Bazar günü günü, 08 noyabr 2026
     

Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

Image


Kamran Əsədov: "Sistemdə olan bütün müəllimlərə şamil ediləcək"

Azərbaycanda müəllimlər üçün gələn ildən etibarən bir çox güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub. Mətbuatda gedən məlumata görə,  bəzi müəllimlərə xüsusi güzəştli təhsil kartları təqdim olunacaq. Təhsildə fərqlənən müəllimlər əldə etdiyi xüsusi kartlar vasitəsilə bir çox güzəştlər əldə edəcəklər.

Hazırda dünyanın bir çox ölkəsində müəllimlər üçün xüsusi güzəştli təhsil kartları mövcuddur. Bu kartlar müəllimlərin peşəkar və şəxsi həyatlarını asanlaşdırmaq məqsədilə müxtəlif sahələrdə endirim və imtiyazlar təqdim edir. Bu kart vasitəsilə müəllimlər nəqliyyat, yaşayış, muzey, teatr və digər mədəniyyət obyektlərində endirimlərdən yararlana bilərlər.

Azərbaycanda da müəllimlərin nəqliyyat, səhiyyə, mədəniyyət obyektlərinə giriş və alış-veriş sahələrində endirimlərdən istifadə edə bilmələri üçün işlər aparılır. Bu istiqamətdə ölkənin aparıcı banklardan biri ilə görüş də keçirilib. Görüş zamanı hansı müəllimlərin müəyyənləşəcək güzəştlərdən istifadə edəcəyi müzakirə olunub.

Təhsilin İnkişafı Fondundan bu barədə mətbuata bildirilib ki, yaxın gələcəkdə müəllimlər üçün təhsil kartlarının yaradılması istiqamətində müvafiq addımlar atılacaq. "İlk olaraq bir neçə ay ərzində geniş araşdırma aparılacaqdır". 

Hansı müəllimlər güzəştli kartlar ala biləcək?

Söhbət hansı müəllimlərdən gedir, burada kriteriyalar nə olacaq? Əsas göstərici nə olmalıdır? Bu güzəşt kartı niyə müəllimlərin hamısına şamil edilməyəcək?

"Statistikaya əsasən, inkişaf etmiş ölkələrdə müəllimlərin 70%-dən çoxu güzəştli kartlardan istifadə edir"

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə şərhində "Müəllimlər üçün xüsusi güzəştlər təqdim edən kartların tətbiqi onların sosial rifahını artırmaq, peşəkar fəaliyyətlərini dəstəkləmək və cəmiyyətdəki nüfuzunu daha da yüksəltmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür kartlar müxtəlif sahələrdə müəllimlərə imtiyazlar təqdim edərək onların maddi və sosial yükünü azaltmaqla yanaşı, daha səmərəli işləmələri üçün stimul yarada bilər"-deyə bildirdi.

K.Əsədovun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, müəllimlər üçün güzəştli kartlar bir çox ölkədə uğurla tətbiq olunur. "Məsələn, ABŞ-da Teacher Appreciation Program çərçivəsində müəllimlər təhsil materiallarından tutmuş mədəniyyət və əyləncə tədbirlərinə qədər bir çox sahədə güzəştlərdən yararlanırlar. İngiltərədə tətbiq edilən Teacher Discount Card müəllimlərə nəqliyyat, alış-veriş, səyahət və digər xidmətlər üzrə yüzlərlə endirim təqdim edir. Bu yanaşma müəllimlərin gündəlik xərclərini azaltmaqla yanaşı, onların rifahını artırır və peşəyə olan marağı gücləndirir.

Azərbaycanda belə bir təşəbbüsün tətbiqi, xüsusən də təhsil sektorunda çalışanların həyat keyfiyyətini yaxşılaşdırmaq baxımından böyük fayda gətirə bilər. Müəllimlər üçün kartlar aşağıdakı sahələrdə güzəştlər təqdim edə bilər:

İctimai nəqliyyat güzəştləri müəllimlər üçün ən vacib imtiyazlardan biridir. Belə ki, bir çox müəllim iş yerlərinə gündəlik ictimai nəqliyyatla gedib-gəlir və bu sahədə güzəştlər onların xərclərini ciddi şəkildə azalda bilər. Türkiyədə müəllimlər üçün təqdim olunan xüsusi nəqliyyat endirimləri (təxminən 40-50%) Azərbaycanda da tətbiq edilə bilər.

Mədəniyyət və əyləncə sahəsində müəllimlərə təqdim edilən güzəştlər onların asudə vaxtlarını daha səmərəli keçirməsinə şərait yaradar. Bu, teatrlar, muzeylər, sərgilər və digər mədəni obyektlərə girişdə endirimlər şəklində ola bilər. Məsələn, Almaniyada müəllimlər muzey və sərgilərə girişdə xüsusi endirimlərdən yararlanır, bu da onların intellektual inkişafına töhfə verir. Azərbaycanda belə imtiyazlar həm müəllimlərin maariflənməsinə, həm də onların mədəni həyatda aktiv iştirakına şərait yaradacaq.

Alış-veriş və tədris materialları üzrə güzəştlər müəllimlərin peşəkar fəaliyyətlərini dəstəkləmək üçün vacibdir. Xüsusilə dərsliklər, elektron avadanlıqlar və tədris resurslarının alınmasında güzəştlərin təmin olunması onların işini daha rahat və keyfiyyətli edə bilər. ABŞ-da müəllimlər müəyyən mağazalardan tədris materiallarını 20-30%-ə qədər endirimlə əldə edə bilir. Azərbaycanda bu cür təşəbbüslər müəllimlərin tədris prosesində daha yaxşı nəticələr əldə etməsinə kömək edər.

Səyahət və turizm sahəsində müəllimlərə təqdim ediləcək endirimlər onların sosial həyatını zənginləşdirə bilər. Məsələn, İtaliyada müəllimlər dövlət dəstəyi ilə müəyyən turizm marşrutlarından və otellərdən güzəştli qiymətlərlə istifadə edir. Azərbaycanda müəllimlər üçün bu cür imkanların yaradılması onların iş stressindən uzaqlaşmasına və sosial rifahlarının artmasına səbəb olar.

Statistikaya əsasən, inkişaf etmiş ölkələrdə müəllimlərin 70%-dən çoxu güzəştli kartlardan istifadə edir. Bu cür imtiyazlar onların sosial mövqeyini gücləndirir və işə olan bağlılığını artırır. Azərbaycanda müəllimlər üçün güzəştlərin tətbiqi həm də peşəyə marağı artırmaq üçün effektiv vasitə ola bilər".

K.Əsədovun fikrincə, nəticə olaraq, müəllimlər üçün güzəştli kartların tətbiqi onların maddi vəziyyətini yaxşılaşdırmaqla yanaşı, cəmiyyətdəki nüfuzlarını da artıracaq. "Belə bir təşəbbüs yalnız müəllimlər üçün deyil, ümumilikdə təhsil sisteminin inkişafı və cəmiyyətin rifahı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kartlar vasitəsilə müəllimlər özlərini daha dəyərli hiss edəcək və peşəkar fəaliyyətlərinə daha böyük motivasiya ilə yanaşacaqlar"-deyə ekspert qeyd etdi.

Bu güzəşt kartının hansı müəllimlərə şamil ediləcəyinə gəlincə, K.Əsədov "sistemdə olan bütün müəllimlərə şamil ediləcək"-deyə bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ