Bazar günü günü, 08 noyabr 2026
     

3-4 yaşlı uşaqlara təhsil vermək? - Kəskin müzakirə var...

Image


"Elm və Təhsil Naziriliyinin gördüyü ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbə hazırlığa cəlb olunmasıdır. Biz ilkin nəticələri 10-15 ilə, real nəticələri, iqtisadiyyata verilən nəticələri isə 25 və ya daha çox ilə görürük. Düşünürəm ki, bunlar uzunmüddətli vaxta görülən işlərdir. Biz Elm və Təhsil Nazirliyi olaraq inanırıq ki, məktəbə hazırlıq üçün olan nəticələri, ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək" - bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı II beynəlxalq konfransda deyib. Nazir bildirib ki, qarşıda olan digər çağırış isə məktəbə hazırlıqda 3-4 yaşı əhatə etməkdir.

Nazirin 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma fikri ictimaiyyət arasında narazılığa səbəb olub. Məlumdur ki, qeyd edilən yaşda olan uşaqların əksəriyyəti özü özünü sərbəst idarə edə bilmir, hətta bəziləri düzgün danışa belə bilmir. Belə olan halda 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması nə dərəcədə düzgündür? Ümumiyyətlə, 3-4 yaşlı uşaqlara necə yazma-oxuma öyrədəcəklər?

Elçin Bayramlı: "Məktəbəqədər tədris maksimum 6 yaşdan başlaya bilər, o da yüngül formada olmalıdır"

Sosioloq Elçin Bayramlı hesab edir ki, bu addım yolverilməzdir: "Belə bir şey nə məntiqi, nə bioloji, nə də psixoloji olaraq mümkündür. Onsuz da uşaqları həddən artıq yükləmişik. Yaşlarına uyğun olmayan tədris proqramı ilə beyinlərini xarab etmişik. Dünyanın normal ölkələrində tədris proqramı 7 yaşdandır. Ümumiyyətlə dünya pedaqoqlarının, alimlərin çıxışlarında dəfələrlə qeyd olunub ki, 6 yaşlı uşağın beyni müasir tədris proqramını götürməyə qadir deyil. Qəti şəkildə bu yolverilməzdir. Mən hətta 6 yaşdan da uşağın məktəbə getməsinin əleyhinəyəm. Məktəbəqədər tədris isə maksimum 6 yaşdan başlaya bilər. O da yüngül formada olmalıdır. Ümumiyyətlə, məktəbəqədər tədris deyə bir şey yoxdur. Belə bir şey lazım deyil. Uşaq 1-ci sinfə niyə gedir? Hərfləri, rəqəmləri öyrənməyə. Sən bunu məktəbdən əvvəl öyrədəcəksənsə, bəs 1-ci sinifdə nə öyrətmək fikrindəsən? Bunlar 1-ci sinifdən uşaqları yükləyir. İki-üç dil keçirlər. Məsələn, faktiki olaraq rus sektrounda oxuyan uşaqlar eyni zamanda rus, azərbaycan və ingilis dili keçir. Eyni zamanda informatika keçir. Bu, ağlasığmaz bir dəhşətdir. Konkret psixioloji terrordur şagirdlərə qarşı. Belə bir şey yolverilməzdir. Məktəbəqədər tədris ləğv olunmalıdır. Bunun əvəzinə uşaqlar bağçaya cəlb olunmalıdır. Bağçaların sayı artırılmalıdır. Uşaqlar məktəbə bağçada hazırlaşmalıdır. Uşaqların təbii bioloji inkişaf prosesi var və yalnız 7 yaşdan onların beyni tədris proqramını qəbul edir. 3-4 yaşdan bunu etmək mümkünsüzdür. Bu hal yolverilməzdir. Valideynlərə tövsiyə edirəm ki, uşaqlarını 7 yaşdan aşağı olduğu halda məktəbə göndərməsinlər".

Kamran Əsədov: "3 yaşlı uşaqların təhsilə cəlb olunması üçün ölkədə məktəbəqədər təhsilin əhatəliliyi hələ də aşağıdır"

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki,  3 yaşlı uşaqların təhsilə cəlb olunması üçün ölkədə məktəbəqədər təhsilin əhatəliliyi hələ də aşağıdır: "3 yaşlı uşaqların məktəbə başlaması məsələsi təhsil sistemində bir sıra mürəkkəb suallar yaradır və müxtəlif istiqamətlərdən təhlil tələb edir. İlk növbədə, 3 yaşında olan uşaqların fiziki və psixoloji inkişaf xüsusiyyətləri ilə hazırkı məktəbəqədər tədris proqramlarının uyğunluğu məsələsi önə çıxır. Bu yaşda uşaqların diqqəti çox qısa olur və onların əsas marağı oyun, sosial ünsiyyət üzərində qurulur. Bu səbəbdən, formal təhsil proqramlarının tətbiqi onların təbii inkişafını ləngidə bilər. Azərbaycan təhsil sistemində 3 yaşlı uşaqların təhsilə cəlb olunması üçün mövcud imkanların vəziyyətinə nəzər saldıqda, məlum olur ki, ölkədə məktəbəqədər təhsilin əhatəliliyi hələ də aşağıdır. 2019-cu ilin məlumatlarına əsasən, 2-5 yaşlı uşaqların yalnız 28,5%-i məktəbəqədər təhsilə cəlb olunub. Bu göstərici sistemin erkən yaş qrupunda təhsil almaq istəyənlər üçün kifayət qədər hazırlıqlı olmadığını göstərir. Məktəbəqədər təhsil müəssisələrinin azlığı, kadr çatışmazlığı və infrastruktur problemləri bu prosesin qarşısında duran əsas maneələrdir".

Ekspertin fikrincə, hazırda 6 yaşlı uşaqlar üçün istifadə edilən proqram dəyişməz şəkildə tətbiq olunarsa, bu, böyük problemlər yaradacaq: "6 yaşlı uşaqların proqramı daha mürəkkəb və akademik məzmunludur, halbuki, 3 yaşlı uşaqlar üçün oyun əsaslı və inkişafetdirici yanaşmalar daha uyğundur. Beynəlxalq təcrübəyə nəzər yetirdikdə, Finlandiya, İsveç və Estoniya kimi ölkələrdə məktəbəqədər təhsilin 3 yaşdan başladığını, lakin bu mərhələdə əsasən oyun və sosial ünsiyyətin inkişafına fokuslandığını görürük. Formal təhsil bu yaş qrupunda tətbiq edilmir, əksinə, təbii öyrənmə prosesləri dəstəklənir. Azərbaycanda bu yanaşmanın tətbiqi üçün ciddi struktur dəyişiklikləri və əlavə investisiyalar tələb olunur. İlk növbədə, bu yaş qrupu ilə işləyə bilən ixtisaslı pedaqoqlar hazırlanmalıdır. Onların uşaqların psixoloji və emosional ehtiyaclarını dərk etməsi vacibdir. Bundan başqa, məktəbəqədər təhsil müəssisələri uşaqlar üçün təhlükəsiz, əyləncəli və yaradıcı mühit təmin etməlidir".

Həmsöhbətimiz onu da əlavə etdi ki, 3 yaşlı uşaqların sosial bacarıqlarının formalaşması və inkişafı əsasdır. Uşaqlarda erkən yaşdan sosiallaşma bacarıqlarının inkişafı yalnız düzgün proqram və metodologiya seçildiyi halda effektiv ola bilər. Əks halda, 3 yaşlı uşaqların fikri və enerjisi məcburi tədris proseslərinə yönəldilərək onların oyun ehtiyacları nəzərə alınmasa, bu, mənfi nəticələrə səbəb ola bilər".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ