Bazar günü günü, 08 noyabr 2026
     

Şəhid əmisi Milli Qəhrəman idi, özü kəşfiyyatçı kimi şəhid oldu - Anası Aynur xanım...

Image


Aynur Rzayeva: "Əmisinin şəhid olduğu Füzuli bölgəsində 26 il sonra Məhəmməd-Nadir də şəhid oldu"

Sən gedəli dörd il oldu, ay oğul! Bir ananın dörd il bu ayrılığa, hicrana dözməsinin nə demək olduğunu bu ağrını çəkənlər bilər. 

Oğul, oğul, deyib gözlərəm hər gün

Gəlməzsən, yolların bağlıdır balam! 

Dörd bahar, dörd yay, dörd payız, dörd qış ötür bu hicranın düşdüyü gündən. Amma Aynur xanım hələ də inana bilmir ki, oğlu bir daha evinə, ocağına qayıtmayacaq. Hər gün gözləri yol çəkir. Ana ümidi heç zaman ölmür axı.

Bu dəfə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçısı, 44 günlük Vətən müharibəsində şəhid olmuş Məhəmməd-Nadir İlqar oğlu Rzayevin qısa, amma zəngin mübarizə örnəkləri ilə dolu ömürlüyünə yol salacağıq. 

O, 18 noyabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. 2001-2012-ci illərdə Sumqayıt şəhər 17 saylı tam orta məktəbdə təhsil alıb.

Məhəmməd-Nadir Rzayev 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətə yollanıb. O, 2014-cü ildən artıq Xüsusi Təyinatlı Dəstələrin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd-Nadir Rzayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşaraq şücaətlər göstərib.

Məhəmməd-Nadir Rzayev 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məhəmməd-Nadir Rzayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

"Mən də bir şəhid anası kimi oğlumun qəhrəmanlığı ilə fəxr edirəm"

Əvvəlcədən deyək ki, Məhəmməd-Nadirin anası Aynur xanımla Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən təqdimat mərasimində həmsöhbət olduq. 

Məhəmməd-Nadir əmisi, Milli Qəhrəman Nadir Rzayevin adını daşıyıb. Nadir  Birinci Qarabağ müharibəsində şəhid olduqdan sonra Rzayevlər ailəsində bir oğul da dünyaya gəlib, ailə deyib ki, Tanrı bir oğulu bizdən aldı, amma əvəzinə başqa bir oğul verdi. Körpəyə igid əmisinin adı verilir. Amma onlar nə biləydilər ki, Uca Tanrı Nadir əmisinin taleyini də bu körpəyə yazıb. "Oğlum 44 günlük Vətən müharibəsində şəhid olub. Məhəmməd-Nadir 18 noyabr 1994-cü ildə doğulub. 1994-cü ilin yanvarında da qaynım şəhid olub. Oğlum şəhid əmisi Nadir Rzayevin adını daşıyrdı. Yəni oğlum əmisi şəhid olandan sonra dünyaya gəlib. Şəhid əmisinin adını qoyduq, onunla eyni taleyi də yaşadı. Əmisinin şəhid olduğu Füzuli bölgəsində 26 il sonra Məhəmməd-Nadir də şəhid oldu. Yəni əmisinin taleyini yaşayıb, hər iki qəhrəman eyni amal uğrunda eyni bölgədə şəhidlik zirvəsinə yüksəlib". 

Oğlunun Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı olduğunu deyən Aynur Rzayeva  onun necə şəhid olmasından danışarkən bildirdi ki, Məhəmməd-Nadir şəhid olan döyüşçü yoldaşının nəşini götürmək üçün irəli gedib. "İlk dördlükdə onlar postun alınmasında iştirak ediblər. Yoldaşlarından biri orda şəhid olub, o, döyüş yoldaşının nəşini çıxarmaq üçün irəli gedib. Həmin vaxt da "geri çəkil" komandası verilib, o, neytral zonada sağ olaraq qalıb, geri qayıda bilməyib.

17 gündən sonra bildik ki, oğlumuz qəhmancasına şəhid olub. Orada şəhadətə ucalan dörd oğuldan biri mənim oğlum olub. Onu axtarmaq üçün Füzuli bölgəsinə yollandım, orda nəməlum şəhidlərin içində oğlum tanındı. Mənim oğlumun kürəyində bayraq simgəsi olub, ondan tanındı. Onun necə qəhrəman olduğu bundan da bilinir, bu onların qəhrəmanlığını sübut edir. Mən də bir şəhid anası kimi oğlumun qəhrəmanlığı ilə fəxr edirəm. Qürur duyuram ki, oğlum 44 günlük müharibədə canını Vətən uğrunda fəda edib və Azərbaycanı qalib ölkə olaraq tanıdıb. Ona görə də, bir ana kimi onunla qürur duyuram və onun qəhrəmanlığı ilə təsəlli tapıram".

Oğlunun adının əbədiləşdirildiyini deyən ana qeyd etdi ki, yaşadıqları Corat bağlarında oğulunun adı əbədiləşdirilib, ona abidə qoyulub. "Mənə elə gəlir ki, şəhidlərimiz əbədi olaraq yaşayır. Özümüz də, xalqımız da, dövlətimiz də onların əbədi yaşaması üçün əlimizdən gələni edəcəyik". 

Məhəmməd-Nadir şəhid olsa da, onun adı ilə anası əbədi olaraq qürir duyur. Oğlunun 7 il idi ki, hərbidə  xidmət etdiyini deyən ana bildirdi ki, o, peşəkar hərbiçi kimi qar-yağış demədən ucqar ərazilərimizdə Vətəni qoruyub. "Oğlum kəşfiyyatçı, rabitəçi və Xüsusi Təyinatlı idi"-deyə ana bildirdi. 

İllər keçəcək, amma Məhəmməd-Nadir kimi oğullar unudulmayacaq, bu xalqın yaddasında əbədiyyən yaşayacaq. Vətən o oğulları heç vədə unutmur!

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ