Bazar günü günü, 08 noyabr 2026
     

Xaricdə birinə 40 min manatdan çox pul verdiyimiz heykəli özümüzünkülər düzəldə bilmir?..

Image


Aydın Xan Əbilov: "Özümüzünkülərin sənət nümunələrinin satılmadığı bir halda belə bahalı sənət nümunələrinə dövlətin pulunu xərcləmək bir qədər məntiqli sayılmır"

Yerli medianın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, bu ilin ilk 3 rübü ərzində Azərbaycana xarici ölkələrdən 45 ədəd heykəl gətirilib. Xaricdən gətirilən heykəllərin bir ədədinin orta gömrük dəyəri 25 min 440 dollar (43 min 248 manat) olub.

Müqayisə üçün qeyd olunur ki, ötən ilin eyni dövründə xaricdən Azərbaycana builkindən 3 dəfə az – 15 heykəl gətirilib və heykəlin bir ədədinin orta gömrük dəyəri 28 min 788 dollar (48 min 940 manat) olub.

Bildirilir ki, bu il Azərbaycana ən çox İspaniyadan heykəl gətirilib. İspaniyadan ümumi dəyəri 52,5 min dollar olan 30 heykəl idxal edilib.

Azərbaycana ən bahalı heykəllər ABŞ-dən gətirilib. Bu ilin ilk 9 ayında ABŞ-dən bir ədədinin orta gömrük dəyəri 154 min dollar (262 min manat) olan 6 ədəd heykəl idxal edilib.

Təqdim olunan rəqəmlər diqqətimizi çəkdiyindən bu məsələyə toxunmaq istədik.

Azərbaycanda kifayət qədər heykəltəraşlar, memarlar var ki, onların yaratdığı heykəllər, abidələr nəinki ölkəmizdə, eləcə də Cənubi Qafqazda, dünyanın özündə də məşhurdur. Ölkəmizdə saysız yüksək təhsilli, istedadlı, peşəkar heykəltəraş var ki, onlar əlaqədar qurumlardan sifarişlər gözləyirlər. Olmazmı ki, xaricdən  heykəllər gətirməkdənsə yerli heykəltəraşlara sifarişlər verilsin, şəhərin bəzədilməsi üçün lazım olan heykəlləri onlar düzəltsinlər? Bir ətək pul töküb xaricdən heykəllər alıb başqa ölkələrin büdcəsini doldurmaqdansa, bu pulu ölkəmizin daxilindəki sənətkarla yönəldək, onlar da milli ruhumuza uyğun, milli çalarlarla zəngin abidələr, heykəllər düzəldib şəhərimizin gözəlləşməsində iştirak etsinlər. Çox təəssüf ki, bizdə son illər müxtəlif ağac və bitki növlərinin xaricdən gətirilmə ənənəsi artıq digər istiqamətlərə də sirayət edir. Dövlətin pulunu xaricə axıtmaq özü yaxşı tendensiya deyil. Biz elə etməliyik ki, xaricdən bizim sənətkarlara müraciətlər olsun. Bir də ki, Bakıya gələn qonaqlar üçün öz heykəltaraşlarımızın, memarlarımızın ərsəyə gətirdiyi abidələr, heykəllər daha maraqlı olar. Onsuz da onlar xaricdən gətirilən o heykəlləri, o obrazları ABŞ-da, Avropa ölkələrində görüblər, biz onlara Azərbaycan sənətkarının sənət əsərlərini göstərməliyik. Bu da məqsədəuyğun olar. Eyni zamanda da heykəllər daha münasib qiymətə başa gələ bilər, həm dövlətin büdcəsinə yük düşməz, həm də yerli sənətkarların sosial rifah halı yüksələr, hiss edərlər ki, ölkəmizdə onların yaradıcılığına böyük ehtiyac var. Bu onlara stimul da verər. 

"Bu heykəllər dövlət sifarişi ilə alınırsa..."

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net-Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, əslində bir tərəfdən bu cür faktların çoxalması normal haldır. "Çünki Azərbaycan dünyanın aparıcı ölkələrindən, beyin mərkəzlərindən birinə çevrilib. İqtisadi vəziyyətimiz yüksəldikcə necə ki, maşınlar, zinyət əşyaları, texnika alırıq, eləcə də sənət əsərləri gətirik. Xaricdən sənət əsərlərinin alınıb gətirilməsi həm xarici, həm də daxili bazarda normal qarşılanmalıdır. Nədənsə ölkədə yüzminlərlə dəyəri olan avtomobil alınanda bu qədər səs-küy olmur, amma hansısa sənət əsəri, heykəl alınıb ölkəyə gətiriləndə qiymətinin nə qədər olmasından aslı olmayaraq insanlar sosial şəbəkələrdə hay-küy yaradırlar. Əslində bir sənət əsəri orijinaldırsa, tək nüsxədə hazırlanıbsa onun qiymətinin baha olması təbiidir. Çünki dünyada qəbul olunmuş normalar var ki, sənət əsərlərinin, mədəniyyət nümunələrin və digər əl işlərinin qiyməti baha olmalıdır. Bunlar müxtəlif ölkələrdə hazırlanıb. Baxın, Moskva. Paris, İstanbul, eləcə də başqa şəhərlərdə antikvar və çağdaş incəsənətin dəyərli nümunələrini satan mərkəzlər var ki, bu sənət nümunələrin qiyməti milyonlar, bəzən də milyardlarla ölçülür. Son illər Azərbaycanda da türk sənət nümunələri ilə yanaşı gömrük dəyəri 50 minə yaxın olan və xaricdən gətirilən heykəllərlə bağlı faktlar mövcuddur. Bu işdən başı çıxan da, çıxmayan da sosial şəbəkələrdə bu  barədə danışırlar. Onlardan soruşmaq lazımdır ki, siz sənətşünassınız, həmin abidələrin dəyərini bilirsiz? Bu heykəllər dövlət sifarişi ilə alınırsa buna göstərilən ictimai maraq anlaşılandır. Bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılmalı idi".

A.X.Əbilov qeyd etdi ki, Bakıda gedən tikint-quruculuq işlərinə uyğun olan heykəlləri ola bilsin Bakıda tapa bilmirlər, internet üzərindən araşdırma aparmaqla və sifariş veribv o heykəlləri xaricdən gətirə bilərlər. "Bizim bu qədər heykəltəraşımız, memarımız, sənət adamlarımız, yaradıcı gənclərimiz var və özümüzünkülərin sənət nümunələrinin  satılmadığı bir halda belə bahalı sənət nümunələrinə dövlətin pulunu xərcləmək bir qədər məntiqli sayılmır. Amma sənət adamlarımızın yaratdıqları əsərlər haqqında birmənalı fikir yoxdur. Çünki son illər bizim sənətkarların yaratdığı və Bakının mərkəzi yerlərində qoyulan heykəllər çox tənqid olunur. Elə Koroğlunun, Tağıyevin və başqalarının  heykəlləri ilə bağlı tənqidlər, müzakirələr, söz- söhbətlər çox olub. Bəlkə də dövlət orqanları, bu heykəlləri sifariş edən qurumlar, şəxslər sanki bundan bezib və yorulublar. Bu sahədə yeni söz-söhbət olmasın deyə bu addımı atırlar. Məmurlar, xeyriyyəçilər Azərbaycan xalqının psixologiyasını yaxşı bilir. Bilirlər ki, biz yerli malı, yerli insanların yaratmış olduğu əsərləri, sənət nümunələrini zamanında dəyərləndirə bilmirik. Əksər vaxtlarda onlar ya kölgədə qalır, ya unudulur, ya da xüsusi səs-küyə səbəb olur. Amma xaricdən nə alınırsa  obrazlı desək, sanki onlara büt kimi tapınırıq. Xaricdən alınan şeylərə daha şox dəyər veririk. Ona görə də belə hadisələr zamanı da məmurlar, varlı təbəqə heykəl və heykəlcikləri xaricdən almağa üstünlük verirlər. Zaman gələcək ki, Azərbaycanın özünün də sənət bazarı, kreativ mədəniyyəti və biznesi çox inkişaf edəcək, biz də öz sənət əsərlərimizi xarici bazarlara çıxara biləcəyik".

A.X.Əbilov hesab edir ki, zaman gələcək, Azərbaycan sənətkarlarının da əsərləri pul cəlb edəcək və yüksək qiymətə satılacaq, hələlik buna zaman lazımdır. 

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ