Bazar günü günü, 08 noyabr 2026
     

TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

Image


TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib. Baki-xeber.com xəbər verir ki, bu gün TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib. Konfransda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ətraflı təqdimatla çıxış edib. O, son illərdə Azərbaycanda səhiyyənin yeni inkişaf mərhələsini yaşadığını, cənab Prezident İlham Əliyevin rəhbərliyi, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətilə ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradıldığını, yeni xəstəxanaların tikildiyini, mövcud tibb ocaqlarının yenidən qurulduğunu bildirib.

Daha sonra Vüqar Qurbanov 2024-cü ilin yanvar-noyabr ayları ərzində TƏBİB və tabeli tibb müəssisələrinin fəaliyyətindən bəhs edib. O, 2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrinə 22.1 milyon müraciət qeydə alındığını, 76.8 milyon tibbi xidmət göstərildiyini bildirib: "2023-cü ilin müvafiq dövründə isə 20.3 milyon müraciət qeydə alınıb, 63.8 milyon tibbi xidmət göstərilmişdi. Belə ki, cari ildə müraciət sayında 9%, göstərilən tibbi xidmət sayında isə 20%-lik artım qeydə alınıb. Eyni zamanda tabeliyimizdəki tibb müəssisələrinə gündəlik ortalama müraciət sayı cari ilin ötən dövrü ərzində 66 min, ötən ilin eyni dövründə isə bu rəqəm 60 min təşkil edib.

2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizdə 348 mindən çox cərrahi əməliyyat və prosedur icra olunub. 6 milyondan çox radioloji müayinə həyata keçirilib. Hesabat dövründə laborator xidmətlərin sayı 30.5 milyon olub ki, bu isə keçən illə müqayisədə 34% artım deməkdir.

Cari ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb. Ən çox müraciət Bakı şəhəri üzrə olub, paytaxtda 11 ay ərzində 781 min 152 müraciət qeydə alınıb. Sumqayıt üzrə 132 min 711, Gəncə üzrə 93 min 536, Abşeron üzrə 34 min 46, Mingəçevir üzrə isə 38 min 357 çağırış qeydə alınıb.

Bakı üzrə olan çağırışlar əsasında 742 min 152 nəfərə yerində yardım olunub, 75 min 21 nəfər isə müxtəlif profilli tibb müəssisəslərinə hospitalizasiya olunub, müraciətlərin 39 minini əsassız çağırışlar təşkil edib. Ümumiyyətlə, Bakı üzrə gündəlik olaraq müraciətlərin sayı təxminən 2 200 – 2 300 arasında dəyişir".

İcraçı direktor 2024-cü ildə əldə olunan uğurlardan da bəhs edib: "Ən böyük uğurlarımızdan biri kimi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin birbaşa dəstəyi ilə Yeni Klinikanın "Sana Hospital" brendindən istifadə hüququ əldə etməsini qeyd etməliyəm. Bundan əlavə, yüksək nailiyyətlərimizdən biri Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika üçün beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatının əldə edilməsi idi.  Beynəlxalq müstəvidə uğurlarımızdan digəri TƏBİB tabeli tibb müəssisələrinin Ümumdünya İnsultla Mübarizə Təşkilatının (World Stroke Organization) sertifikasiyasından keçirilməsi prosesi ilə əlaqədar müvafiq işlərə başlanılmasıdır. "Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı" və eləcə də "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı"na TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinikanın əlavə edilməsi də önəmli hadisələrdən biridir". 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 2024-cü ildə bir çox dövlət və qeyri-dövlət müəssisələri, qurum və təşkilatları ilə TƏBİB arasında əməkdaşlığa dair memorandumların bağlandığını, həmçinin xarici ölkələrlə əməkdaşlıq sahəsində bir çox işlərin görüldüyünü diqqətə çatdırıb. O, hazırda 3315 sayda tibbi xidmətin əhaliyə ödənişsiz əsaslarla göstərildiyini deyərək, bu xidmətlərin 90 faizdən çoxunun TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra idilməsinin mümkünlüyünü də söyləyib:"TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icbari tibbi sığorta hesabına sığortaolunanlara Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin ümumi məbləği 2023-cü ilin 11 ayı üzrə  572 milyon 710 min 547 manat təşkil etdiyi halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm  809 milyon 724 min 452 manat təşkil etməklə, ümumilikdə 42% artım izlənilib.

Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan obliqat qruplarla bağlı 246 xidmət paketi formalaşdırılıb və tarifləri təsdiq edilib. Beləliklə, icbari tibbi müayinələrin tələb olunduğu işlərdə və zərərli amillərlə işləyənlərin bütün müayinələri tam əhatə olunub.

 "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortalı hesab edilməyənlər üçün göstərilən tibbi xidmətlərə də müvafiq əlavələr edilib və hazırda 4 931 sayda tibbi xidmət və tarifləri təsdiqlənib".

Vüqar Qurbanov səhiyyə sahəsində yeniliklər, müasir yanaşmalar, innovasiyaların TƏBİB tabeli tibb müəssisələrinin fəaliyyətində tətbiqindən də bəhs edib. Canlı növbələrin elektronlaşdırılmasının, onlayn növbə xidmətinin istifadəyə başlanmasının, sürücülüyə yararlı olmaq barədə tibbi arayışın, sağlamlıq haqqında tibbi arayışın elektronlaşdırılmasının da cari ildə rəqəmsallaşma ilə bağlı həyata keçirilən layihələrdən olduğunu deyib: "Artıq 100 mindən çox sürücülüyə yararlı olmaq barədə tibbi arayış, 250 minə yaxın sağlamlıq haqqında arayış elektron formatda təqdim edilib. İşə qəbul prosesinin vahid platforma üzərindən həyata keçirilməsi məqsədilə İşə qəbul modulu qurulub, mərkəzləşmiş bir sistem yaradılıb. Bundan əlavə, "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar, çağırışçıların yekun tibbi qiymətləndirilməsi işləri üzrə proseslərin idarə edilməsi üçün müvafiq altsistem qurulub. İnstrumental müayinəyə dair şəkillərin bir bazada toplanması və əlçatanlığın təmin edilməsi üçün Mərkəzi PACS sistemi qurulub. Həmin sistemə hazırda 16 tibb müəssisəsinin bütün müvafiq tibbi avadanlıqları inteqrasiya edilib. Hazırda sistemdə 400 minə yaxın pasiyentin məlumatları yerləşdirilib.

E-tabib Xəstəxana İdarəetmə Sisteminin, İT infrastrukturun təkmilləşdirilməsi və İnformasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı da uğurlu addımlar atılıb. Xəstəxana İdarəetmə Sisteminin mobil versiyası da hazırlanıb. Həmin sistemin 2025-ci ilin birinci rübündən başlayaraq tətbiq edilməsi planlaşdırılır".

İcraçı direktor cari il ərzində tibbi xidmətlərin təmin olunması istiqamətində atılan addımlardan da bəhs edib. "2024-cü ilin avqust ayında Goranboy Rayon Mərkəzi Xəstəxanasında 10 cihazlıq Hemodializ şöbəsi istifadəyə verilib. Mərkəzdə ayda orta hesabla təqribən 60-dan çox xəstəyə dializ xidməti göstərilir. Gələn il isə Sumqayıt Tibb Mərkəzində 10 aparatlıq 2-ci hemodializ şöbəsi fəaliyyətə başlayacaq. Ümumiyyətlə, hazırda ölkədə işlək vəziyyətdə olan hemodializ aparatlarının sayı 723 ədəddir. Ölkə üzrə hemodializ şöbələrinin sayı isə 54-dür. Ölkə üzrə 4 mindən artıq xəstəyə xidmət göstərilir.

Cari ildə Respublika Klinik Xəstəxanası, Yeni Klinika, Nizami Tibb Mərkəzi, Quba, Abşeron və Qəbələ rayon mərkəzi xəstəxanalarında endoprotezləşdirmə əməliyyatlarının icrası təmin edilib. Hazırda bu müəssisələrlə yanaşı, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Qusar, Şirvan və Zaqatala rayon mərkəzi xəstəxanaları da daxili olmaqla 13 tibb müəssisəsində mürəkkəb travmatoloji və endoprotezləşdirmə əməliyyatları uğurla icra olunur. 2024-cü il ərzində ümumilikdə 772 endoprotez əməliyyatı həyata keçirilib.

Bu il Nizami Tibb Mərkəzində, Qobustan Rayon Mərkəzi Xəstəxanasında oftalmologiya şöbəsi yaradılıb, oftalmoloji cərrahi əməliyyatların icrasına başlanılıb. Həmçinin hazırda Respublika Klinik Xəstəxanasında, Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinikada, Sabunçu, Sumqayıt  tibb mərkəzlərində, Füzuli, Ağdam rayon mərkəzi xəstəxanalarında oftalmoloji cərrahi əməliyyatlar icra olunur və hesabat dövündə 24 min 284 oftolmoloji əməliyyat icra olunub.   

Stasionar müraciətlərin sayının artması ilə əlaqədar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə, Pediatriya və İnfeksion xəstəliklər şöbəsinin çarpayı fondu artırılıb. Xəstəxanalarda tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə Şamaxı və Zaqatala rayon mərkəzi xəstəxanalarının yeni bina tikintisi ilə bağlı layihələrə də müvafiq rəylər hazırlanıb.

"Məhəmmədi modul tipli xəstəxana"da "Sabunçu Tibb Mərkəzi" publik hüquqi şəxsin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin (Terapevtik reanimasiya) 40 çarpayılıq İntensiv terapiya bölməsi yaradılıb.

Hövsan Sağlamlıq Mərkəzi, Çilov Ailə Sağlamlıq Mərkəzi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının strukturunda 7 həkim məntəqəsi yaradılıb".

V.Qurbanov mətbuat konfransında işğaldan azad olunan rayonlarda tibbi xidmətlərin təşkili sahəsində görülən işlərdən də bəhs edib, Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verildiyini diqqətə çatdırıb: "İşğaldan azad olunmuş ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb, 81 kənddə, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş dislokasiyaları və eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib. Hazırda işğaldan azad edilən torpaqlarımızda Ağalı, Hadrut, Cəbrayıl, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir. "Böyük Qayıdış" layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib. 2024-cü ilin yanvarından bugünədək isə 819 ailənin, 3100 sakinin tibbi müayinələrədən keçirilməsi icra olunub".

TƏBİB-in İcraçı direktoru qazilərin və şəhid ailə üzvlərinin tibbi xidmətlərlə təmin olunması istiqamətinə də xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb: "Cari ilin 11 ayı ərzində 10 min 284 qazimizin 87 min 757 müraciətinə uyğun olaraq 251 min 82 tibbi xidmət göstərilib. Şəhidlərimizin ailə üzvlərindən 6 min 43 vətəndaşın 46 min 526 müraciətinə uyğun olaraq 161 min 901 tibbi xidmət göstərilib. Bundan başqa, "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"na əsasən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ saxlanılan Həkim Məsləhət Komissiyalarının yekun siyahısı hazırlanıb və həmin siyahıya əsasən göndəriş vermək hüququ saxlanılan TƏBİB tabeli tibb müəssisələrinin sayı 24-ə çatdırılıb. 2024-cü il ərzində əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibb müəssisələri tərəfindən 61 min 260 nəfərə göndəriş rəsmiləşdirilib və Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib.   

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə TƏBİB arasında  Xaçmaz, Qusar, Quba, Şabran və Siyəzən rayonlarının inzibati əraziləri üzrə ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların tibbi müayinəsinə dair pilot layihəyə başlanılıb".

Vüqar Qurbanov TƏBİB-in 2 701 tabeli tibb müəssisəsində 93 min 64 işçinin çalışdığını,  2024-cü il ərzində də peşəkar kadrların TƏBİB ailəsinin sıralarına qoşulması üçün işlərin aparıldığını bildirib: "Bu il 21 müəssisənin ümumi ştat və strukturu dəyişilib.  İl ərzində "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" publik hüquqi şəxs üzrə birləşdirmə prosesi uğurla aparılaraq yekunlaşdırılıb. Yeni yaradılan Respublika Pediatriya Mərkəzi, Ağciyər Xəstəlikləri Mərkəzi, "Rəqəmsal Tibbi Həllər" MMC və İnnovasiya və Təchizat Mərkəzinin ştat və strukturu formalaşdırılıb. Təhvil alınan Dəmir Yol Xəstəxanasının işçilərinin tabeli tibb müəssisələrində işlə təmin edilmə prosesi müvəffəqiyyətlə yekunlaşdırılıb".

Vüqar Qurbanov cari il ərzində Klinik Tibbi Mərkəzin 2 əsas korpusunun əsaslı təmir layihələndirilməsi üzrə tender prosesinə, Respublika Klinik Xəstəxanasının isə tam əsaslı təmir işlərinə başlanıldığını, Nərimanov Tibb Mərkəzinin yenidən qurulmasının həyata keçirildiyini vurğulayıb.

O, çıxışında tibbi xidmətlərin inkişafında, keyfiyyətli tibbi xidmətlərin təşkilində vətəndaşların şikayətlərinin araşdırılmasına da daim xüsusi diqqət göstərildiyini söyləyib: "2024-cü ildə TƏBİB-ə daxil olan vətəndaş müraciətlərinin sayı və onların strukturlaşmış şəkildə cavablandırılması, həmçinin minnətdarlıq məktubları və təşəkkür zənglərinin artımı müşahidə edilib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində TƏBİB-ə Elektron Sənəd Dövriyyəsi sistemi üzərindən və kağız daşıyıcıda ümumilikdə 24 min 265 vətəndaş müraciəti (birbaşa vətəndaşlardan və təşkilatlardan vətəndaşla bağlı) daxil olub. Bu müraciətlərdən 13 min 120-si ərizə, 11 min 117-si şikayət, 28-i isə təklif olub. TƏBİB-in rəsmi elektron poçt ünvanına isə 23 min 247 müraciət daxil olub. 2024-cü ilin 11 ayı ərzində TƏBİB-də 5 561 vətəndaşın qəbul edilməsi təmin edilib. Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin sayı isə 101 min 853 olub".

TƏBİB-in İcraçı direktoru son olaraq çıxışında il ərzində ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində görülən işlərdən də bəhs edib, səhiyyə sahəsində görülən işləri doğru və ətraflı şəkildə vətəndaşlara çatdırdıqları üçün media nümayəndələrinə təşəkkür edib.

Günel CƏLİLOVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ