Bazar günü günü, 08 noyabr 2026
     

TƏBİB-in təşkilatçılığı ilə “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” keçirilib - FOTO

Image


Azərbaycanda yeni səhiyyə erasına həsr edilən "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" adlı tədbir baş tutub. Zirvənin tədbirlər proqramı çərçivəsində açılış nitqi ilə çıxış edən TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev bildirdi ki, səhiyyə idarəçilərinin rolu və öhdəliklərini müzakirə etmək üçün tədbir əhəmiyyətli platformalardan biridir. 

M.Mirzəyev panel müzakirələri barədə məlumat verib və tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra panel müzakirələrinə start verilib.

"Dayanıqlı səhiyyə idarəetməsi" adlanan panel müzakirələrinin I sessiyası Yeni Klinikanın iqtisadi işlər üzrə direktor müavini Ravil Tağıyevin moderatorluğu ilə baş tutub.

Sessiyada TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Qarabağ Universitetinin Tibb proqramlarının direktoru Samir Babayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə, "Rəqəmsal Tibbi Həllər" MMC-nin direktoru Ramil Mehdiyev, Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov, Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov, Yeni Klinikanın direktoru Barat Yusubov idarəetmədə beynəlxalq təcrübə, dövlət və özəl tibb müəssisələrinin idarə edilməsindəki əsas konturlar, təhsil sistemində yeni hədəflər, səhiyyə idarəçiliyində müasir texnologiya və tendensiyaların tətbiqi ətrafında fikir mübadiləsi aparılıb. 

Panel müzakirələrinin II sessiyası TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmlinin moderatorluğu ilə baş tutub.

Sessiyanın natiqləri TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev səhiyyə idarəedilməsində keyfiyyətə nəzarət, hüquqi-normativ bazanın təkmilləşdirilməsi, xidmət çeşidlərinin və pasiyent məmnunluğunun, həkim və pasiyent hüquqlarının artırılması üçün zəruri tədbirlərdən danışıblar. 

Tədbirin rəsmi hissəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov,  Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov və digər dövlət, hökumət rəsmiləri, eləcə də tibb müəssisələrinin rəhbər heyətləri iştirak ediblər.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsinin vacibliyindən danışıb:"Artıq dörd ildir ki icbari tibbi sığorta ölkəmizdə tətbiq olunur. Bu müddət ərzində səhiyyə sahəsində önəmli dəyişiklər baş verib. Azərbaycanda həm dövlət, həm də özəl tibb müəssisələri icbari tibbi sığortanın tətbiqində iştirak edir. Tibbi xidmətlərin vətəndaşlar üçün əlçatan olmasında tibb müəssisələrinin rolu danılmazdır. Bu baxımdan xəstəxana rəhbərlərinin bir araya gəlməsi tibb müəssisələrində innovativ həllərin tətbiqi, rəqabətə davamlılığının artırılması və digər aktual məsələləri müzakirə etmək üçün gözəl fürsətdir. Səhiyyə idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar əhalinin sağlamlığının qorunmasına və bütövlükdə səhiyyənin inkişafına xidmət edir".

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında bildirib ki, TƏBİB Azərbaycanın önəmli səhiyyə qurumlarından biri kimi tibb sahəsindəki müasir tendensiyaları yaxından izləyir: "Bu gün TƏBİB tabeli tibb müəssisələrinin rəhbərlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, resursların effektiv idarəolunması, səhiyyə sahəsinin rəqəmsallaşdırılması, innovativ yeniliklərin tətbiqi, xidmət standartlarının müasir tələblərlə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atır. Eyni zamanda günümüzün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində də işlər uğurla davam etdirilir. 

Tibb müəssisələrimizdə pasiyentlər arasında sıxlığın minimuma endirilməsi üçün canlı və onlayn növbə sistemləri təşkil olunub. İlk olaraq pilot layihə kimi bu sistem Yeni Klinikada tətbiq olunub və daha 5 tibb müəssisəsində hazırlıq prosesi davam edir. Məlumat üçün bildirim ki, ümumilikdə 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə edib".

Çıxış edən Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov isə bildirib ki, səhiyyə sahəsində ən mühüm addımlardan biri də məhz ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiq edilməsidir: "Bu sistemin tətbiqi öz növbəsində iki önəmli nəticəyə gəlməyə əsas verdi. Birinci nəticə odur ki, səhiyyənin maliyyələşməsi artdı. Bu? tibb sahəsində daha çox iş görməyə imkan yaratdı. İkinci nəticə isə odur ki, vətəndaşların xərcləri azaldı ki, bu, çox vacib amildir".

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında bildirib ki, Agentlik Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti dövlət qurumları ilə birlikdə sağlamlıq turizminin inkişafı ilə bağlı strategiya sənədi üzərində işlər aparmaqdadır: "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" sənədində də tibbi turizmin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb. Dövlət Turizm Agentliyi tərəfindən sağlamlıq turizmi resurslarının qiymətləndirilməsi aparılıb və hesabat sənədi hazırlanıb". 

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı qeyd edib ki, gələcəkdə süni intellekt vasitəsilə tibbi xidmətlərin göstərilməsi inkişaf etdiriləcək:"Bu istiqamətdə çalışan səhiyyə işçilərini formalaşdırmaq lazımdır. Bu da təbii ki, təhsil sistemi ilə əlaqəlidir. Təhsil sistemində də bu, daima düşünülür və gələcək inkişafı proqnozlaşdırılır. Təhsil sisteminin qarşısında duran əsas məsələ odur ki, biz bu gün elə məzunlar yetişdirməliyik ki, onlar hələ biz bilmədiyimiz vəzifələri yerinə yetirmək istiqamətində səriştəli olsunlar". 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov isə bildirib ki, səhiyyədə dayanıqlı inkişafın təmin edilməsi, rəqəmsallaşma və innovasiyaların tətbiqi yalnız tibbi xidmətlərin keyfiyyətini dəyişən amillər deyil, eyni zamanda sosial rifaha, iqtisadi inkişafa mühüm töhfələr verən yeni yanaşmaları ehtiva edir:"Əldə olunan nəticələr, aparılan müşahidə və təhlillər göstərir ki, ötən dövrdə Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi ilə bağlı çox iş görülüb. İcbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinin genişləndirilməsi, ən yeni avadanlıqlarla təchiz olunan müasir tibb müəssisələrinin qurulması, tibbi xidmət prosedurlarının şəffaflaşdırılması, eləcə də digər istiqamətlərdə atılan addımlar qısa vaxt ərzində uzun bir yolun qət edildiyini söyləməyə əsas verir".

Daha sonra "Yeniliklər zamanıdır" konsept mesajı ilə təşkil olunan tədbir panel müzakirəsi ilə davam etdirilib. 

"Səhiyyədə yeni imkanlar panelində" Azərbaycanda sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri, səhiyyədə kadr potensialının gücləndirilməsi, səhiyyədə dayanıqlı inkişafın iqtisadiyyata təsiri, iqlim dəyişikliyinin sağlamlığa təsiri və COP29 sonrası yeni fürsətlər müzakirə olunub.

Panel müzakirəsi TƏBİB-in Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri Ziya Məmmədzadənin moderatorluğu ilə baş tutub. Məruzəçi qismində isə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov, Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov çıxış edib. 

Qeyd edək ki, tədbirdə iki panel, üç sessiya üzərindən dayanıqlı səhiyyə idarəedilməsi və səhiyyədə yeni imkanlar müzakirə edilib. 

Günel CƏLİLOVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ