Bazar günü günü, 21 iyun 2026
     

Kamalə Abiyevanın qələbəsi - FOTO

Image


Və ya Kamalə Abiyevanın imza günü 

"İrəvanda diz qoysam", "41"-Astara şəhidləri, "21"-Bakı şəhidləri, "O adam", "Torpaq"... Bu kitabların hər birinin adları kimi, orada əks olunmuş tale və məzmunları da tam fərqli idi. Onu sevdirən, tanışlığımıza səbəb "Bakı haqqında nağıl" olmuşdu. Fərqli üslubu ilə seçilən Eyyub Yaqubovun ifasında bəstəkar Aygün Səmədzadənin bəstələdiyi mahnını dinləyərkən keçirdiyim hisslər sözlərin müəllifini sevdirmişdi mənə. Adətən, ailəmizlə yayı bağda keçirərdik və Abşeron qumluqlarında, yarımsəhralıqlara xas o qədər də hündür olmayan ağaclar, şanısı ilə məşhur torpaqda "yatan" meynələr, Xəzərin səsi, gilavar və xəzrinin uğultusu, dünya tarixində bir çox ilklərə imza qoymuş neft və onun mədənləri, həmin məkanların özünəməxsus qoxusu və daha nələr, nələr...qəribə duyğular yaşadardı. Bakı və onun bağlarını bu cür təsvir etmək üçün o torpağı, o qumluqları, o neft qoxusunu sevmək lazım idi... Bu təsvir şairənin Vətən sevigisinin bariz nümunəsi idi. Şairənin Xəzərin səsini "laylay"a bənzədən, meynəliklərin qumluqlardakı xışıltısına "qum üstündə şanılartək xumarlanan dincliyimsən" söyləyən, xəzri ilə gilavarın şıltaqlıqlarının gətirdiyi neft qoxusunu "Saçlarıma sığal çəkən neft ətirli küləklər" kimi ifadə edən, İçərişəhərin Qoşa Qala Qapısını şəhərin gözlərinə bənzədən bu şeiri Bakı haqqında olan nəğmələrdən bu cür özünəməxsusluqları ilə seçilirdi.Onun yaradıcılığını o vaxtdan izləyirdim, imza günlərində, kitab təqdimatlarında iştirak edirdim. Növbəti imza gününə də sevə-sevə getdim.

06 dekabr 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında Kamalə Abiyevanın Bakı şəhidlərinin xatirəsinə yazdığı "21" esselər toplusu və "O adam" şeirlər kitabının təqdimatı və imza günü keçirildi. Adıçəkilən sənət məbədində yarandığı gündən adları təkcə Azərbaycan ədəbiyyatı tarixində deyil, ictimai-siyasi həyatda da silinməz izlər qoymuş şəxslərin iştirakı olan tədbirlərdən həmin görüşün fərqi onda idi ki, 44 günlük müharibədə şəhid olmuş qəhrəmanların valideynləri də iştirak edirdilər. Şairənin poetik dünyasını özündə əks etdirən şeirləri ilə birgə onun Vətən azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr edilmiş kitabları da oxuculara təqdim olunmuşdu.

AYB-nin sədr müavini, MŞ-nın sədri, yazıçı, şair, jurnalist Rəşad Məcidin aparıcılığı ilə keçən tədbir iştirakçıların ömrünə unudulmaz saatlar yazdı. Tədbirin əvvəlində Rəşad Məcid Kamalə xanıma AYB-nin təbrik məktubunu təqdim etdi. Füzuli  rayon Mahmudlu-2 kənd məktəbinin direktor müavini Narınc Məmmədova yaradıcılığında vətənpərvərlik mövzusunun xüsusi yer tutduğunu vurğulayaraq "Dəmir yumruq Alfa-A" cəmiyyətinin Azərbaycana, dövlətinə layiqli xidmətinə görə fəxri diplomunu təqdim etdi. Çıxış edənlər MM deputatı,ictimai xadim, şair, jurnalist Elçin Mirzəbəyli, F.e.d. Esmira Fuad, f.e.d.prof. Vaqif Yusifli, AYB-nin katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu, yazıçı, şair, tərcüməçi Aysel Əlizadə, Xalq artisti bəstəkar Aygün Səmədzadə, şair, yazıçı Şövkət Horovlu,  filologiya üzrə fəlsəfə doktoru , yazıçı, tərcüməçi Kamran Nəzirli, pedaqogika üzrə fəlsəfə doktoru, jurnalist Zemfira Məhərrəmli,  istedadlı bəstəkar, pianoçu Pikə Axundova, dos. Allahverdi Eminov , şair Ağacəfər Həsənli, "Qarabağ qaziləri" İB-nin sədr müavini Fəzail Əsədov Kamalə Abiyevanın yaradıcılığının müxtəlif yüksək bədii-ədəbi xüsusiyyətlərini, fərqliliyini vurğuladılar. Şair, "Xatirə kitabı"nın baş redaktoru Nəzakət Məmmədova  ədəbiyyatda öz sözünü demiş, oxucuların sevimlisi, bütün fəxri adalrar layiq olan, "ruh ekizim" adlandırdığı Kamalə xanımına yaradıcılıq uğurları arzulayaraq çıxışlara yekun vurdu. 

İmza günündə istedadlı söz sahibinin qələm dostları, jurnalistlər Əbülfət Mədətoğlu, Qulu Ağsəs, İbrahim Yusifoğlu, Maşallah Məftun, Əntiqə Qonaq, Mahcamal, Təranə Məmməd, Şəmsiyyə Kərimova, Nüşabə Mirzəbəyli, Vəsimə Qarayeva, Gülşən Rafiqqızı, eləcə də çox sayda oxucular iştirak edirdi.

Pedaqoq Kamalə xanımın şəhidlərin həyatlarını təsvir edən yazıları böyüməkdə olan nəsildə, tədris müəssisələrində himnə çevrilmiş "Məktəb illəri" mahnısı ilə böyüyən gənclərdə Vətən, şəhid, torpaq məfhumlarına sevgi oyadır. Xalqa qələbə hissini yaşatmaq üçün canlarını qurban verən şəhidlər barədə kitablar şairənin daxili aləminin yalnız poetik dünyasını deyil, Vətən sevdalı duyğularını özündə əks etdirir. Üstəlik, igid oğulların ailələrinin duyğularını kağıza köçürməyin heç də asan olmadığı nəzərə alınsa, Azərbaycanın hər bölgəsində şəhidlər xiyabanlarında uyuyan qəhrəmanların taleləri, döyüşlər haqqında yazmağın necə mənəvi qüvvə, dözüm tələb etdiyini anlamaq çətin deyil. 

Diqqətimi çəkən məqamlardan biri də tədbirdə şəhid ailələrinin yaşadığı xoş duyğular, onların təşəkkür dolu baxışları, sözləri idi. Onlara mənəvi dayaq olmağı bacarmaq Kamalə Abiyeva istedadının qələbəsidir. Mən ona söz dünyasında beləcə qalib olmağı arzulayıram.

Təbəssüm Muxtarova

Filologiya üzrə fəlsəfə doktoru 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

20.06.2026 / 22:43
"Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəy olduğumuzu bildiririk" - Azərbaycan XİN

20.06.2026 / 22:16
Zelenski "Ağ Qartal"ı poçtla Varşavaya göndərdi, Kuçma və Yuşşenko da ordendən imtina etdi – “UPA gərginliyi” artır...

20.06.2026 / 21:29
İki lider İrana görə üz-üzə gəldi - Tramp yenə Melonini hədəf aldı, baş nazirin də cavabı gecikmədi...

20.06.2026 / 20:56
ŞOK... Bakıda gecə klubunda turistə 1270 manat "şot" gəldi...

20.06.2026 / 20:22
İran və ABŞ-dan Hörmüzlə bağlı ziddiyyətli açıqlama – SEPAH gəmilərə xəbərdarlıq etdi...

20.06.2026 / 19:06
Sabah Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək

20.06.2026 / 18:46
Tarixi “UPA mübahisəsi” Polşa ilə Ukrayna arasında ipləri qopardı – Varşava Kiyevin Aİ-yə üzvlüyünü bloklayacaq...

20.06.2026 / 18:10
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub

20.06.2026 / 18:06
İran Hörmüzü yenidən bağlayır…

20.06.2026 / 17:56
Avropada Rusiya ilə Ukrayna danışıqlarına hazırlıqlar başladı - E5 formatı yaradılır...

20.06.2026 / 17:42
Aİ sammitindəki şam yeməyində Rusiya-Ukrayna danışıqları günün mövzusuna çevrilib - Moskva maraqlı görünmür…

20.06.2026 / 17:19
AB-nin 21-ci anti-Rusiya sanksiya paketi Vahid Ələkbərova görə dalana dirəndi...

20.06.2026 / 16:50
DİN-in Hərbi İnstitutunda buraxılışa həsr olunmuş mərasim keçirildi - FOTO

20.06.2026 / 16:11
Zelenski Lukaşenkoya ultimatum verdi - bir həftə vaxtınız var, əks halda...

20.06.2026 / 15:37
Məhkəmə hakimi anasının yas mərasimini Heydər məscidində verəcək

20.06.2026 / 15:18
Brüsseldən İrəvana "təcili" yardım - Aİ Rusiyanın təzyiqinə qarşı kisənin ağzını açdı...

20.06.2026 / 15:02
Romanın “Casa del Cinema” mərkəzində “Tağıyev: Neft” filminin premyerası keçirilib

20.06.2026 / 14:44
"Şişirdilmiş başlıqlar cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir" - MEDİA

20.06.2026 / 14:28
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən dələduz tutuldu...

20.06.2026 / 14:03
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 7 vaqon buğda göndərdi

20.06.2026 / 13:47
Tramp xüsusi nümayəndəsini İranla danışıqlar üçün İsveçrəyə göndərdi...

20.06.2026 / 13:09
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb

20.06.2026 / 12:14
Dünya Çempionatını izləmənin ən cazibədar ünvanı - Antiphellos Teatrı…

20.06.2026 / 12:01
Kitabxana işçiləri ilə attestasiya prosesi üzrə ilk məlumatlandırıcı görüş keçirilib

20.06.2026 / 11:59
“Bizim Maqsud müəllim” tamaşası nümayiş olub

20.06.2026 / 11:56
Tramp Süleymaninin öldürülməsinin səbəbini açıqladı

20.06.2026 / 11:54
ABŞ-İran danışıqları: Uitkoff İsveçrəyə səfər edəcək

20.06.2026 / 11:23
Kılıçdaroğlu “Dəmirtaşın həbsinə səs verdiyimə peşman deyiləm” dedi - cavab sərt oldu…

20.06.2026 / 10:43
ABŞ kəşfiyyatından Trampa Netanyahu xəbərdarlığı – bu ehtimal çox yüksəkdir...

20.06.2026 / 10:19
ABŞ Prezidentindən şok İsrail açıqlaması - “…mən nə deyirəmsə onu edirlər”

20.06.2026 / 10:13
Reuters: “Sanksiyaların ləğvi ilə SEPAH-ın biznes imperiyası böyük qazanc əldə edəcək”

20.06.2026 / 10:10
Tramp: “İran razılaşmasa, onları xoşbəxt etməyəcək addımlar atacağıq”

20.06.2026 / 09:58
Tramp Xameneyinin yaralanmasına görə təəssüfləndiyini dedi...

20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi

20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı

20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” - Barak Obama

20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi - Gərginlik artır…

20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? - Heqset mümkün sayır…

20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi - Tuskun reaksiyası gündəmdə…

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ