Bazar günü günü, 08 noyabr 2026
     

İtkin sayılırdı, 32 il sonra nəşi tapıldı, məlum oldu ki, Ağdərədə şəhid olub - bacısı danışır...

Image


Gülçöhrə Abdullayeva: "2024-cü il sentyabrın 7-də bizi Dövlət Təhlükəsizlik Xidmətinə çağırdılar, dedilər ki, Ağdərənin Sırxavənd kənd qəbiristanlığından qardaşınızın nəşi tapılıb"

Gülçöhrə xanım düz 32 il itkin düşən qardaşının həsrətilə yaşayıb, illərlə qardaşı Səfəralıdan bir xəbər bilmək üçün döymədiyi qapı, getmədiyi yer qalmayıb, qardaşının döyüşdüyü və itkin düşdüyü Ağdərəyə qədər gedib çıxıb. Qardaş sorağı ilə yaşayıb illər boyu. 

Qardaş həsrətilə yanıb kül olub Gülçöhrə xanım. 44 günlük Vətən müharibəsində şanlı ordumuzun, igid oğlanlarımızın misilsiz qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildikdən sonra günlərin birində məlumat aldı ki, itkin kimi illərlə xəbərini gözlədiyi qardaşı ana Vətən uğrunda şəhid olub.

Mədəniyyət Nazirliyi  Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidmətinin əsir və itkin düşmüş, girov götürülümüş vətəndaşlarıa əlaqədar Dövlət Komitəsi ilə birlikdə dörd cilddən ibarət xüsusi buraxlış ərsəyə gətirib. Azərbaycan və ingilis dillərində olan nəşrdə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımız barədə məlumat öz əksini tapıb. Bu nəşrin VI cildində Səfərov Səfəralı Allahverdi oğlu barədə də məlumat öz əksini tapıb, o burda itkin kimi qeyd olunub. Taleyin işinə bax ki, adı itkinlər sırasında olan Səfəralı Səfərovun şəhid olduğu sonradan məlum olub.

Səfəralı Səfərovun bacısı Gülçöhrə Abdullayeva ilə Respublika Kitabı Redaksiyasında görüşüb söhbətləşdik.

"32 ildən sonra qardaşımın nəşinin tapılması bizə böyük təsəlli oldu, gözlərimiz yollardan yığıldı"

"Biz əslən Qərbi Azərbaycandan, Qafan rayonunun Darvuz kəndindənik. Qardaşım 1992-ci ildə həqiqi hərbi xidmətə çağırıldı. Gəncədə andiçməsi oldu. Səfəralı nümunəvi əsgər olduğu üçün komandiri bir həftəliyinə onu evə buraxmaq istəyib. Lakin ailəmizin maddi durumu çox ağır olduğu üçün evə gəlmək istəməyib. Anamgil Qərbi Azərbaycandan köçkün düşdüyü üçün vəziyyətləri çox ağır idi. Amma mən Bakıda yaşayırdım. Qardaşımı Gəncədən Ağdərəyə aparıblar. Çünki həmin vaxt Ağdərədə ağır döyüşlər gedirdi. Amma biz təxminən üç ay Səfəralıdan heç bir məlumat ala bilmədik. 1992-ci il sentyabrın 29-da Sumqayıt Hərbi Komissarlığından gəlib anama deyiblər ki, oğlunuz hərbi hissədən qaçıb. Anam deyib ki, mənim oğlum qaça bilməz. O xəbəri alandan sonra mən özüm, eləcə də bütün ailə üzvlərimiz çox ağır sarsıntı keçirdik. Bu xəbər hamımızın belini qırdı. Sonra qardaşımı axtarmağa başladıq. Dəfələrlə Ağdərəyə getdik, Qırmızı Xaça getdik. Burdan Beynəlxalq Qırmızı Xaç Komitəsinə azərbaycanlı əsirlərlə bağlı məktub yazırdım, amma o məktublara qardaşımın adını yazmırdım ki, birdən qardaşım əsir düşər ona bir şey etməsinlər. Öz adımı yazırdım ki, qardaşım adımı görsün, bilsin ki, onu axtarırıq. Amma uzun illər heç yerdən məlumat əldə edə bilmirdik..." 

Gülçöhrə xanım deyir ki, Prezidentin qərarından sonra o da, qardaşları da gedib DNT analizi veriblər. "Biz iki bacı dörd qardaş idik. Atamızı erkən itirmişik, 1978-ci ildə dünyasını dəyişib. Anam da 2014-cü ildə rəhmətə getdi. Çünki o qədər başına döyüb ağladı ki, qulağının pərdələri deşildi, infarkt keçirdi, oğul həsrətilə dünyasını dəyişdi. 

Biz DNT analizi verdik. Müharibə bitəndən, torpaqlarımız azad edildikdən sonra məlumat almaq üçün Dövlət Təhlükəsizlik Xidmətinə zəng etdim ki, Ağdərə istiqamətində axtarışlar gedir, qardaşımdan bir xəbər bilmək istəyirəm. Mənim zəngimdən bir ay sonra Dövlət Təhlükəsizlik Xidmətindən zənglər gəlməyə başladı, bizdən qardaşım haqda məlumatları soruşdular, analiz verib-verməməyimizi soruşdular və sair. 2024-cü il sentyabrın 7-də bizi Dövlət Təhlükəsizlik Xidmətinə çağırdılar, dedilər ki, Ağdərənin Sırxavənd kənd qəbristanlığından qardaşınızın nəşi tapılıb. Dedilər ki, bir az şanslısınız, qardaşınızın sümükləri 90 faiz analizə tabe olur, çünki sümüklər bütövdür, parçalanmayıb.  

Ailəmiz qaçqın düşəndə Sumqayıtda məskunlaşdığı və qardaşım da 1992-ci ildə Sumqayıt Hərbi Komissarlığından həqiqi hərbi xidmətə getdiyi üçün ailə olaraq məsləhətləşdik ki, qardaşım Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunsun. Biz ən çox cənab Prezidentə təşəkkür edirik ki, o itkin düşənlərin ailə üzvlərindən DNT analizi götürülməsi barədə qərar  verdi. O qərar olmasaydı biz öz qardaşımızın şəhid olduğu haqda məlumat ala bilməzdik, itkin kimi yolunu gözləyərdik. Prezidentin bu qərarı bizim 32 illik intizarımıza son qoydu. 

Mən həmçinin Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə böyük təşəkkürümü bildirirəm ki, o,  qardaşımın yas mərasiminin keçirilməsinin bütün xərclərini qarşıladı. Çünki bizim ailə durumumuz çox ağır idi və biz qardaşımın məclisini istədiyimiz kimi keçirə bilməzdik. Amma o, bizim 500 nəfərlik məclisimizi yaxşı səviyyədə keçirdi, bizim arxamızda durdu...

32 ildən sonra qardaşımın nəşinin tapılması bizə böyük təsəlli oldu, gözlərimiz yollardan yığıldı. 

Düzdür, bilirdim ki, həyatda yoxdur, amma yenə də ümidimi kəsmirdim, möcüzə gözləyirdim. Böyük bacıyam və təbii, ağırlıq da mənim çiynimə düşür. Qardaşımın nəşini bizə bir az gec verdilər, günüm ağlamaqla keçirdi, şəhid olduğu xəbəri mənim qaysaq tutmayan yaramı bir daha qanatdı. Əslində, o yara heç sağalmamışdı da.

Qardaşımın itkin düşdüyü, yaxud şəhid olduğu haqda məlumat almaq üçün üç-dörd dəfə Ağdərəyə getmişdim. O vaxt Ağdərəni bir neçə dəfə bizimkilər geri aldı, sonra yenə işğal olundu. Qardaşımın 18 yaşı vardı. Onun Ağdərədə komandiri Ağakişiyev olub. Ermənilərin çox böyük hücumları olurmuş və komandirləri də bunlara əmr verib ki, biz döyüşə girməliyik. Bunlar 45 cavan oğlan olublar. Həmin vaxt komandirin ayaqları həyəcandan tutulur və komandir geri dönür, o 45 nəfər də orda başsız qalır. Qızğın döyüşlər gedib və qarışıqlıq olub, o vaxt necə olubsa mənim qardaşımın silahı başqa bir əsgərdə gedib. Biz Ağdərəyə gedəndə o oğlan dedi  ki, Səfərov Səfəralının silahı məndədir, amma Səfəralı döyüşdədir. Səfəralı qranatamyot atırmış. Məni qoymadılar, amma yoldaşım döyüş bölgəsinə getdi, ratsiya ilə xəbər verdilər ordakı komandir gəldi, sonra həmin oğlan da ora qayıtdı. Siyahıya baxdılar ki, döyüşə kimlərin getdiyini bilsinlər, orada mənim qardaşımın adı yox idi. 

Sonra bizə dedilər ki, qardaşımın nəşi kənd qəbristanlığından tapılıb. Onun necə şəhid olduğu haqda məlumat yoxdur. Mənə elə gəlir ki, o şəhid olandan sonra bizim əsgərlər onu orada dəfn ediblər. Dərin basdırlısaydı çətin tapılardı, amma üstünə torpaq töküb örtmüşdülər. Bəlkə fikirləşirmişdilər ki, üstünü basdıraq qayıdanda götürərik. Dəqiq məlumatım yoxdur. 1992-ci ildə Sırxavənd uğrunda gedən döyüşdə o biri qardaşım da başqa bir batalyonda döyüşüb. Amma eyni ərazidə döyüşsələr də bir-birini görməyiblər. O biri qardaşımı sonra Murova aparıblar. Müharibədən çox əsəbi vəziyyətdə gəldi, psixoloji durumu çox ağır idi. O vaxt Sumqayıtdan gedib meyitləri yığanda qardaşımgil də meyit daşıyan maşınla meyitlərin içində ordan çıxmışdılar".

Gülçöhrə xanım deyir ki, qardaşının tabutu gələndə qardaşını yuxuda görmək üçün Allaha yalvarıb və gecə istədiyi yuxunu görüb. "Bilmirəm, necə olub ki, beş dəqiqəlik yuxuya getmişəm. Yuxuda gördüm ki, bir otağa girdim, bir xanım da başda oturmuşdu başında da ağ yaylığı vardı. Deyir ki, Gülçöhrə gəldi. Səsin hardan gəldiyini bilmirəm. Deyir ki, o Gülçöhrə yox, bu Gülçöhrə", məni deyir. Bir də gördüm ki, bir "kulyokdu"onun da içində kəfən. Deyirlər ki, götür, qardaşının kəfənidir, bugündən onun anası sənsən (ağlayır)". 

Gülçöhrə xanım deyir ki, Səfəralının Sumqayıtda oxuduğu məktəbin rəhbərliyi, kollektivi onu çox mehribanlıqla qarşılayıb və onun adına bir sinif otağı veriləcək. "Dekabrın 27-si qardaşımın ad günüdür. Ad günündə Səfəralının adına bir sinif otağı veriləcək, onun ruhuna hədiyyə edəcəklər.  Sağ olsunlar, təklifimi çox müsbət qarşıladılar".

Gülçöhrə xanım təəssüflə bildirdi ki, Birinci Qarabağ müharibəsi şəhidləri ilə İkinci Qarabağ müharibəsi şəhidləri arasında fərq qoyanlar tapılır. "Bəzi qurumlara müraciət edəndə soruşurlar ki, Birinci Qarabağ müharibəsi şəhididir, yoxsa 44 günlük müharibə şəhidi? Çox təəssüf ki, ayrıseçkiliklə də qarşılaşırıq. 

Qardaşıma şəhidlik statusu verilib. Amma bizə şəhid bacı-qardaşları kimi şəhid aləsi vəsiqəsi verilmir. Harasa gedəndə şəhid ailəsi olduğumuzu deyəndə vəsiqə istəyirlər, amma əlimizdə o vəsiqə yoxdur. Amma rəhmətlik anamın şəhid ailəsi vəsiqəsi vardı. Səfəralının ailəsi bizik - qardaş-bacıları. Ona görə də çox istəyirik ki, o vəsiqə bizə də verilsin" - deyə Gülçöhrə xanım bildirdi.

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ