Bazar günü günü, 08 noyabr 2026
     

Ehtiyatda xüsusi təyinatlı idi, 4 uşaq atası idi, könüllü getdi və şəhid oldu - Daşdəmir Paşayev...

Image


Məleykə Paşayeva: "Daşdəmir Xocalının günahsız insanlarının və general Polad Həşimovun qisasını almaq üçün müharibəyə getmişdi"

Dörd balası ağlar qaldı,

Getdi igid oğlum, getdi.

Eşitdim ki, şəhid olub

Elə bildim ağlım getdi. 

Gözü ağlar qalan balaların igid ataları torpaqlarımızı düşmən tapdağından azad etdi. Belə igid oğullardan biri də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabiti, Vətən müharibəsi şəhidi Paşayev Daşdəmir Əlizaman oğlu‎dur. 

Daşdəmir Paşayev 1982-cı ildə Bakı şəhərində anadan olub. Uşaqlıq illəri Bakıda keçib. 1988-ci ildə 250 saylı tam orta məktəbin 1-ci sinifində daxil olub, 1996-cı ildə həmin məktəbin 8-ci sinfini başa vurub. 8-ci sinfi bitirdikdən sonra C.Naxçanski adına hərbi liseyə qəbul olub. 1999-ci ildə liseyi bitirərək Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub.
 2003-cü ildə məktəbi bitirib və leytenant rütbəsi ilə xidmətə başlayıb. İsveçrədə 6 ay müddətində kurs keçib. Kursdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Ailə vəziyyəti ilə bağlı baş leytenant rütbəsində ehtiyata buraxılıb.

"Mənə müharibədən məktub yazmışdı ki, ana…"

Daşdəmir Paşayevin anası Məleykə xanımla Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən təqdimat mərasimində həmsöhbət olduq. 

Məleykə ana bildirdi ki, əslən bakılıdırlar və oğlunun da bütün uşaqlığı paytaxtda keçib. "Mənim dörd övladım - iki oğlum, iki qızım vardı. Daşdəmir ən böyük övladım, nəslin isə ən böyük nəvəsi idi. Oğlum öz adı ilə fəxr edirdi, babasının adını daşıyırdı. Daşdəmir uşaqlıqdan hərbiçi olmaq istəyirdi, ona görə də, Naxçanski adına hərbi liseyə qəbul oldu, oranı bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil oldu və leytenant rütbəsində oranı bitirdi. Sonra İsveçrədə 6 aylıq kurs keçdi. Demək olar ki, Daşdəmir 8 il hərbi təshil alıb. Yaşmadakı "N" saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyatçısı kimi xidmətə başlayıb. 7 il orada xidmət etdikdən sonra baş leytenant rütbəsi aldı. Bundan sonra ailə vəziyyəti ilə əlaqədar hərbidən ehtiyata çıxdı, ailə qurdu, dörd övladı dünyaya gəldi. Üç qızı, bir oğlu var.   

Ehtiyatda olsa da, Daşdəmirin fikri-zikri torpaqlarımızın azad olunması idi. 

27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda Daşdəmir yerində dayana bilmədi və Abşeron rayon Hərbi Komissarlığına gedib ki, ehtiyatda olan zabit kimi onu da müharibəyə aparsınlar. Sentyabrın 27-dən oktyabrın 7-nə qədər hərbi komissarlığa ayaq döyür, amma onu müharibəyə aparmaq istəmirlər. Daşdəmir deyirdi ki, ana, nə qədər israr etdim, gördüm məni müharibəyə aparmaq istəmirlər, axırda qapının ağzında oturdum və onlara "evə getməyəcəyəm, burda oturacağam. Mən ehtiyatda olan zabitəm, müharibəyə getməməyi öz kişiliyimə sığışdıra bilmərəm, oğullar müharibəyə gedir, şəhid olurlar, buna dözə bimirəm, məni də aparın" dedim. Daşdəmir uzun isrardan sonra müharibəyə getməyə nail oldu. Oğlum məhəlləmizdən bayraq asıb, məni gözü yaşlı qoyub müharibəyə getdi.     

Oğlum ehtiyatda olan bir zabit kimi könüllülər üzərində komandir vəzifəsinə təyin olunur. Füzuli uğrunda gedən şiddətli döyüşlərdə fəal iştirak edir, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edir". 

Ana bildirdi ki, oğlu oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. "Daşdəmir Kəlbəcərdə də döyüşüb, döyüş yoldaşlarını mühasirədən çıxarıb. Zabit olduğu üçün komandir idi. Demişdilər ki, şəhid olmayıb sağ qalsan müharibədən sonra sənə mayor rütbəsi veriləcək. Elə sevinirdi ki, Ordumuz qalib gəldi…

Oğlum mənə müharibədən məktub yazmışdı ki, ana, mən 25 yaşındakı Daşdəmir kimiyəm, özümü sağlam hiss edirəm, daha eynəyimi də atmışam. Gözü zəif idi deyə eynək taxırdı. 

Oğlum o vaxt hərbidən ehtiyata çıxandan sonra müxtəlif işlərdə çalışdı, Metropolitendə işlədi, maşın təmiri ilə məşğul oldu, ANS kanalında mühafizədə işlədi. Çox qeyrətli, namuslu oğlan idi. Şəhid övladlarımızın hamısı elə bil seçiliblər.

Sonuncu dəfə Daşdəmirlə oktyabrın 10-da danışdıq. Mən özüm Metropolitendə işləyirəm, axşam növbəsində idim, bir də gördüm mənə mesaj gəldi. Sonra da danışdıq. Dedi ana, oktyabrın 13-də ağır döyüşümüz olacaq, mənə xeyir-dua ver. Mən də dedim ki, Allah səni qorusun, gözün arxada qalmasın, dörd övladına necə baxmışamsa yenə də elə baxacağam, təki qalib olub evə salamat qayıt. 

Daşdəmir Xocalının günahsız insanlarının və general Polad Həşimovun qisasını almaq üçün müharibəyə getmişdi. O, Xocalı ilə bağlı kadrlara baxanda çox pis olurdu, bunu özünə sığışdırmırdı. Mübarizin, Fəridin şəhidliyinə dözə bilmirdi. 

Ataları şəhid olanda uşaqlar körpə idi. O, müharibəyə gedəndə demişdilər ki, ata, getmə. O da balalarına demişdi ki, mən sizi və xalqımızın bütün uşaqlarını qorumalıyam, sizin çox gözəl gələcəyiniz olmalıdır". 

Daşdəmir Paşayevin xatirəsinin əbədiləşdirilməsinə gəlincə, Məleykə ana bildirdi ki, Xırdalanda adına küçə verilib. "Çox istərdim ki, yaşadığım binaya  oğlumun xatirə lövhəsi vurulsun. Oğullarımızın xatirəsi əbədiləşdirilir. Xatirə Kitabı Redaksiyasının bu sahədə gördüyü işlər bizə təsəlli verir. Balalarımızın adı kitablara salınır, onlar yaşadılır. 

Həmişə oğlumun yolunu gözləyirəm, bəzən şəhid olduğuna heç inanmıram da. Metropolitendə işlədiyim üçün sərnişinlərin arasında oğlumu axtarıram, gözlərim hey onu gəzir. Bir cüssəli, qamətli oğlan görəndə elə bilirəm Daşdəmirdir. Axı o xüsusi təyinatlı kəşfiyyatçıdır. Deyirəm ki, o cür oğul erməni gülləsinə tuş gələ bilməz, oğlum yaşayır, kənardan mənə baxır. Hiss edirəm ki, oğlum sağdır. Daşdəmirin məzarı İkinci Fəxri Xiyanbandadır, gedib ziyarət edirəm. Elə bilirəm, o məzarda yatan o deyil, ölümünə inana bilmirəm. Mənim oğlum şəhid olanda Aynur xanımın oğlu Məhəmməd-Nadir gedib ki, Daşdəmirin nəşini ordan çıxarsın, onu da orda vurmuşdular. Mahmud adlı balamız da başqa bir şəhidi xilas etmək üçün getmişdi, onu da vurmuşdular, onun ardınca da Hüseyni vurmuşdular. Dörd oğul bir-birinin dalınca şəhid olub və nəşləri neytral zonada qalmışdı. Oktyabrın 30-da mənim oğlumun nəşini götürdülər. Noyabrın 1-də DNT analizi verdim, noyabrın 8-də DNT analizinin cavabı gəldi. Sonra 9-da dəfn etdik. Daşdəmirin kürəyində snayper simgəsi vardı. 38 yaşında gedib, amma yenə də ona "uşağım" deyirəm. Ana üçün onlar uşaqdır".

Ana deyir ki, ürəyindəki oğul yarası sağalmaz, amma bu zülmə dözməkdən başqa çarəsi yoxdur,  Daşdəmirin yadigarlarını böyütmək, ərsəyə gətirmək üçün canını dişinə tutub yaşayır.

Qəhrəman komandirin torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətlər dövlətimiz tərəfindən unudulmur. Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Bakı şəhərində anadan olan könüllü zabit, baş leytenant Daşdəmir Əlizaman oğlu Paşayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

İgid ölər, adı qalar deyib atalarımız. Torpaqlarımızı düşməndən azad edən, bu uğurda canını fəda edən, balalarını, anasını, yarını ağlar qoyan oğullar əbədi olaraq yaşayacaq. 

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ