Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə "Azəriqaz" İB məlumat yayıb. Məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə İ.Qutqaşınlı, K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z.Xəlilov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mətləb