Bazar günü günü, 08 noyabr 2026
     

Jurnalist - tələbə ikən əsgərliyə getdi, kəşfiyyatçı kimi şəhid oldu - Sədərəkli şəhid Niyaməddin Ələkbərovun anası danışır...

Image


Dörd il necə gəlib keçdi, ananın xəbəri olmadı. Günlər, aylar bir-birinə bənzədiyindən, günü oğul yolu gözləməklə keçdiyindən, Xavər ana zamanın necə keçdiyini bilmir də. Elə qulağı səsdədir, "birdən Niyaməddin gələr" ümidilə yaşayır. 

44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun baş giziri Ələkbərov Niyaməddin İsrafil oğlunun anası Xavər Ələkbərovanın oğul yarası hər gün qanayır…

Xavər ana deyir ki, Niyaməddin 12 iyul 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub.  

3 yaşında olarkən ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçən qəhrəmanımızın uşaqlığı bu şəhərdə keçib. Niyaməddinin sağlam, yaraşıqlı, ağıllı, cüssəli uşaq olduğunu deyən Xavər ana qeyd edir ki, oğlunun əlindən gəlməyən iş olmayıb. "Uşaqlıqdan çox qaynar, aktiv, cəld, cəsur, cəsarətli olub. Yaxşı futbol oynayırdı, əla futbolçu idi. Orta məktəbdə də, məhəllədə də, universitetdə də hamı onu yaxşı futbolçu kimi tanıyırdı. Niyaməddin futbolçu olmaq istəyirdi, amma biz istəmirdik, ona görə də onu futboldan ayırdıq, oxumağa yönəldirdik. O qədər gözəl futbol oynayırdı ki, onun zərbəsinin qarşısında heç kim dura bilmirdi. Top Niyaməddində idisə hər kəs geri çəkilirdi ki, top ona dəyməsin. Çox qoçaq uşaq idi".

İbtidai təhsilini Sumqayıt şəhər 32 saylı Texniki və humanitar liseydə alıb, 5-ci sinifdən 35 saylı tam orta məktəbdə təhsilini davam etdirib və bu məktəbin məzunu olub. Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub: "Ora qəbul oldu, amma diplomunu ala bilmədi. Bunlar iki il yarımdan sonra imtahan verib   ixtisas seçimi edibdilər, oğlum ixtisas seçimində diktorluğu qazanıb, amma diktor olmaq ona nəsib olmadı. Diktorluq Niyaməddinə çox yaraşardı, səsi də, diksiyası da çox gözəl idi". 

Oğlunun həqiqi hərbi xidmətə getdiyini deyən ana bildirdi ki, o, Ağdamın Qərvənd kəndində xidmət edib, xidmətdən qayıdandan bir neçə ay sonra yenidən hərbiyə qayıdıb, hərbidə işləyə-işləyə kurslara gedib və baş gizir rütbəsinə qədər yüksəlib. Oğlunun kəşfiyyatçılıq kurslarını bitirdiyini qeyd edən ana vurğuladı ki, o, əvvəlcə MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) olub, sonra gizir, ondan sonra isə baş gizir olaraq Beyləqan rayonunda yerləşən N saylı hərbi hissənin kəşfiyyat alayının komandiri vəzifəsini daşıyıb. Niyaməddinin 11 il hərbidə işlədiyini deyən ana bildirdi ki, oğlu Ağdam, Naftalan, Tərtər   rayonlarında, son iki il yarımda isə Beyləqanda xidmət edib.

Niyaməddin Azərbaycan Ordusunun "Ən yaxşı kəşfiyyat birliyi" adı uğrunda keçirilən yarış zamanı I yerin əldə edilməsində göstərdiyi səy və bacarığına görə fəxri fərmana layiq görülüb.    

Ana deyir ki, müharibə başlayanda, döyüşlər gedəndə, oğlu qızğın döyüşlərin ortasında olanda belə, ondan müharibədə olduğunu gizlədib. "Nə vaxt zəng vursam, ya yoldayam, ya işdəyəm, ya da evdəyəm deyirdi. Müharibə bir həftə idi başlamışdı. Amma Niyaməddin mənimlə danışanda deyirdi ki, təlimdəyik. Səsi zəif gəlirdi, yorğun gəlirdi, "niyə belə danışırsan" deyirdim, deyirdi ki, təlimdəyik. Halbuki, kənardan səs-küy gəlirdi, amma təlimdə olduğunu deyirdi. Amma demə ki, müharibədə imiş, gizlədirdi. Deyirdim ki, ay Niyaməddin, deyirlər sentyabrın 27-də müharibə başlayıb. Deyirdi ki, ana, müharibə Qarabağda gedir, burada getmir. Belə sözlərlə məni ovudurdu. Demə ki, müharibənin ən qaynar nöqtəsində imiş balam. Füzulidə idi, ən çətin döyüşlərdən biri orda oldu, "Ohanyan səddin"i alanda.  Bunlar Füzulidə olublar, sonra Füzuli ilə Hadrutun arasında döyüşüblər, orda "İlandağ" deyilən yerdə şəhid olub. Axşamdan hücum edib postu alıblar və işıqlaşana qədər orda qalıblar. Birinci Niyaməddin çölə çıxıb ki, kəşfiyyat aparsın, nə olub-olmadığını yoldaşlarına desin. Postdan çıxıb irəliyə iki addım atan kimi oğlumu snayper vurub. Sonra da həmin yeri minamyot atəşinə tutublar. Bir neçə əsgər, zabit şəhid olub. Briqada komandiri Orxan Əkbərov da orda şəhidliyə ucalıb. Ona Vətən Qəhrəmanı adı verildi. Niyaməddin Orxan Əkbərovla bir yerdə şəhid olub".

Oğlunun eyni zamanda Aprel müharibəsinin iştirakçısı olduğunu da deyən ana bildirdi ki, o döyüşlərdə də oğlu böyük şücaətlər, igidliklər göstərib. "Aprel döyüşlərində yaralanmışdı, amma bizə bu barədə heç nə deməmişdi. Qoluna, qıçına, üzünə, qulağına qəlpələr dəyib. Yaralandığı üçün üç ay evə gəlmədi, deyirdi ki, təlimdəyəm, üç aydan sonra gəldi. Gələndə gördüm ki, qolunda, müəyyən yerlərində dərin cızıqlar, yara yerləri var. Soruşdum ki, nə olub, elə bil bıçaq izidir, dedi ki, kolun üstünə yıxılmışam tikanlar cızıb. Aprel döyüşündə onun komandiri Raqub Orucov olub, onunla birgə döyüşüblər. Raqub Orucov Niyaməddinin yanında şəhid olub". 

Aprel döyüşlərində fəal iştirakına görə komandiri tərəfindən mükafatlandırılıb, fəxri fərmanla təltif edilib. 

Şəhid olanda oğlunun 32 yaşın içində olduğunu deyən ana bildirdi ki, Niyaməddin subay idi və onu evləndirməyə hazırlaşırmışlar, amma əcəldən macal olmayıb, ananın bu arzusu da ürəyində qalıb. 

"Mən oğlunu nəinki gözləyirəm, hətta hər gün ona zəng vururam, telefonuna zəng çatmır. Üstündə üç telefonu vardı və heç biri bizə gəlib çatmadı. Bilmirəm, döyüşdə itdi, yoxsa harasa düşüb qaldı. Ona görə də, Niyaməddinin döyüş yolu barədə ancaq başqalarından eşidirik. 

Sonuncu dəfə zəng edəndə səsini tanımadım. Səs tanış gəlirdi, amma səsi aydınlaşdıra bilmədim. Yəni səsi tamam dəyişmişdi. Evdə vəziyyəti, atasını, qardaşını, bacılarını soruşanda bildim ki, odur. Dedim ay Niyaməddin, sənsən? Dedi hə, ana, mənəm. Dedim niyə elə danışırsan? Çünki səsi çox uzaqdan gəlirdi. Dedim niyə elə danışırsan? Dedi ki, soyuqlamışam. Evdən kəklikotu, yarpız filan aparmışdı. Dedim ki, dəmlə özün də iç, uşaqlara da ver, özünüzdən muğayat olun, yaş yerdə oturmayın. Mən nə bilim ki, döyüşünün ortasından, odun-alovun içindən danışır. Sonda dedi ki, ana, özünüzdən muğayat olun. Dedim, bizə evdə nə olasıdır ki, siz özünüzdən muğayat olun. Heç elə şərait yaratmadı ki, onun müharibədə olduğunu anlayım.     

Niyaməddin Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub, məzarı başdan beşincidir". 

Oğlunun oktyabrın 2-də şəhid olduğunu və oktyabrın 3-də dəfn olunduğunu deyən ana bildirdi ki, Niyaməddin şəhid olandan sonra atası da dünyasını dəyişib: "Yoldaşım oğlumun şəhid olmasına dözə bilməyib infarkt keçirdi və həyatını itirdi.

Şəhid anası olmağın çox ağır dərddir. Övlad itkisi heç bir itki ilə bərabər deyil. Dörd övladım vardı, iki qızım, iki oğlum. Üçüncü övladım idi Niyaməddin".

Niyaməddinin xatirəsinin əbədiləşdirilməsi məsələsinə gəlincə, ana dedi ki, Sumqayıtda bir küçə ayrılıb, amma orda tikinti getdiyi üçün hələ xatirə lövhəsi vurulmayıb, hələ abidəsi, bulağı inşa olunmayıb. Ana deyir ki, hələ gözləyirlər, inişallah oğlunun xatirəsi əbədiləşdiriləcək…

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən Niyaməddin Ələkbərov vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Ana hər gün gözləyir, oğul, hardasan deyir

Balası gəlmək bilmir, yollarımı bağlıdır?

Yəqin balası bilir, ananın gözü yaşlı,

Ürəyi qəm evidir, sinəsi də dağlıdır.

Bir şəhidimizin də qəhrəmanlıq öygüsünü sizə çatdırdıq. Hər bir şəhid qəhrəmandır! Hər bir şəhid bu torpağın bir parçasıdır. Onların anaları, ataları isə bizə şəhid əmanətidir! 

Bəy gərdəyi qurulmayan

Bir igiddir Niyaməddin

Anası heç inanmır ki

Bir şəhiddir Niyaməddin!

 

Deyir, gözlərəm yolunu, 

Gəlməz gedənim, ağlaram!

Balası ölən anayam

Başıma qara bağlaram… 

Azərbaycan Ordusunun baş giziri, peşəkar kəşfiyyatçı, snayper gülləsinə tuş gələrək şəhid olan Niyaməddin Ələkbərovun yeri, məkanı ürəklərdir. Ruhun şad olsun, şəhid Niyaməddin!

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ