Bazar günü günü, 08 noyabr 2026
     

Rüfət Əsədullayevin dünyaya gəldiyi gündür

Image


O hərbiçidir. O, Azərbaycanın ərazi bütöv­lü­yü uğruna savaşıb. O qazidir. Savaşda yaralanıb. Canının yarısı zədə alıb: gözü, əli, ayağı...

Hospitaldan çıxanda evə dönüşünün video­görüntülərinə baxmışdım. Bütün əhali onu qarşılamağa çıxmışdı. Maşın karvanının sonu görünmürdü. Gözü, qolu sarıqlı idi. Ayağı yaralı olduğundan güclə addımlayırdı. Hamı adını çağırırdı, hamı "qəhrəmanımız" deyirdi. Çox kövrəlirəm qazilərimizin evə dönüşünü sər­gi­ləyən video görüntülərə baxanda. Onları yaxından görmək, bağrıma basmaq istəyirəm. Ona da sarılmaq istəyirdim. 

İlk dəfə Astaranın Ərçivan kəndində igidliyi əfsanə olan kapitan Şahnur Hüseynovun xatirə bulağının açılışına gedəndə gördüm onu. Boynuna sarıldım elə. O qədər məsum, yara­şıqlı, təvazökardı.

"Xalqımın, torpağımın azadlığı uğruna savaşmışam. Elədiklərimi də qəhrəmanlıq saymıram"- deyir.

Bədəninin yarısı yaralı qəhrəmanım neçə aydı müalicə alır. Diqqət çəkməsə də bə­də­nin­də qəlpələrlə gəzir. Hələ müalicəsi bitməsə də, "necəsən?" soranlara "Ürəyimin yarası sa­ğa­lıb" deyir.

O, Milli Ordunun baş leytenantı Rüfət Eldar oğlu Əsədullayevdi: Uşaqlıqdan hərbiçi olmaq istəyirdim. Məktəbi bitirəndən sonra Hərbi Akademiyaya getdim. Nə yaxşı ki hərbini seç­dim. Torpaqlarımızın azadlığı uğrunda döyüş­mək mənə də nəsib oldu. Bu hərbiçi kimi deyil, vətən övladı kimi mənim borcumdu. Sa­vaşda heç kim qəhrəmanlıq haqda düşünmür, amma qalib olmaq üçün döyüşür. Elə igid oğullar vardı... 

1994-cü il noyabrın 12-də Astaranın Ərçi­van qəsəbəsində dünyamıza gəlib. 2000-2011-ci illərdə Natiq Kərimov adına 3 saylı tam orta məktəbdə təhsil alıb. 4 il Heydər Əli­yev adına Azərbaycan Ali Hərbi məktəbinin kursantı olub. Yerüstü artilleriya ixtisası üzrə bitirib hərbi məktəbi. 2015-ci ildə leytenant hərbi rütbəsi ilə Ağcəbədi rayonu N saylı hissədə xidmətə başlayıb.

2016-cı il aprel döyüşlərinin iştirakçısıdır qəhrəmanım.

2018- ci ildə baş leytenant hərbi rütbəsi ilə hərbi xidmətinə davam edib. 

İkinci savaşın ilk günündən igidliyi ilə se­çilib. Ən çətin tapşırıqları, əməliyyatları ye­rinə yetirib. Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanıb hədsiz cəsurluğu ilə hamının se­vim­lisi olan Rüfət Əsədullayev. Tank əleyhinə bölüyün komandiri düşmən tankını birinci özü vurub. Bunları demir.

Özü haqqında çox danışmağı sevmir: Nə deyim ki? Hərbiçi olmaq arzum olub. Həmişə müharibə olacağını, döyüşəcəyimi, ermənilər­dən qisas alacağımı, torpaqlarımızı azad edəcəyimizi düşünürdüm. İstəklərim yerinə yetdi. Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim. Məni Hünər adlı gizirimiz xilas etdi. Elə oğuldu ki, Hünər. Bir düşmən texnikasını gözdən qaçırmazdı. 

2015-ci ildən müddətdən artıq hərbi xid­mə­tə başlayan gizir Hünər Məmmədov haq­qında öyrəndiklərim heyrətə salır: təkcə Cəb­rayıl uğrunda döyüşlərdə düşmənin onlarla tankını sıradan çıxarıb Hünər.  Bəzən deyirlər "adam adına oxşayır", elə bil Hünər üçün deyilib. Hünəri ilə ad qazanıb Hünər. "Ona baxanda bütün həyəcanın yoxa çıxırdı. Çox hünərlidi adı kimi" dedilər döyüş yoldaşları. Hünərin həyəcanı isə hələ yoxa çıxmayıb: Qələbəyə inanırdıq. Qələbəmizdən qürur du­yu­ram. Amma o günlərdən danışmaq çətindi. Döyüş yoldaşlarının şəhid olduğunu görmək çox ağır idi. Unuda bilmirəm. Birlikdə döyüşə gedirdik: kimi şəhid oldu, kimi yaralandı, kimi sağ qaldı...Amma hamı qəhrəman idi. Onların mərdliyi hesabına qələbə qazandıq. Rüfət kimi oğulların varlığıdı qələbə. Onunla 2016-cı ildən tanışam. Müxtəlif təlimlərdə, kurs­lar­da birlikdə olmuşuq. 2017-ci ilin sonlarında yeni yaradılmış TƏİRK bölməsində xidmətə davam etmək üçün xüsusi kurslarda da birlikdə olduq. Çox savadlı, peşəkar zabitdi Rüfət.   Kursu ən yaxşı nəticə ilə bitirdiyi üçün bölməyə batareya komandiri təyin olundu. Bilmədiklərimi ondan öyrənmişəm həmişə. 2020-ci ildə düşmənin fəallığı artmışdı. Bizə baş verə biləcək təxribatların qarşısını almaq tapşırığı verilmişdi. Öz işimizi layiqincə ye­ri­nə yetirirdik. Burda da Rüfətin peşəkarlığı xüsusi rol oynayırdı. Tovuz hadisələrindən sonra səbrimiz tükəndi. Hər an əmr gözləyir­dik. Belə davam edə bilməzdi. Genişmiqyaslı hücum əmri alanda Rüfət bizi topladı, "Göz­lə­diyimiz gün gəlib çatdı. Biz torpaqlarımızı azad etmək xoşbəxtliyini yaşayacağıq. Həmin gün bu gündür"dedi. Cəbrayıl-Füzuli istiqa­mətində döyüşlər başladı. Daha az itkiylə daha çox düşməni məhv etmək üçün bölünüb müx­tə­lif istiqamətlərdən hücuma keçirdik. Oktyab­rın 7-də mənim heyətimin vəziyyəti gərgin idi. Gördüm Rüfət köməyə gəlib. Necə sevindim. O yanımda olanda daha inamlı olur­dum. Vəziyyət gözlədiyimizdən çətin idi: düşmənin xeyli hərbi texnikası, canlı qüvvəsi ilə üz-üzə idik. Bu zaman da Rüfət ağlasığmaz igidlik göstərdi. Sağ qalanları başına toplayıb hücuma keçdi. Düşmənin diqqətini öz üzərinə çəkərək tank eleyhinə qurğunu hazırlamaq üçün mənə vaxt qazandırdı. Düşmənin 4 tan­kını vurdum. XTQ-də köməyə gəldi. Düşmən artıq qaçmağa üz qoymuşdu. Gözlərimə inan­mır­dım, texnikanı qoyub qaçırdılar. Birdən kimsə dedi ki, ağır yaralı var, çıxarmaq lazım­dı. Gedib gördüm ki, Rüfətdi. Qan içindəydi. Nə hala düşdüm... İlk tibbi yardım göstərdim. Artıq huşu gedirdi. Onu təcili yardım maşınına çatdırana qədər vurur, silkələyir, hey çağırır­dım: Kombat... Kombat... Həkim yaşayacağına inandırdı məni. Özüm də yaralanmışdım. Tibbi yardımdan sonra yenidən döyüşə qa­yıt­dım. Yaralı olmalarına baxmayaraq döyü­şən­lər çox idi. Düşmən məntəqələrini məhv etdik. 

Beləcə öz kombatını xilas edir Hünər Məm­mədov.

Bu döyüşdə Rüfət Əsədullayev rəhbərlik etdiyi 15 nəfərlik heyətlə düşmənin 10-dan artıq tankını, hərbi texnikasını, yüzdən artıq canlı qüvvəsini məhv edir. Hünərin dediyi kimi "düşmən qaçmağa məcbur olur". İkinci Qarabağ savaşında şəhid olan Milli Qəhrəman polkovnik Şükür Həmidov bu döyüşə nəzarət edirdi. Şükürbəyli istiqamətində hücuma ha­zır­laşan düşmən tanklarının və canlı qüvvə­lə­rinin qarşısının alınması tapşırığını verir cə­nab polkovnik. İgidlərimiz bu tapşırığı ləya­qət­lə yerinə yetirirlər. 

"Bu döyüş çox həlledici idi. Düşmən hü­cu­mu­nun qarşısını ala bilməsəydik, azad et­di­yimiz əraziləri yenidən itirə bilərdik. Bu isə elə bizim üçün ölümə bərabər idi"-dedi Hünər.

Bir neçə günlük döyüş haqqında danışdı Hünər. Belə oğulları necə bağrına bas­ma­yasan? Onlara baxdıqca ən gözəl sözləri de­mək istəyirsən. Amma cəsurluqları, vətən sevgiləri qarşısında sözlər bəs etmir. Sənsə sadəcə bir yazı yazırsan. Onları tanıtmaq istə­yir­sən. Amma xalq, bu torpaq onu qoruyan, sevən oğullarını tanıyır. 

Yaralı Rüfət evə dönərkən yüzlərlə insan "Rüfət, Rüfət" deyib hay salmışdı. Bu sədalar vətən göylərinə yayılırdı. Və yayılacaq. Ulduzlar da eşidirdi bu adı. Və eşidəcək.

Biz Rüfətlərin, Hünərlərin adını nəsil-nəsil eşidəcəyik. 

Kəmalə ABIYEVA

P.S. "Azərbaycan Bayrağı" ordenli qəhrəmanımızı dünyaya gəldiyi gündə təbrik edir, ən gözəl, rahat günlər arzulayıram.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ