Bazar günü günü, 08 noyabr 2026
     

O hansı prosedurlardır ki, öz alimlərimizə olar, xarici alimlərə olmaz - nazir çox maraqlı məsələ qaldırdı...

Image


"Professor-müəllim və tədqiqatçıların mübadiləsi məsələsində bəzi problemlər yaşanır". Mətbuatda gedən məlumata görə, bunu elm və təhsil naziri Emin Əmrullayev "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, azərbaycanlı alimlərin dünya elminə inteqrasiya olunması, həmçinin dünyanın aparıcı alimlərinin Azərbaycana gəlməsi, burada elmi tədqiqatlara cəlb olunması prioritet istiqamətdir və burada görüləcək işlər daha çoxdur.

Nazir bildirib ki, mövcud format və qəliblər əsaslı şəkildə dəyişməlidir: "Biz xaricdən hansısa tədqiqatçını Azərbaycana alim və ya professor kimi dəvət ediriksə, onun bizim qaydalara uyğun olaraq prosedurlardan keçməsi çətindir. Yəni loru dildə desək, özünə hörmət edən alim bu prosedurlardan keçmək istəmir, yaxud keçmir. Əgər biz həmin alimləri Azərbaycanda görmək istəyiriksə, o zaman mövcud prosedurlara mütləq yenidən baxmalıyıq".

E.Əmrullayev vurğulayıb ki, bir çox hallarda tədqiqatçı və alimlər üçün bürokratik prosesləri keçmək o qədər də asan deyil: "Çünki alimin işi tədqiqat aparmaqdır, nəinki külli miqdarda sənəd toplamaq işlərinə fokuslanmaq. Ona görə də bəzi mexanizmləri sınaqdan keçiririk, yaxşı nəticə əldə edilsə, prosedurun sadələşdirilməsinə nail ola bilərik".

Söhbət hansı prosedurlardan gedə bilər ki, onlar mütləq dəyişməlidir? Nazir deyir ki, "özünə hörmət edən alim o prosedurlardan keçmək istəmir", o, nələri nəzərdə tutur? O hansı prosedurlardı ki, öz alimlərimizə olar, xarici alimlərə olmaz? Nazir nələrə işarə vurur?

Məhərrəm Zülfüqarlı: "Nazir bunu adi vətəndaş kimi deməməlidir, bu sahədə münbit şəraitin yaradılmasında, bürokratik əngəllərin, ağır prosedurların ləğv edilməsində birbaşa iştirak etməlidir"

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki, elm və təhsil sahəsində problemlər mövcuddur. M.Zülfüqarlının sözlərinə görə, bu problemlərin həlli birbaşa bu sahəyə rəhbərlik edən nazirlikdən asılıdır. Bu problemi ilk növbədə bizim ölkədə alimlərin əməkhaqqısının aşağı olması ilə əlaqələndirən professor qeyd etdi ki, elm adamlarının maaşı çox aşağıdır. "Nazir ilk növbədə deməlidir ki, bizim alimlərin, elmi işçilərin əməkhaqları çox aşağıdır, bu səbəbdən də xarici alimlər gəlib burada elmi-tədqiqat işi aparmaz. Nazir bunu demir, əvəzində "özünə hörmət edən alim bu prosedurlardan keçmək istəmir, yaxud keçmir" deyir. Nazirin bu fikri ilə razıyam ki, bu sahədə mövcud prosedurlar çox çətindir. Mən də nazirə bir söz deyim ki, özünə hörmət edən alim də müasir dövrdə Azərbaycan elminə, təhsilinə rəhbərlik edən, elmi dərəcəsi, elmi adı olmayan gənc kadrların rəhbərliyi altında işləmək istəməz. Əvvəl biz görmüşdük, elə adamlar rəhbər təyin edilirdi ki, onlar laborantlıqdan başlayıəb professor elmi adına qədər mərhələ-mərhələ yüksəlirdilər. İndi bu sahədə proseslər tərsinə gedir. Bir də görürsən ki, elmlər doktorları, professorlarla, elmlər nazmizədləri, dosentlərlə bol olan elm və təhsil sahəmizə elə adam rəhbər gəlir ki, elmi nəticəsi, müəllimlik təcrübəsi olmur. Nazirin dediyi bu fikir təkcə xarici alimlərə aid deyil, bizim özümüzə də aiddir. Yəni çoxlarımız bu cür sistemdə əlacsızlıqdan işləyirik. Yəni özünə hörmət edən professor magistrin rəhbərliyi altında işləməz. Bu bir. Qaldı xarici alimlərə, nazir deməlidir ki, xarici ölkələrdə 10 min dollar əməkhaqqı alan professor gəlib 1000 dollar əməkhaqqıya Azərbaycan elm və təhsil sistemində işləmək istəməz. Hələ mən ordakı sosial ödənişləri demirəm".

M.Zülfüqarlı hesab edir ki, Azərbaycanda elmlə məşğul olanlara güzəştlər edilməlidir. O, eyni zamanda vurğuladı ki, bizdə başlıca səbəb əməkhaqqının azlığı olsa da, burada digər problemlər də var: "Bizdə bu sahədə prosedurlar sadələşdirilməli və mövcud bürokratik əngəllər aradan qaldırılmalıdır, bu isə nazirliyin, elmə rəhbərlik edən qurumların səyləri ilə baş verməlidir. Lazım gəlsə, bu sahədə qanunvericilik aktlarına nəzər salınmalıdır. Başlıcası isə, alimlərin, tədqiqatçıların maaşları qaldırılmalıdır.

Nazir deməlidir ki, biz xaricdən mütəxəssis dəvət etmək üçün onlara oradakı ideal, münbit şəraiti yaratmalıyıq, bürokratik əngəlləri aradan qaldırmalıq və onlara da onlar səviyyəsində insanlar rəhbərlik etməlidir. Yəni xarici alimlərə burda saxta diplomlarla, dostbazlıqla, qohumbazlıqla vəzifəyə gələn insanlar rəhbərlik etməməlidir. Bütün bunlar yerinə yetirilsə, o alimlər bura gələ bilərlər. Amma tutaq ki, hansısa bir insan ailə vəziyyətinə görə məcbur olub bura gəlirsə, burdakı şəraiti gördükdən sonra geri qayıdacaq. Çünki burdakı mühit onu qane etmir. 

Bu sahədə problemlər var və bu problemin də həllində nazir iştirak etməlidir. Yəni nazir bunu adi vətəndaş kimi deməməlidir, bu sahədə münbit şəraitin yaradılmasında, bürokratik əngəllərin, ağır prosedurların ləğv edilməsində birbaşa iştirak etməlidir. Yəni o, özündən yuxarıdakı səlahiyyətli qurumların qarşısında qəti şəkildə bu tələbləri qoymalıdır. Yoxsa belə çıxır ki, adi vətəndaşın deməyi ilə nazirin deməyi arasında elə də bir fərq olmur. Onsuz da bütün insanlar bilir ki, bizdəki elmi mühit necədir, bürokratik əngəllər hansı səviyyədədir, hansı insanlar elm və təhsil sahəsinə rəhbərlik edirlər, təhsil sahəsindəki problemlər hansıdır. Xarici ölkənin vətəndaşı, orda işləyən mütəxəssis gəlib burda o çətinlikləri, problemləri görsə, əlbəttə ki, işləməz. Bürokratik əngəllər, dostbazlıq, qohumbazlıq təəssüf ki, hələ də elm sahəsində qalmaqdadır və bu da xarici alimlərin ölkəmizə gəlib burada tədqiqatlar aparmasını, işləməsini əngəlləyir. Əgər həqiqətdən də nazir istəyir ki, xaricdən ölkəmizə mütəxəssislər cəlb edilsin, onlar gəlib Azərbaycan elminə töhfə versin, onda dediyimiz o mühiti yaratmalıdır. Burada o ölkələrdəki münbit, demokratik mühüt  yaradılmalıdır. Amma mənə elə gəlir, hələ ki, gənc nazirin buna gücü yetməz. Gəlişi gözəl sözlərlə müəyyən qədər özünü sığortalamaq istəyir" - deyə M.Zülfüqarlı bildirdi. 

İlqar Orucov: "Bunun üçün mexanizmin, standartların yaradılması çox vacibdir, bunlara ehtiyac var, çünki bizdə o mexanizmlər yoxdur"

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun isə məsələyə münasibəti belə oldu: "Cənab nazirin toxunduğu məsələ çox ciddi məsələdir. Biz əlbəttə ki, xarici alimlərin Azərbaycanda işləmələrində, birgə tədiqatlar aparılmasında, universitetlərdə tədrislə məşğul olmalarında maraqlı olmalıyıq. Ancaq bürokratik əngəllər var. Bu bürokratik əngəllər nə ilə bağlııdr? Bu probelmin olması, hesab edirəm ki, həm də qanunvericiliyin yumşaldılmasını zəruri edir. Məsələn, bir xarici mütəxəssisi, alimi elm və təhsil müəssisəsində çalışması üçün onlara ödənilən ezamiyyə xərclərilə, eyni zamanda onların əmək miqrantı olaraq ölkəmizdə yaşamasının təmin edilməsi, onlara ödəniləcək vəsaitlə bağlı problemlər mövcuddur. Ölkəmizdə bu istiqamətdə həm də kifayət qədər oturuşmamış yanaşmalar mövcuddur. Bu qanunvericilikdə ödənişlərlə və sairlə bağlı normaların təkmilləşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, bu yöndə işləri təkmilləşdirməliyik. Məsələn, bizim universitetlərin elmi-tədqiqatlarla bağlı beynəlxalq qrant layihələrində iştirakı çox aşağı səviyyədədir. Fikrimcə, universitetlərə bu sahədə sərbəstlik verilməsi çox vacibdir. Elm və Təhsil Nazirliyi elmimizin, təhsilimizin, ali təhsilimizin, tədqiqatlarımızın müasir səviyyədə aparılmasında çox maraqlıdır. Hesab edirəm ki, universitetlər də bunda maraqlı olmalıdır. Onlar maraqlıdırlarmı? Bir sıra hallarda qanunvericilikdəki o təkmilləşmələrin olmaması əslində buna mane olur. Məsələn, bir xarici mütəxəssis gəlib burda çalışırsa, ona bəlli əməkhaqqı verilməlidir, o əməkhaqqıdan tutulan vergilərlə bağlı yumşalmalar çox vacibdir. Tədqiqatçılar qrupunun yaradılması və birgə tədqiqatlarda iştirak məsələsində daha çox maneələr məhz maliyyə ödənişləri ilə bağlı məsələlərdən irəli gəlir ki, mütləq şəkildə bunlara ödəniş etmək lazımdır. Tutaq ki, Türkiyədə universitet müəllimləri, tədqiqatçıları müxtəlif ölkələrə vizasız gedə, yaşıl pasportla tədqiqat müəssisələrinə ezam oluna  bilirlər. 

Bizdə ezamiyyət xərcləri ilə bağlı problemlər var. Düşünürəm ki, xarici mütəxəssislər gəlib burda  mövcud normalar çərçivəsində, Azərbaycandakı o maaşla çalışmaq istəmirlər. Bu ödənişlər edilərkən, hesab edirəm ki, onlar üçün müəyyən yumşalmalar tətbiq edilməsi zəruridir. Bu mütləq şəkildə edilməlidir. Düşünürəm ki, belə olduğu təqdirdə universitetlərdə o tədqiqatları canlandıra bilərik". 

İ.Orucov qeyd etdi ki, problemə səbəb həm də bizdə bu istiqamətdə mexanizmin olmamasıdır. "Elə ölkələr var ki, ordan gələn işçilərdən ikiqat vergi tutulmaq tələb olunur. Məsələn, ABŞ-dan bir alimi bura gətirirsənsə o burada qazandığından həm işlədiyi ölkədə, həm də ABŞ-da vergi ödəməlidir. Amma müvafiq razılaşmalar əsasında dəyişikliklər baş versə məsələ öz həllini tapır. Elə ölkələr də var ki, orda ikiqat vergi tutmaq yoxdur, yalnız işlədiyi ölkədə vergi verir, çünki burda qazanır. Eyni zamanda digər məsələlərdən biri odur ki, biz əmək miqrantı dəvət ediriksə burda da ciddi problemlər yaşanır. Əmək miqrantı gələndə konkret kvotalar var. Məsələn, filan sahədə bizə bu qədər mütəxəssis lazımdır. Tutalım, bizdə bir universitet deyirsə ki, mənə filan sahə üzrə beş mütəxəssis lazımdır, amma bizdə kvotanın ayrılmasında problem var, bəzən ayrılmış kvota onların gəlməsinə imkan vermir. O mütəxəssislər əmək miqrantı kimi bura gələndə miqrasiya idarəsində əmək miqrantı kimi qeydiyyata düşməlidir. Onlarla müqavilə imzalanmasında ciddi probemlər yaranır. Halbuki, universitetlər səviyyələrini, tədqiqatlarının səviyyəsini artırmaq, tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün bu işdə maraqlıdır".

İ.Orucov dedi ki, burada söhbət bürokratik əngəldən getmir, sadəcə olaraq mexanizm işlək olmalıdır: "Bunun üçün mexanizmin, standartların yaradılması çox vacibdir, bunlara ehtiyac var, çünki bizdə o mexanizmlər yoxdur. Düşünürəm ki, bu istiqamətdə aidiyyəti qurumlar birgə müzakirələr aparmalıdır, bu müzakirələr nəticəsində sırf tədqiqatlarla, ali təhsil müəssisələrində tədrislə bağlı qanunvericikdə dəyişiklik edilməsi, yaxud yumşaldılmaların olması zərurəti gerçəkdən də var".

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ