücləndirdi. Nəticə etibarilə, distant təhsilin tanınması üçün bir sıra islahatların həyata keçirilməsi zəruridir. İlk növbədə, distant təhsil üçün milli standartlar hazırlanmalı, keyfiyyət təminatı sistemi tətbiq edilməli və bu sahədə beynəlxalq təcrübələr öyrənilməlidir. Bundan əlavə, distant təhsilin nəticələrinin etibarlılığı təmin edilməli, tələbə-müəllim qarşılıqlı əlaqəsi daha şəffaf şəkildə təşkil edilməlidir. Əgər bu məsələlər həll olunarsa, distant təhsilin diplomlarının tanınması məsələsi yenidən müzakirə mövzusu ola bilər. Hazırkı mərhələdə isə distant təhsilin hüquqi, metodoloji və keyfiyyət baxımından zəifliyi səbəbindən diplomların tanınmaması mövcud reallığa uyğun bir qərar kimi görünür".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ