Bazar günü günü, 08 noyabr 2026
     

Onun şəhid düşdüyü yerə “gedər-gəlməz” deyirlər - Şamil Nəcəfovun anası...

Image


Gülşən Nəcəfova: "Uşaqlıqdan hərbi sahəni çox sevirdi, hərbiçi olmaq istəyirdi, bu arzusunun da qarşısını aldım, ancaq sonradan özümü çox qınadım"

Anaların gözlərini yollar yordu, anaların ürəyini fələk qırdı. "Elə darıxıram ki. Yollara baxıram, yollar balamı qaytarar bəlkə" deyib özünə təsəlli verməyə çalışır Gülşən müəllimə. İlk övladına - Şamilə yüksək təhsil vermişdi ana. Ümid edirdi ki, Şamil ictimai həyatda sayılıb-seçilən bir vətəndaş, bir mütəxəssis olacaq. 

Şamil həqiqətən də sayılıb-seçilən oğul oldu, amma ananın arzuladığı bu deyildi. Təbii, heç bir ana balasına şəhidlik məqamı arzulamaz. Amma taleyin işidir ki, ananın oğlu canını dünyada hər şeydən artıq sevdiyi Vətəninə fəda etdi. 

Azərbaycan Ordusunun əsgəri, Vətən müharibəsi şəhidi Nəcəfov Şamil Rəfi oğlu  4 fevral 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Yardımlı rayonundandır, Abşeron rayonunun Saray qəsəbəsində yaşayıb. 2003-cü ildə 1-ci sinfə gedib, 2014-cü ildə orta məktəbi bitirib. 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsində təhsil alıb. 2018-ci ildə bakalavrı bitirib, ardınca  magistraturaya qəbul olub, 2020-ci ildə "Turizm iqtisadiyyatı" üzrə magistr dərəcəsini alıb. 

Şamil Nəcəfov 14 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib... 

"Oğlum "gedər gəlməz yol" deyilən yerdə şəhid olub"

Şəhidin anası Gülşən Nəcəfova ilə Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən təqdimat mərasimində həmsöhbət olduq. 

"Oğlum həqiqi hərbi xidmətdə idi. Gəncədə "N" saylı hərbi hissədə xidmət edirdi. Şamil əsgərlikdə olanda 44 günlük Vətən müharibəsi başladı. Oğlum oradan Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Onları Murovdağ, Kəlbəcər tərəfə aparıb. Orada döyüşüb. Topçu, baş tuşlayıcı olub. Komandiri ilə danışanda dedi ki, mən qəlpə aldığım üçün orada ola bilmədim. Sonra bir əsgərdən də soruşduq, dedi ki, mən qəlpə yarası aldım, amma Şahin sona qədər qalıb döyüşüb. Murovdağ, Kəlbəcər və Daşkəsənin arasında bir yer var, orada "gedər gəlməz yol" deyirlər, oğlum "gedər gəlməz yol" deyilən yerdə şəhid olub. Biz bunu sonradan bildik. 

2020-ci ilin oktyabr ayının 1-də Şamilin nəşini gətirdilər. Şəhid olan gecə hazırlayıb gətirmişdilər, səhər nəşini bizə  çatdırdılar. Şamil namaz qılırdı, oruc tuturdu, Allahın sevimli bəndəsi idi. Bəlkə də onun o gözəl əməlləri, Allaha bağlılığı onu mənə elə yetirdi, tərtəmiz, gül kimi idi nəşi. Gəncədə prokurorun müavini dedi ki, müəllimə, mən Şamilin namaz qıldığını bilmirdim, amma onun nəşini müsəlman qaydası ilə dəfnə hazırlatdıq". 

Gülşən müəllimə həm Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbdə, həm də Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə dərs deyir. "Şamil mənim ilk övladımdır. İki oğlum vardı, Şamil getdi...Oğlum 23 yaşında şəhidlik zirvəsinə yüksəldi. Ali təhsilli idi. BDU-da həm magistr, həm də bakalavr üzrə təhsil almışdı. 

Təsəvvür edin ki, Şamili bacardığım qədər qorumağa çalışdım. İstəmirdim getsin. Oğlum çox dərin savada malik bir gənc idi. Bütün müəllimləri onun necə savadlı olduğunu bilirdi. Dedim ki, Şamil, əsgərliyə də getmə, sən burda daha çox lazımsan. Dedi ki, yox, ana, Allah da buyurur, qanunlarımız da tələb edir, mən mütləq əsgəri xidmətə getməliyəm. Onu əsgəri xidmətdən saxlamaq istəyirdim. Amma şəhid olmazdan iki il əvvəl mənə dedi ki, ana, birdən məni əsgərlikdən saxlamaq istəyərsən, bunu heç vaxt etmə, çünki əsgərliyə gedəcəyəm. Dedi ki, mən necə lazımdır, vətənimə xidmət etmək, ona olan borcumu qaytarmaq istəyirəm. Mən onu əsgərlikdən saxlaya bilərdim, amma Şamil qəti etiraz edib "ana, bilirsən mənimlə oxuyanların hamısı hardadır? Xaricdə. Deyirsən, mən də onlar kimi olum? Sən sağsan?" dedi. Dedim sağam, qarşında oturmuşam. Dedi deməli, mən getməliyəm. Şamil belə bir vətənpərvər oğul idi. 

Birinci Qarabağ müharibəsi dövründə, bu hadisələrin törədildiyi vaxtlarda ali məktəbin sonuncu kursunda oxuyurdum. O dövrdə istəyirdim ki, qızları da məcburi şəkildə müharibəyə aparsınlar, özüm də döyüşmək arzusunda idim. Deyirdim ki, heç olmasa bir erməni əsgəri öldürüb qızlarımızın, qadınlarımızın, körpələrimizin qisasını alım. Bizim evdə sonradan da belə söhbətlərimiz çox olurdu. Sonralar özümü qınadım ki, mən niyə belə söhbətlər edirdim ki, Şamil də bu söhbətlərə istinad edib belə bir tərbiyə aldı. Biz onu vətənpərvərlik ruhunda böyütdük".

Oğlunun şəhid olarkən subay olduğunu deyən ana bildirdi ki, nişanlısı olmasa da, amma istədiyi, əhd-peyman bağladığı bir qız vardı: "Fikri vardı ki, əsgərliyə gedib gəlsin və əhd-peyman bağladığı qızla evlənsin, işi olsun. Amma Şamilin bu arzusu da çox təəssüf ki, gözündə qaldı, həyata keçmədi. 

Amma Şamili yaşadırıq, xatirəsi əbədiləşdirilir, məktəblərdə siniflərə adı verilib. Saray qəsəbəsində Şamilin adına küçə var, böyüdüyü küçə onun adını daşıyır. Xatirə Kitabı Redaksiyası da Şamil kimi oğulların xatirəsini kitablarda əbədiləşdirir. 

Yeri gəlmişkən, bir arzumu demək istəyirəm. Şamil kimi yüksək təhsil almış bir oğulun Vətən uğrunda son damla qanına qədər vuruşmağı, bu yolda şəhidlik mərtəbəsinə yüksəlməyi gənc nəslə çox gözəl bir örnəkdir. Şamil kimi oğullar haqda  dərsliklərdə, kitablarda məlumatlar versələr, onların qəhrəmanlıq yolu, eyni zamanda savadı, biliyi barədə söhbət açsalar bu yaxşı olar. Gənc nəsil Şamil kimi oğulların həyatını oxuyub və onların yolu ilə gedə bilərlər. Bu çox gözəl olardı. Eyni zamanda Şamil kimi oğulların adlarının məktəblərə, bağçalara verilməsi çox müsbəöt olardı. Uşaqlar biləndə ki, bəli, bu məktəb filan şəhidin adını daşıyır, onlar o şəhidin həyatını öyrənərlər. 

Şamil həqiqətən də çox dərin uşaq olub, bütün sahələrdə nümunə göstərilib. O məktəbdə yeganə şagird idi ki, bütün müəllimlər ondan çox razı idilər. Oğlumun oxuduğu Sumqayıt şəhər 34 saylı məktəbin riyaziyyat müəlliməsi Dürdanə müəllimə deyirdi ki, qurban olum Şamilə, hər zaman üzümü ağ edir. Şamil bilik olimpiadalarında iştirak edib və həmişə yüksək yer tutub. Hamının sevimlisi idi. İstər evdə, istərsə də məktəbdə Şamil qeyri-adi uşaq idi. İnandırım ki, atası "Şa" deyən kimi Şamil onun nə istədiyini bilirdi və yerinə yetirirdi. Bax, belə uşaq idi. Heç kəsi incitməzdi, hamıya kömək göstərməyə çalışardı, əlindən gələni canla-başla edirdi. Kənardan bir az zəhmli görünərdi, amma daxilən o qədər yumşaq idi, ürəyi ipək kimi idi. Çox xeyirxah idi. 

Şamil gözəl salto vururdu. Qorxurdum, deyirdim ki, anan qurban, ehtiyatlı ol. Onu güləşə qoydum. Müəllimi deyirdi ki, Şamilin idmançı üçün lazım olan güclü ayaqları var, onun çox yaxşı gələcəyi olacaq. Bir gün gördüm ki, mənə "ana, mən bilirəm, gələcəkdə kim olacam. Daha qərara gəlmişəm" dedi. Dedim, kim olacaqsan? "İdmançı olacağam, çempion olacağam" dedi. Evdə çox vaxt xalası ona çempion deyirdi. Dedim ki, yox, Şamil, sən daha idmana getməyəcəksən, çünki çox savadlısan. Həmçinin uşaqlıqdan hərbi sahəni çox sevirdi, hərbiçi olmaq istəyirdi, bu arzusunun da qarşısını aldım, ancaq sonradan özümü çox qınadım. Fikirləşdim ki, bəlkə hərbiçi olsaydı müharibədə özünü düşməndən daha yaxşı müdafiə edərdi, həyatda qala bilərdi. Bilmirəm, səhv etmişəm, düz etmişəm? Amma sonra deyirəm ki, Şamilin alnına şəhidlik yazılmışdı, onsuz da o, bu zirvəyə ucalacaqdı". 

Bildirək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Nəcəfov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Nəcəfov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Ana deyir ki, təsəllisi oğlundan qalan uca şəhidlik adıdır. Bu adın heç zaman silinməyəcəyini deyən Gülşən müəllimə bildirir ki, Şamil kimi oğulların həyat və döyüş yolu təbliğ olunmalıdır, çünki gənclərimiz onlardan nümunə götürüb Vətənimizi qoruya bilərlər. 

Dörd ildir şəhid anasının gözlərinin yaşı qurumur ki, qurumur. Şamilini gözləyir, xəyallarında oğluna qovuşur, onunla söhbət edir, tövsiyələrini verir. Deyirlər ki, ən böyük müəllim anadır. O bir ana kimi oğlunu çox yüksək səviyyədə yetişdirib və Vətənə bəxş edib. 

"Gedər gəlməz yolun" yolçusu Şamil Nəcəfov elə bir zirvəyə ucalıb ki, ora çox müqəddəsdir, əzizdir. Bizlər o zirvəyə böyük sevgi və minnətdarlıq hissi ilə boylanırıq. 

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ