Bazar günü günü, 08 noyabr 2026
     

COP29 Azərbaycan gəncliyi üçün də böyük sınaq oldu...

Image


Azərbaycanda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi əsas istiqamətlərdən biridir. Azərbaycanın ev sahibliyi ilə keçirilən hər bir tədbirdə gənclərimizin aktiv iştirakı və ölkəmizi layiqincə təmsil etməsi sözün həqiqi mənasında bir vətənpərvərlik işidir.  

Noyabrın 11-də Azərbaycanın ev sahibliyi ilə Bakıda öz işinə başlayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) artıq başa çatıb. İki həftəyə yaxın davam edən COP tədbirlərində Azərbaycan gəncləri, xüsusən də tələbələr, könüllülər, müxtəlif təşkilatları təmsil edən gənclərimiz xüsusi fəallıq göstəriblər. İstər panel iclaslarında təşkil edilən müzakirələrdə, istərsə də təqdimatlarda gənclərin iştirakı yadda qalan olub.  

COP29 tədbirlərində gənclərimiz, gənclər təşkilatları  kütləvi şəkildə təmsil olundular. Azərbaycan gəncliyi həmişə olduğu kimi, bu dəfə də dövlətimizin gördüyü bu uğurlu və əhəmiyyətli işə böyük dəstək oldular. 

COP-da Azərbaycan gənclərinin rolu... 

Ekspertlər deyir ki, Azərbaycan gəncləri bu prosesə öz töhfələrini verməklə həm bir vətənpərvərlik nümunəsi sərgilədilər, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə öz layihə və ideyaları, fikirləri, təqdimatları ilə töhfələr verdilər. Bunu gənclərimizin həyatında həm də bir sınaq mərhələsi olduğunu deyən ekspertlərə görə,   COP29 beynəlxalq miqyasda keçirilən bir tədbir kimi gənclər üçün də əhəmiyyətlidir. Bu cür tədbirlərdə gənclərin iştirakı onların gələcək inkişafı baxımından son dərəcə əhəmiyyətlidir, həm də onların öz potensiallarını üzə çıxarmaqlarına böyük köməkdir.  

Bildirək ki, bu cür iqyaslı beynəlxalq tədbirdə könüllülərin iştirakı xüsusi əhəmiyyət daşıyır. Onu da deyək ki, COP29-da könüllülərin, ümumilikdə, 17 şöbə üzrə 35 fərqli istiqamətdə fəaliyyət göstərməsi halının şahidi olduq. COP29 Azərbaycan Əməliyyat Şirkətinin İşçi qüvvəsi departamentinin Könüllülərlə iş sektorundan veürilən məlumata diqqət yetirsək burada könüllülərin iş prosesini qeyd edə bilərik. Məsələn, COP29 könüllüləri hava limanında qonaqların qarşılanması prosesindən onların transportla hotellərə yerləşdirilməsi, eləcə də Bakı stadionunda dəstəyin göstərilməsinə qədər müxtəlif sahələrdə fəaliyyət göstəriblər. Bundan başqa könüllülər tək qonaqlara deyil, eyni zamanda, COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşlarına və BMT nümayəndələrinə müvafiq işlərin icrasında da yaxından dəstək göstəriblər. 

Rəsmilərin fikirlərinə görə, könüllülər bu  tədbirin təşkilati işlərinə cəlb olunaraq fərqli sahələrdə öz işinin peşəkarları ilə eyni komandalarda çalışmaq imkanı əldə ediblər. 

COP29 Gənc Liderlik Forumu

COP29 start götürdüyü gündən bağlanış gününə qədər maraqlı hadisələrlə, müzakirə və tqədimatlarla yadda qaldı. Noyabrın 11-də Bakıda COP29 çərçivəsində COP29 Gənc Liderlik Forumu keçirildi.  BMT-nin İqlim Dəyişikliyi Konfransının Gənc Danışıqçılar Akademiyasının (YNA) həyata keçirdiyi beynəlxalq münasibətlər, mətbuat, lobbiçilik və s. kimi müxtəlif sahələrdə çalışan iqlim lideri gənclər bir araya gəldilər. Qeyd olunurdu ki, iqlim dəyişikliyi haqqında fikir mübadiləsi nəsillərarası əlaqəni həll etmək və qlobal iqlim siyasətini formalaşdırmaq məqsədi daşıyır.

Forum çərçivəsində gənclərin öz səslərini harada, necə və hansı şəkildə eşitdirə biləcəyi və cəsarətli iqlim fəaliyyətində onların iştirakı kimi məsələlərə toxunuldu. YNA-nın vəkillik lideri Çarli Bevis bildirirdi ki, gənclər iqlim böhranı ilə maraqlanır və təşkilat üçüncü ildir, COP-da iştirak edir.

Fələstin Gəncləri İqlim Danışıqlarının rəhbəri Məhəmməd Usrof deyib ki, gənclər COP-29-a ətraf mühitə, eyni zamanda insanlara zərər vuran qanunsuz fəaliyyətlərdən danışmaq üçün qatılıblar:

"Yaxın Şərqdə hədsiz dağıntılar baş verir. Gənclər Akademiyasının UNFCCC və COP29-da əsas vəzifəsi insanlara çağırış edərək ətraf mühitə vurulan zərərləri azaltmağa cəlb etməkdir".

Noyabrın 12-də isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Yaşıl Zonada "Gənclər İqlim fəaliyyətinin ön cəbhəsində" mövzusunda keçirilən konfrans öz əhəmiyyəti ilə seçildi.  Konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis iştirak etdilər.

Tədbirin əsas məqsədi Mərkəzi Asiya və türkdilli dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və bu dövlətlərin gənclərini iqlim gündəliyinə cəlb etməklə beynəlxalq öhdəliklər istiqamətində görülən tədbirləri təqdim etmək idi.

COP29 tədbiri çərçivəsində noyabrın 13-də Bakıda Mərkəzi Asiya və türk gənclərinin iqlim liderlərinin növbəti COP dialoqu keçirildi.

2024-cü ildə Azərbaycan, Türkiyə, Macarıstan və beş Mərkəzi Asiya ölkəsindən olan gənclər ətraf mühit təhsili, yaşıl bacarıqlar və gənclərin iqlim gündəliyində iştirakını genişləndirməklə bağlı tövsiyələrdən ibarət Gənclər Bəyannaməsi hazırlamaq üçün əməkdaşlıq ediblər. Bu tövsiyələr noyabrın 12-də COP29-da həmin 8 ölkənin hökumətləri tərəfindən imzalanan "İqlim Gündəliyində Uşaqlar və Gənclərin Rolunun Gücləndirilməsi üzrə Qlobal Strategiya Çərçivəsi və Dayanıqlı İnkişaf Prinsipləri (2024-2030)" sənədinə daxil edilib.

Tədbir yüksəksəviyyəli iştirakçılar, birinci xanımlar və gənc liderlərin iştirakı ilə keçirildi. Seminar bu bölgələrdən olan gəncləri prosesə daha aktiv cəlb etməyi hədəfləyir. İştirakçılar COP29-da müzakirə edilən təşəbbüslərdən çıxış edərək, gələn il üçün potensial iş planları hazırlayacaqlar. Bu iş planları gənclərin ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində daha aktiv və təsirli olmasını təmin etməyə yönəlib. Bu tədbir, həmçinin iqlim siyasətinin gələcəyini müəyyən etməkdə gənclərin daha böyük bir yer tutacağını və onların təkliflərinin gələcəkdə tətbiq edilən strategiyaların əsas hissəsi olacağını göstərməkdədir.

Nəticədə bu cür beynəlxalq dialoqlar, xüsusilə gənclərin iştirakı ilə həyata keçirilən təşəbbüslər qlobal iqlim dəyişiklikləri ilə mübarizədə güclü və davamlı nəticələrin əldə edilməsində böyük əhəmiyyət kəsb edir. Gənclərin iqlim gündəliyindəki rolu və bu sahədəki töhfələri, gələcəkdə dünya səviyyəsində daha yaşıl və davamlı cəmiyyətin qurulmasında əsas rol oynayacaq.

Biz gənclərin yaxından iştirakı, dəstəyi ilə keçirilən bir neçə tədbiri qeyd etməklə gənclərimizin bu istiqamətdə oynadığ rola diqqət çəkdik. Qlobal iqlim dəyişiklikləri ilə mübarizə sahəsində Azərbaycan gəncliyi çox aktiv şəkildə öz fəaliyyətini təqdim etdi və bundan sonra da fəaliyyətlərini davanm etdirəcəklər. Həm könüllülər, həm də digər sahələrdə təmsil olunan gənclərimiz ekoloji layihələrdə də yaxından iştirak edir. Bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi faktı da gənclərimizi bu istiqamətdə daha aktiv fəaliyyətini şərtləndirir. Təbii, COP29 da daxil olmaqla, bu kimi qlobal və yerli miqyaslı tədbirlər Azərbaycan gəncliyi üçün bir sınaq meydanı oldu və onlar bu meydanda özlərini milli mənlik şüuruna sahib vətənpərvər gənclər olaraq göstərdilər. Eyni zamanda sübut etdilər ki, onlar Azərbaycan gənci olaraq qlobal dünyanın çətin anlarında, sınaq dövründə çəkilib bir kənarda dayanmırlar və bu sahədə də öz töhfələrini verə bilirlər. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ