Bazar günü günü, 08 noyabr 2026
     

Şagirdlərimiz Azərbaycan dilini pis, ingilis dilini çox yaxşı bilirlər...

Image


Kamran Əsədov: "Şagirdlər ingilis dilinə daha çox diqqət ayırır, çünki bu, beynəlxalq universitetlərə qəbul olmaq, xaricdə təhsil və…"

Abituriyentlərin buraxılış imtahanlarında Azərbaycan dili fənnindən göstərdikləri nəticələrin ingilis dilinə nisbətdə zəif olması ilə bağlı müəllimlər arasında sosial mediada müzakirələr gedir. 

Onların bir qismi bunu Azərbaycan dili fənnindən imtahan suallarının çətin olması, uşaqların ana dilini bilməməsi ilə, digər qismi isə ingilis dilində mövzuların daha az və vahid istiqamətdə olması ilə əlaqələndirir.

Maraqlıdır, bəs görəsən, abituriyentlərin imtahanda doğma azərbaycan dilindən zəif, ingilis dili fənnindən daha yüksək nəticə göstərməsinin səbəbi nədir?

"Azərbaycan dili tədrisində müasir yanaşmaların və motivasiyaedici tədbirlərin tətbiqi həm ana dilini, həm də digər dilləri yüksək səviyyədə mənimsəmiş nəsillər yetişdirmək üçün vacibdir"

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bunun səbəbi təhsil sistemində mövcud olan metodoloji yanaşmaların, resursların fərqliliyi və şagirdlərin dil öyrənmə prioritetləri ilə bağlıdır. Bu problem sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və müxtəlif mövqelərdən yanaşılsa da, əsasən iki fərqli yanaşma diqqət mərkəzindədir: "Bir qrup bu vəziyyəti Azərbaycan dili üzrə imtahan suallarının çətinliyi və şagirdlərin ana dilini zəif bilməsi ilə izah edir, digər qrup isə ingilis dili proqramlarının daha sadə və konkret olmasının şagirdlərə üstünlük yaratdığını bildirir. Azərbaycan dili üzrə imtahanların tərkibi daha geniş və çoxşaxəli mövzuları əhatə edir. Şagirdlərdən dilin qrammatik strukturlarını anlamaq, mətni oxuyub analiz etmək, məntiqi əlaqələri tapmaq və doğru cavablar seçmək tələb olunur. Bu proses daha çox analitik düşüncə və dərindən öyrənmə tələb etdiyi üçün şagirdlər çətinlik çəkə bilərlər. İngilis dili üzrə imtahanlar isə daha spesifik və standartlaşmış tələblərə malikdir. Bu imtahanlar əsasən qrammatika, söz ehtiyatı və məhdud mövzu dairəsi ilə məhdudlaşır ki, bu da şagirdlərin daha yüksək nəticələr əldə etməsini asanlaşdırır. Bununla yanaşı, şagirdlərin dil öyrənmə motivasiyası da nəticələrdə mühüm rol oynayır. İngilis dili qlobal kommunikasiya dili olduğundan, bu dili öyrənmək şəxsi və peşəkar inkişaf üçün zəruri hesab edilir. Şagirdlər ingilis dilinə daha çox diqqət ayırır, çünki bu, beynəlxalq universitetlərə qəbul olmaq, xaricdə təhsil və iş imkanları qazanmaq, eləcə də texnologiya və mədəniyyətlə əlaqəli resurslara çıxış əldə etmək üçün vacibdir. Digər tərəfdən, Azərbaycan dili şagirdlər üçün doğma dil olduğu üçün çox vaxt ona ikinci dərəcəli əhəmiyyət verilir. Şagirdlər, adətən, ana dilini təbii olaraq bildiklərini düşünərək, onun qrammatik qaydalarını və strukturunu öyrənməyə az maraq göstərirlər. Azərbaycan dili və ingilis dili tədrisinin metodikaları və resursları da nəticələrə təsir edən əsas amillərdəndir. İngilis dili tədrisində daha müasir və interaktiv metodlar tətbiq edilir. Məsələn, dil kurslarında və məktəblərdə şagirdlər çox vaxt onlayn platformalardan, oyunlardan, vizual materiallardan və interaktiv dərsliklərdən istifadə edirlər. Azərbaycan dili tədrisi isə daha ənənəvi metodlara əsaslanır və çox vaxt texnologiyadan istifadə kifayət qədər geniş tətbiq edilmir. Bu, şagirdlərin marağını azalda və tədris prosesinin effektivliyini məhdudlaşdıra bilər".

Ekspertin sözlərinə görə, dil mühiti də mühüm rol oynayır. Müasir dövrdə sosial media, film, musiqi və digər mədəni mənbələr əsasən ingilis dilində təqdim olunur. Şagirdlər gündəlik həyatlarında ingilis dilinə daha çox məruz qalır, bu isə onların bu dili daha yaxşı mənimsəməsinə şərait yaradır. Azərbaycan dili isə əsasən məktəb və ailə mühitində istifadə olunur ki, bu da onun praktiki tətbiq sahələrini məhdudlaşdırır. Şagirdlər gündəlik həyatda ana dilini tətbiq etməyə az imkan tapır və bu, onların nəticələrinə mənfi təsir göstərir: "Təhsilin məzmunu və qiymətləndirmə üsulları da bu fərqlərin yaranmasında təsirlidir. Azərbaycan dili imtahanları daha çox nəzəri biliklərə fokuslanır və tətbiqi bacarıqlardan çox qrammatik dəqiqliyi tələb edir. Bu isə dilin təbii istifadəsindən uzaqlaşmağa səbəb ola bilər. İngilis dili imtahanlarında isə qrammatika və söz ehtiyatı əsas diqqət mərkəzindədir, bu da konkret mövzulara fokuslanaraq şagirdlərə yüksək nəticələr əldə etmək üçün müəyyən üstünlük yaradır. Bu problemi aradan qaldırmaq üçün Azərbaycan dili tədrisində daha müasir yanaşmalar tətbiq olunmalıdır. İnteraktiv dərs metodlarının, rəqəmsal resursların və müasir dərsliklərin istifadəsi şagirdlərin bu dilə marağını artırmağa kömək edə bilər. Tədrisdə yalnız qrammatik qaydalar deyil, həm də dilin tətbiqi, gündəlik istifadə formaları vurğulanmalıdır. Azərbaycan dili dərslərində müasir ədəbiyyat nümunələrinin, populyar mədəniyyət mənbələrinin və aktual mövzuların daxil edilməsi şagirdlərin dilə daha çox bağlanmasına şərait yarada bilər. Eyni zamanda, şagirdlərin motivasiyasını artırmaq üçün Azərbaycan dilinin qlobal mədəniyyət kontekstindəki rolu göstərilməlidir. Onlara bu dilin yalnız milli dəyər deyil, həm də beynəlxalq səviyyədə təbliğ olunan bir vasitə olduğu izah edilməlidir. Bununla yanaşı, dil mühitinin genişləndirilməsi, sosial mediada və digər ictimai platformalarda Azərbaycan dilinin daha çox istifadə olunmasının təşviqi də mühüm əhəmiyyət kəsb edir. Son nəticədə, şagirdlərin Azərbaycan dili və ingilis dili üzrə fərqli nəticələri onların dilə olan münasibəti, tədris metodları və dil mühitinin təsiri ilə izah olunur. Azərbaycan dili tədrisində müasir yanaşmaların və motivasiyaedici tədbirlərin tətbiqi həm ana dilini, həm də digər dilləri yüksək səviyyədə mənimsəmiş nəsillər yetişdirmək üçün vacibdir. Bu, yalnız təhsil sisteminin deyil, həm də milli kimliyin qorunması və inkişafı üçün mühüm əhəmiyyət daşıyır".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ