Təəssüf ki, qəza zamanı iki təcrübəli pilotumuz və bir bələdçimiz həyatlarını itirdilər. Onların bu qəhrəmanlığı heç vaxt unudulmayacaq.
Trend xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, təyyarənin "qara qutu"su artıq tapılıb və onun təhlili üçün beynəlxalq aviasiya konvensiyalarına uyğun prosedurlar həyata keçirilir.
Təyyarə oktyabr ayında tam təmirdən çıxıb, texniki baxışdan keçib və uçuşları 15 min saatdan çox olan təcrübəli pilotlar tərəfindən idarə edilirdi. Buna baxmayaraq, hadisənin səbəbləri araşdırılır.
Hazırda Aktau şəhərində olan sağ qalmış sərnişinlərin və dünyasını dəyişənlərin cəsədlərinin Azərbaycana geri qaytarılması üçün hazırlıqlar görülür", - deyə S.Rzayev bildirib.