Bazar günü günü, 08 noyabr 2026
     

Şəhid şair Teymur Turan - son sorağı Soltanlıdan gəldi...

Image


Yavus Rəsulov: "İsrarla deyirdi ki, mən mütləq cəbhəyə getməliyəm, mənim yerim oradır"

Bir yanın Qarabağ, bir yanın Xəzər, 

Sinəndə türk gəzir, səni kim əzər? 

Başını üçrəngli bayrağım bəzər,

Adına can dedik, Azərbaycanım! 

Ürəyinin qürurundan, ruhunun sevdasından ilham alıb bu Vətən şərqisini yazan oğlan canını da Vətən yolunda, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qurban verib, şəhidlik şərbətini içib. 

Şuşanın dağları boranlı, qarlı,

Ağdam güc simvolu, Laçın vüqarlı, 

Xocalının qəlbi dərdli, qubarlı

Biz qana qan dedik, Azərbaycanım! 

Vətən müharibəsi şəhidi mühəndis-şair Teymur Turandan-Rəsulov Teymur Yavus oğlundan yadigar qalan bu misralar onun Vətənə nə qədər bağlı olduğunu nişan verir. Teymur kimi oğullar  doğulandan şəhid olduqları günə qədər Vətəni sevirlər, sonra isə ruhları sevir vətəni! 

"Gördüm ki, Teymur qarşımda dayanıb "müəllim, necəsən? Mən gedirəm" deyir, gözümü açdım gördüm yoxdur, sonra da bu qara xəbər gəldi"

Teymurun atası Yavus Rəsulovla  Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən təqdimat mərasimində söhbətləşdik.   

Teymur Yavus oğlu Rəsulov 1988-ci il martın 23-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub.

İbtidai təhsilini 1994-2000-ci illərdə Sahil qəsəbəsindəki Ə.Kazımov adına 228 saylı orta məktəbdə alıb. Sonra isə orta təhsilini H.B. Mahmudbəyov adına 2 saylı Texniki – humanitar liseydə davam etdirib. 2005-2009-cu illərdə Azərbaycan Neft və Sənaye Universitetində ali təhsil alaraq yüksək göstəricilərlə energetik ixtisasına yiyələnib. Ali təhsilini bitirdikdən sonra, 2009-cu ildə həqiqi hərbi xidmətə gedib, 2010-cu ildə tərxis olunub. Hərbi xidmətdən sonra respublikamızda fəaliyyət göstərən müxtəlif müəssisələrdə öz ixtisası üzrə çalışıb. Çalışdığı sahələrdə bir mühəndis kimi biliyi, bacarığı, işə vicdanla yanaşmağı ilə kollektivin hörmətini qazanıb.

Azərbaycan Ordusunun əsgəri olan Teymur Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü gedib. Könüllü olaraq Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 

Teymur Rəsulov oktyabrın 18-də Cəbrayılın Soltanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Teymur ailədə iki bacının tək qardaşı, Rəsulovlar ailəsinin yeganə yanan çırağı olub ki, onu da fələk söndürüb. Yavus Rəsulov bildirdi ki, Teymur həddən artıq ağıllı, savadlı, vətənpərvər bir oğul olub və hər kəsə əlindən gələn köməyi edib, qarışqanı belə incitməyə ürəyi gəlməyib, amma torpaqlarımızı işğalda saxlayan, qız-gəlinlərimizi, körpələrimizi əsir aparan, qanlarına qəltan edən, Xocalı soyqırımı kimi insanlığa qarşı bəşəri cinayət törədən ermənilərə qarşı daim qisas hissi ilə yaşayıb. 

"Teymur həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif idarələrdə işləyib, 2014-cü ildən isə aparıcı mühəndis kimi həm energetika, həm də digər sahələrdə əmək fəaliyyətini "Norm" sement zavodunda davam etdirib. 

Tovuz döyüşlərində general Polad Həşimov şəhid olandan sonra o gedib könüllü yazıldı. 27 sentyabra qədər hər gün müharibəyə çağırılacağı günü gözləyirdi. Çox narahat idi, sanki tikan üstündə otururdu. Müharibə başlayan gün - sentyabrın 27-də, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinə getdi və könüllü cəbhəyə getmək üçün müraciət etdi. Müraciəti cavabsız qaldı. Çünki müharibənin birinci günü bütün könüllüləri geri qaytardılar ki, evə gedin, lazım olanda çağıracağıq. Amma Teymur evdə dayanmadı, üç gün dalbadal çağırış idarəsinə getdi, axır ki,  müraciətinə cavab aldı, məqsədinə çatdı və döyüşə getdi. İsrarla deyirdi ki, mən mütləq cəbhəyə getməliyəm, mənim yerim oradır. Mən ona deyirdim ki, sən burda lazımsan, inişallah qələbədən sonra azad ərazilərdə tikinti-quruculuq işləri aparılacaq, gedib orda iştirak edərsən. "Yox, getməliyəm" dedi. Sentyabrın 29-da cəbhəyə yola saldıq, döyüşə getdi, oktyabr ayının 18-də isə şəhid oldu (qeyd edək ata oğlunun Şuşa Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olduğunu, amma rəsmi mənbələr T.Rəsulovun Cəbrayılın Soltanlı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəldiyini yazır-İ.S). 

Döyüş yolu Füzulidən başlamışdı, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 

Oktyabrın 20-də rayonda idik. Müharibə başlayandan sonra yoldaşım çox narahat olduğu üçün onu Qobustan rayonuna aparmışdım. Səhər saatları idi, mənə zəng gəldi ki, Teymur yaralanıb, kürəkənim də onun arxasınca gedib. Amma hiss etdim ki, Teymur yalanmayıb, şəhid olub. Çünki nə qədər ağır yaralı olsaydı bir nəfərin telefonu ilə mənimlə əlaqə saxlayardı. Ondan bir-iki gün əvvəl  divanda yarıyuxulu uzanıb televizora baxırdım, bir də gördüm ki, Teymur qarşımda dayanıb "müəllim, necəsən? Mən gedirəm" (həmişə mənə müəllim deyirdi) deyir, gözümü açdım gördüm yoxdur, sonra da bu qara xəbər gəldi".

Teymurun şeir və aforizimlər yazdığını deyən ata bildirir ki, adətən gecələr yazırdı: "Gecələr görürdüm ki, oturub nəsə yazır. Deyirdim ki, a bala, nə edirsən? Deyirdi şeir yazıram. Bir gün mənə bir video göstərdi, gördüm ki, bir bədii qiraətçi onun şeirini deyir. Amma o, şeirlərini bizə çox göstərmirdi. Teymur döyüşə gedəndə kompüterin yaddaşını silib getmişdi, təkcə işə aid olan məlumatları saxlamışdı ki, istəsələr verərsiniz. Yəni bizim əlimizdə şeirləri yox idi, çünki dediyim kimi, arxivi silmişdi. Sonra yaxın dostları sosial şəbəkələrdən onun şeirlərini topladılar, bir yerə yığdıq. Demə ki, o, sosial şəbəkələrdə çox aktiv imiş, şeirlər paylaşırmış, məqalələr yazırmış.

2022-ci ildə Teymurun "Qürub vaxtı" adlı kitabını çap etdirdik. Kitab iki hissədən ibarətdir, birinci hissədə onun esseləri, aforizmləri, şeirləri, nəsr əsərləri yer alıb, ikinci hissədə isə onun dostlarının, tələbə yoldaşlarının, döyüş yoldaşlarının xatirələri əks olunub.  Hətta Teymurun bir yarımçıq romanı da qalıb, ömrü vəfa etmədi ki, onu tamamlasın. Kürəkənim özü də qələm əhlidir, deyir ki, imkan olsa o romanı tamamlayacağam.       

Teymur şəhid olandan sonra sanki oğlumu yenidən tanıdım. Onun qazandığı hörməti, dost-tanışları, səmimiyyəti, hörməti barədə sonradan çox şeylər eşitdim. Oğlumun necə böyük insan olduğunu o şəhid olandan sonra kəşf etdim. 

Hətta oğlumun şeirlər kitabını redaktə edən redaktor bu işə görə pul götürmədi və kitaba da "adının çəkilməsini istəməyən redaktor" qeydini edib. Sonra bildik ki, oğlum tələbələrə cibindən təqaüd göndərirmiş, xəstələrə yardım edirmiş. O etdiklərini heç kəsə deməyib. 

Sentyabrın 27-də Teymur çağırış idarəsindən geri qayıdanda Şəhidlər Xiyabanına gedib və ordan qayıdandan sonra böyük bir məqalə yazıb, onu da filosof Yunis Dürüst oxuyub və yazı əsasında "Öz əsərinin qəhrəmanı" adlı bir film çəkilib. Teymurun kitabının təqimat mərasimində o filmi də göstərdilər. Bax, mən belə bir övlad itirmişəm. 

Teymurla bağlı arzularım çox idi, özünün də çox arzuları yarımçıq qaldı". 

Qobustan rayonunun Yeni Massiv deyilən ərazisində  küçələrdən biri Teymurun adını daşıyır. Məzunu olduğu liseydə də Teymur Rəsulov guşəsi var. Eyni zamanda Azərbaycan Neft və Sənaye Universitetinin  22 şəhid tələbəsinin hər biri kimi Teymur Rəsulovun da adına kafedra var. "Amma hələ Sahil qəsəbəsində bu istiqamətdə bir iş görülməyib. Biz dəfələrlə rəsmi qurumlara müraciət etmişik, deyirlər ki, Sahil qəsəbəsində də xatirəsi əbədiləşdiriləcək.  Bizim həyətdə uşaq bağçası var. Bağçanın həyətində bir xatirə kompleksi tikmişik. Bizim qəsəbənin 16 nəfər Vətən müharibəsi şəhidi var. Bu kompleksdə onların hər birinin şəkilləri var və hamısının xatirəsini özündə əks etdirir. Bunu bağçada təlim alan uşaqlar görür və şəhidlərimizdən örnək götürürlər, bunun vətənpərvərlik əhəmiyyəti böyükdür. Ona görə də o xatirə kompleksi üçün bağçanı nəzərdə tutdum. Bağçanın rəhbərliyi razılıq verdi və öz hesabımıza o kompleksi yaratdıq. Müharibədən sonra hər il şəhidlərimizin xatirəsinə ağacəkmə kampaniyası keçirilir. Ad günündə o kampaniyanı mən keçirdim, ağaclar aldım və hər şeyi özümüz etdik. Hər dəfə belə kampaniyalar olanda mən də öz töhfəmi verirəm. Sahil qəsəbəsində məktəblərdə Teymurun adına sinif otaqları var. Qobustan rayonunda Teymurun xatirəsinə çox diqqətlə, hörmətlə yanaşılır, tədbirlər keçirilir, kitabının təqdimatı oldu. Xeyli işlər görülüb".

Turan, çıraq olub yanmaq istəsən, 

Kül olub qəlblərdə qalmaq istəsən,

Əgər səadəti tapmaq istəsən,

Çalış pozmayasan saf niyyətini,

Məncə, hər kimsə ki, boğur nəfsini,

O insan tapacaq səadətini! 

Şəhid mühəndis-şair Teymur Turan öz səadətini əbədiyən Vətəni qucaqlamaqda, qanını torpağımıza qatmaqda gördü. Teymur Turan ən böyük arzusuna çatdı, torpaqlarımızın işğaldan azad olunması, günahsız insanlarımızın, şəhidlərimizin qisasının qiyamətə qalmaması onun üçün böyük səadət oldu. 

Özü bu günü görməsə də, ruhu ilə qələbə təntənəsini duydu. Onu bu dünyada yaşadan xoş əməlləri, şeirləri, esseləri, aforizmləri, nəsr nümunələridir. Bir də ömrü kimi yarıçıq qalan romanı, yaradıcılıq dastanıdır. Şəhidlərin həyatı bir dastandır, nəsillərdən-nəsillərə keçən, yaşayan bir dastan!

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ