Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanda qiyabi təhsil üsulu ləğv edilə bilər...

Image


Kamran Əsədov: "Qiyabi təhsilin tamamilə ləğvi bir sıra problemlərə səbəb ola bilər"

Ali təhsil müəssisələrində təhsilalma formaları əyani və qiyabi olmaqla iki cür müəyyən edilir. Tələbələrin əksəriyyəti əyani təhsil formasına üstünlük verir, lakin buna baxmayaraq qiyabi təhsili seçənlər də var. Ancaq son zamanlar qiyabi təhsil təhsil formalarından biri kimi aktuallığını itirməkdədir. 

Çünki texnikanın, texnologiyaların inkişafı əyani təhsildən kənar təhsilalma imkanlarını artırıb. Hazırda distant (məsafədən) təhsil yolu ilə təhsillənməyə geniş imkanlar açılır. Bu gün bəziləri belə fikirdədir ki, hər gün ali təhsil müəssisələrinə gedib-gəlmək vacib deyil, çünki lazımi bilikləri asanlıqla əldə etmək olar.

Bütün bunlar onu göstərir ki,  ölkədə abituriyentlər ali təhsil ocaqlarına seçim zamanı daha çox əyani təhsil formasına üstünlük verirlər. Bəziləri isə distant təhsilə maraq göstərir.  Çoxları isə qiyabi təhsilin effektiv olmadığını deyir. Görəsən, qiyabi təhsil ləğv oluna bilərmi?

"Qiyabi təhsil bir çox insan üçün əlçatanlıq təmin etsə də, akademik keyfiyyət baxımından müəyyən çatışmazlıqlara malikdir"

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, son illər Azərbaycanda abituriyentlər ali təhsil müəssisələrinə müraciət edərkən əsasən əyani təhsil formasını seçirlər. Bu tendensiya əyani təhsilin həm akademik keyfiyyət, həm də şəxsi inkişaf baxımından daha əlverişli olması ilə bağlıdır: "Əyani təhsil forması tələbələrə dərslərdə müəllim və sinif yoldaşları ilə birbaşa ünsiyyət qurma, praktiki biliklər əldə etmə və fərqli fikirləri müzakirə etmə imkanı verir ki, bu da onların hərtərəfli inkişafına kömək edir. Digər tərəfdən, qiyabi təhsil, hər nə qədər tələbələrə iş-güclə təhsilini birləşdirmək imkanı versə də, əsasən öyrənmə effektivliyi və təhsil keyfiyyəti baxımından əyani təhsillə müqayisədə geri qalır. Qiyabi təhsil modelinin effektiv olmaması məsələsi həm Azərbaycan, həm də dünya təhsil sistemlərində uzun müddətdir müzakirə olunmaqdadır. Qiyabi təhsildə tələbələr dərsə müntəzəm olaraq qatılmır, əyani dərslər və müzakirələrdən uzaq qalırlar. Bu da onların akademik biliklərinin zəif olmasına səbəb olur. Bir çox tələbə qiyabi təhsil modelini seçsə də, burada əldə olunan biliklər, xüsusilə praktiki bacarıqlar baxımından yetərsiz qalır. Çox vaxt qiyabi təhsil alan tələbələr mövzulara dərindən yiyələnməkdə çətinlik çəkir, çünki bu formada tələbə ilə müəllim arasında qarşılıqlı əlaqə məhduddur. Azərbaycan təhsil sistemində qiyabi təhsilin ləğv olunması məsələsi də gündəmə gəlir. Bu, bəzən ali təhsildə keyfiyyətin artırılması üçün zəruri bir addım kimi görülür. Xüsusilə müasir əmək bazarının tələbləri, təhsil keyfiyyəti, praktiki biliklərin artırılması və məzunların peşə hazırlığı baxımından qiyabi təhsil effektiv sayıla bilməz. Əyani təhsil forması tələbələrə mövzuları daha dərindən mənimsəmək və əmək bazarında tələb olunan praktiki biliklərə yiyələnmək imkanı verir. Bu baxımdan, əyani təhsilin üstünlük təşkil etməsi, əmək bazarına uyğun kadrların yetişdirilməsi üçün daha əlverişlidir".

Ekspert hesab edir ki, qiyabi təhsilin tamamilə ləğvi bir sıra problemlərə səbəb ola bilər. Bir çox tələbə, xüsusən də işləyən şəxslər üçün qiyabi təhsil vacib bir imkandır. Bu, işləyən və ya ailəvi məsuliyyətləri olan tələbələrə ali təhsil almaq imkanı verir: "Bu baxımdan, qiyabi təhsilin tamamilə ləğv edilməsi ali təhsildən istifadə etmək istəyən müəyyən bir qrupun hüquqlarının məhdudlaşdırılması kimi görünə bilər. Çözüm kimi isə, qiyabi təhsilin keyfiyyətinin artırılması, tədris metodlarının yenilənməsi və tələbələrə daha çox dəstək verilməsi təklif edilə bilər. Məsələn, onlayn dərs resurslarının artırılması, praktik təlim imkanlarının yaradılması və müasir texnologiyalardan istifadə etməklə qiyabi təhsilin keyfiyyətinin artırılması mümkündür. Dünyanın bəzi ölkələrində də qiyabi təhsil modeli ilə bağlı oxşar müzakirələr aparılır. Məsələn, ABŞ və Avropa ölkələrində qiyabi təhsil onlayn təhsil modelləri ilə əvəzlənir və tələbələrə həm müstəqil, həm də interaktiv təhsil imkanları verilir. Bu da tələbələrin işlə təhsili balanslaşdırmasını asanlaşdırır. Azərbaycan təhsil sistemində də qiyabi təhsilin keyfiyyətinin artırılması üçün onlayn platformaların istifadəsi, əyani və qiyabi təhsil modellərinin sintezindən ibarət "hibrid" tədris forması tətbiq edilə bilər. Bu, qiyabi təhsilin səmərəliliyini artırmaq və tələbələrin təhsil keyfiyyətini təmin etmək üçün bir çıxış yolu ola bilər. Nəticədə, qiyabi təhsilin ləğv olunması məsələsinə tək bir aspektdən yanaşmaq mümkün deyil. Qiyabi təhsil bir çox insan üçün əlçatanlıq təmin etsə də, akademik keyfiyyət baxımından müəyyən çatışmazlıqlara malikdir. Bu təhsil formasının ləğvi ciddi bir addım olacaq və müxtəlif sosial, iqtisadi faktorları da nəzərə almaq lazımdır. Alternativ olaraq, qiyabi təhsil modelinin təkmilləşdirilməsi, təhsil keyfiyyətinin artırılması və yeni tədris metodlarının tətbiqi məsələsinə daha çox diqqət yetirmək vacibdir. Bu yanaşma, həm tələbələrin ehtiyaclarını, həm də təhsil sisteminin keyfiyyətini balanslaşdıracaq bir həll ola bilər".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ