Bazar günü günü, 08 noyabr 2026
     

Repetitor “biznesi” məktəbi və təhsili çökdürür....

Image


"Bu gün əlavə ödənişli məşğələlər məktəblərdə dövlətin tədris proqramını lazımsız vaxt itkisinə çevirib"

Məktəblərimizdən danışacayıq. Müasir, ən yüksək infrastruktura malik məktəb binalarımız, işıqlı otaqlarımız var. İnsaf üçün bu məsələdə irəliləyiş yüksəkdir. Düzdür, bunu bütün ucqar rayonların hamısına da şamil etmək çətin məsələdir. Elə ucqar kənd məktəblərimiz var ki, hələ də ötən əsrdə sovetin vurduğu tünd qırmızı rəngli taxta döşəmələrdə, "Nikolayın qoyub getdiyi taxta qapılarda" dərslər keçirilir. Amma ümumi götürdükdə məktəb tikintisində, müasir sinif otaqlarının yaradılmasında mühüm işlər görülüb.
 Lakin məsələ bər-bəzəkdə deyil, təhsilin keyfiyyətindədir. Hə, gəldik əsas məsələyə. Son illər tez-tez orta məktəblərdəki tədris proqramının zəifliyi, repetitor xidmətinin dövlət tədris proqramını üstələməsi, müəllimlərin daha çox ödənişli məşğələlərdə şagirdlərlə məşğul olmağa maraq göstərmələri barədə şikayət və iddialar mətbuatı və sosial şəbəkələri başına götürüb gedir. Bu məsələyə görə müəllimləri "asıb-kəsənlər", məktəblərdə təhsili inkişaf etdirmək əvəzinə fironluq edən məktəb direktorlarını haqlı olaraq tənqid edənlər yetərincədir. Hər kəs məktəblərdəki hazırkı xaos dolu qeyri-müəyyənlikdən, valideynləri maddi sıxıntılara salan əlavə ödənişli məşğələlərdən dad çəkir.
 Bəs reallıq necədir, niyə müəllimlər sinifdə dərs dedikləri uşaqlara bilik və bacarıqlarını həmin dərs saatlarında deyil, dövlətin tədris proqramından sonrakı ödənişli məşğələlərdə öyrədirlər? Buna nə ad vermək olar - müəllimlərin maddi marağı, maaş azlığı, daha çox qazanmaq hərisliyi, yoxsa məktəb direktorlarının bilərəkdən yaratdıqları repetitor biznesi? Məktəbdəki birinci sinif şagirdindən başlamış hər fənn üçün aylıq azı 80-100 manat arası qazanan müəllim bu qazancı tək yeyə bilməz axı...
 Hər nədirsə bircə həqiqət odur ki, məktəblərdə təhsil sürətlə aşağı düşməkdə, nizam-intizam axsamaqda, repetitor biznesi isə "çiçəklənməkdədir". Vəziyyət o həddə çatıb ki, pedaqoji idarəçilik, xüsusilə nizam-intizam boşluğu üzündən şagird azğınlaşır, müəllim sinifdə təhqir olunur, məktəblilər bir-birini alçaldan hərəkətlər edib sosial şəbəkələrdə yayırlar. Hanı məktəblərdə İDARƏÇİLİK? İdarəçilik nə gəzir. Əvəzində pedaqoji işdən xəbəri olmayan məktəb direktorları tədris əvəzinə fironluqla məşğuldurlar.
 Əlbəttdə dövr dəyişir, tələb və tələbatlar da yenilənir, eləcə də tədris proqramındakı proseslər də bu sıradadır. Amma dəyişilməsi mümkünsüz olan tək məsələ - məktəblərdəki ciddi tədris proqramının vacibliyi, şagirdlərin əsaslı biliklə təmin olunmasıdır. Təhsil, bilik təminatı bir ölkə üçün, böyük bir xalqın gələcəyi üçün vacibdən vacib məsələdir. Amma min dəfə təəsüf olsun ki, son illər məktəblərimizdə nizam intizamla yanaşı təhsil keyfiyyəti də dərənin dibinə yuvarlanıb.
Haqlı olaraq sual ortaya çıxır - niyə ölkəmizdə təhsil tam ödənişsiz olduğu halda,  valideynlərin şəxsi büdcəsi hesabına şagirdlər hətta 1-ci sinifdən başlayaraq ödənişli repetitor xidmətinə üz tutumalıdırlar? Nəyə görə, məktəblər də buna şərait yaradaraq öz reputasiyalarını aşağı düşürməlidirlər? Sual aydındır, cavab isə qaranlıqlarla dolu cəncəl məsələlərdən keçir. Əlbətddə hər bir valideyn öz övladının universitetə qəbul olunmasını arzulayır və hər bir şagird də universitet həyatına atılmağı səbrsizliklə gözləyir. Yuxarıda da qeyd etdiyimiz kimi, dərd orasındadır ki, şagird daha çox məktəbdə ona dərs deyən müəllimlərin repetitor xidmətindən istifadə edir.
 Müəllim dövlətin tədris saatında şagirdə öyrətməli olduqlarını əlavə məşğələyə saxlayır. Çünki bunda maddi maraqları var. Yuxarıda qeyd etdiyimiz kimi, həm daha çox qazanmaq, həm əlavə məşğələni açıq biznes işinə çevirmək, həm də dövlətin ayırdığı əmək haqqı ilə dolana bilməmək –EHTİYAC! Əlbətdə müəllimin maddi təminatı o dərəcədə yüksək olmalıdır ki, o şagirdinin cibinə deyil, başındakı biliyə boylansın. Müəllimin maddi təminatı həm də məktəbin, təhsilin yüksək nüfuzunun təminatıdır. Amma gərək müəllimin də maddi gəlirdən başqa, müəllimlik adını uca tutması, mənəvi dəyərlərə sahib olması, bir xalqın gələcəyinin ona etibar edildiyi barədə məsuliyyəti olmalıdır. Axı hər şey qarından və puldan ibarət ola bilməz...
 İndikilər bilməz, biz ötən əsrin 80-90-cı illərində orta məktəbdə oxuyarkən müəllimlərimizə ilahi varlıq kimi baxardıq. Geyim mədəniyyəti, danışıq qabiliyyəti, şagirdlə davranış qaydaları- bütün bunlar o zamankı müəllim kontingentini müsbət mənada fərqləndirirdi. Amma ən əsası məktəbdəki müəllim dərs dediyi şagirdlə elə bir güclü bağ yaradırdı ki, insan bir ömür o gözəl pedaqoqları yaddaşında əbədi saxlayırdı..
  Düzdür, indi də fəxr ediləsi müəllimlərimiz kifayət qədərdir, lakin məktəblərdəki hazırkı ab-hava bu nikbinliyimiz üçün böyük təhlükə yaradır. Axı hər kəs, ilk növbədə müəllimlərin özləri yaxşı bilirlər ki, müasir tədris metodikalarının tətbiqi ilə şagirdlərin marağını artırmaq və dərsləri daha effektiv etmək mümkündür. Dərslik və proqramları yeniləyərək sadə, başadüşülən və praktiki etmək, çox yüklü materialları azaltmaq bu gün vacibdən vacibdir. Təhsil proqramı şagirdlərin bacarıqlarına və inkişaf səviyyəsinə uyğunlaşdırılmalıdır. Fərdi yanaşma ilə müəllimlər zəif şagirdlərə əlavə dəstək göstərməlidirlər. Siniflərdə fərdi yanaşma metodlarından istifadə etməklə hər şagirdin ehtiyacları nəzərə alınmalıdır. Xüsusilə bu son qeyd etdiklərimiz şagirdləri məktəbə daha çox bağlayar, məktəbin bilik məbədi kimi nüfuz qazanmasına təkan verər.
 Kəsəsi, müəllim zəif oxuyan şagirdinə dəstək olmalı, əsl pedaqoq kimi ona əlavə vaxt ayırmaqla xüsusi yanaşma göstərməldir. Müəllimlik peşəsini hər şeydən uca tutan, bu müqəddəs sənətə ləyaqətlə yanaşan pedaqoqlar bu gün ölkəmiz üçün əsl sərvət sayılmalıdır. Çünki məhz onlar Azərbaycanın işıqlı sabahı üçün dəyərli insanlar - sabahın ləyaqətli vətəndaşlarını yetişdirirlər. 

Məncə artıq Təhsil Nazirliyi məktəblərdəki tədris və idarəmilik məsələlərinə ağırlığını qoymalı, həm məktəbi, həm müəllim nüfuzunu, həm də repetitor ödənişlərindən beli ikiqat bükülmüş, sosial problemlərin məngənəsində sıxılan valideynləri XİLAS etməlidir. Çünki sabah çox, həm də çox gec olacaq cənablar!

Mətləb Salahov

 




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ