Bazar günü günü, 08 noyabr 2026
     

Bakıda 57 marşrutun istiqaməti dəyişdirilir, 15 marşrutun fəaliyyəti dayandırılır...

Image


COP29-la əlaqədar 11-22 noyabr tarixlərində 57 sayda marşrutun hərəkət sxemi dəyişdirilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Dəyişikliyə əsasən:

3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "28 May" Nəqliyyat Mübadilə Mərkəzi təyin edilib. Belə ki, başlanğıc dayanacağı Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 2 nömrəli, "Nəriman Nərimanov" metrostansiyası olan 5 nömrəli və "Dərnəgül" metrostansiyası olan 88 nömrəli marşrut avtobuslarının təyinat nöqtəsi "28 May" NMM olacaq.

7 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Elmlər Akademiyası" metrostansiyası təyin edilib. Başlanğıc dayanacağı "Azadlıq prospekti" metrostansiyası olan 6 nömrəli, Yasamal Yaşayış Kompleksi (MİDA) olan 10 nömrəli, 9-cu mikrorayon olan 18 nömrəli, Badamdar qəsəbəsi olan 31 nömrəli, Yeni Yasamal yaşayış massivi olan 39 nömrəli, Bakı Beynəlxalq Avtovağzal Kompleksi olan 96 nömrəli, Lökbatan qəsəbəsi olan 125 nömrəli marşrut avtobuslarının son dayanacaq məntəqəsi metronun "Elmlər Akademiyası" stansiyası olacaq.

12 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Ulduz" metrostansiyası təyin edilib. Yeni Günəsli qəsəbəsini metro ilə əlaqələndirən 36 nömrəli marşrutun sxemindən Müzəffər Həsənov küçəsi (Yeni klinika), Tibb Universiteti və metronu birləşdirən 38 nömrəli marşrutun sxemindən isə Keşlə qəsəbəsi çıxarılıb. 71 nömrəli marşrut "Azadlıq prospekti" və "Ulduz" metrostansiyalarını əlaqələndirəcək.

Başlanğıcını Balaxanı (105 nömrəli), Buzovna (107 və 131 nömrəli), Bilgəh (172 nömrəli), Nardaran (189 nömrəli), Ramana (204 nömrəli), Məmmədli (217 nömrəli),Maştağa (M8 nömrəli) qəsəbələri və Savalan yaşayış massivindən (139 nömrəli) götürən marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

4 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Xətai" metrostansiyası təyin edilib. Belə ki, Cəmşid Naxçıvanski küçəsindən başlanğıcını götürən 30 və 32 nömrəli, "Əhmədli" metrostansiyasından fəaliyyətə başlayan 21 nömrəli və Mehdi Hüseynzadə küçəsində (68 nömrəli məktəb) başlanğıc dayanacağı olan 49 nömrəli marşrutların təyinat nöqtəsi metronun "Xətai" stansiyası olacaq.

13 nömrəli marşrut Bakı Beynəlxalq Avtovağzal Kompleksini "Gənclik" Nəqliyyat Mübadilə Mərkəzi ilə, 15 nömrəli marşrut Keşlə qəsəbəsini Azər Manafov küçəsi ilə, 46 nömrəli marşrut Günəşli qəsəbəsini Həmrəylik küçəsi ilə, 60 nömrəli marşrut Polad Həşimov və Yavər Əliyev küçələrini, 61 nömrəli marşrut paytaxtın 9-cu mikrorayonunu Rəşid Behbudov küçəsi (Mərkəzi Bank) ilə, 65 nömrəli marşrut 9-cu mikrorayonu Azərbaycan prospekti ilə, 70 nömrəli marşrut "AzərSu" Tikinti Xəstəxanasını "Neftçilər" metostansiyası ilə, 77 nömrəli marşrut Yeni Yasamal yaşayış massivini Hüseyn Cavid prospekti (FHN) ilə əlaqələndirəcək.
nömrəli marşrut Hövsan Yaşayış Kompleksi (MİDA) və "Həzi Aslanov" metrostansiyasını, 141 nömrəli marşrut Buzovna-Şüvəlan şosesi və Mərdəkan qəsəbəsini, 149 nömrəli marşrut Sahil qəsəbəsi və "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzini, 198 nömrəli marşrut isə Zabrat dəmiryol stansiyası və Zabrat dairəsini birləşdirəcək.

Zabrat qəsəbəsindən başlanğıcını götürən 3 sayda müntəzəm marşrutun (118A, 118B və 148 nömrəli) son dayanacaq məntəqəsi Sabunçu dəmiryol stansiyası təyin edilib.

3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (dəmiryol stansiyası) təyin edilib. Belə ki, başlanğıc dayanacağı Ramana Yeni Yaşayış Kompleksi olan 163 nömrəli, Suraxanı qəsəbəsi olan 184 nömrəli və Ramana qəsəbəsi (Şuşa şəhərciyi) olan 214 nömrəli marşrutların təyinat nöqtəsi "Koroğlu" metrostansiyasının cənub çıxışı ("Piramida" tərəf) olacaq.

62 nömrəli marşrut Sabunçu qəsəsini Nəsirəddin Tusi küçəsi ilə, 93 nömrəli marşrut "Dərnəgül" metrostansiyasını Sabunçu qəsəbəsi ilə, 166 nömrəli marşrut isə Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsi ilə əlaqələndirəcək. Marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

3 sayda müntəzəm marşrutun son dayanacaq məntəqəsi Zabrat dairəsinə təyin edilib. Başlanğıcını Pirşağı qəsəbəsindən götürən 173A və 173B nömrəli və Savalan yaşayış massivindən fəaliyyət göstərən 197 nömrəli marşrutların təyinat nöqtəsi Zabrat dairəsi olacaq.

Sabunçu və Günəşli qəsəbələrini əlaqələndirən 40 və 55 nömrəli marşrutların fəaliyyəti Asif Əsədullayev və Yavər Əliyev küçələri ilə təşkil ediləcək.

140 nömrəli marşrut Şüvəlan qəsəbəsini "Əhmədli" metrostansiyası ilə, 160 nömrəli marşrut isə Binə qəsəbəsini "Həzi Aslanov" metrostansiyası ilə əlaqələndirəcək. Hər iki marşrut üzrə avtobuslar Qala-Pirallahı yolu və Zığ şosesi ilə hərəkət edəcək.

Başlanğıcını Kürdəxanı qəsəbəsindən götürən 185 nömrəli marşrutun son dayanacaq məntəqəsi "8-ci km" bazarı olacaq. Marşrutun fəaliyyəti Əsildar Məmmədəliyev küçəsinə (Sabunçu dəmiryol stansiyası) daxil olmaqla təşkil ediləcək.

3 nömrəli marşrut "Dərnəgül" metrostansiyasını Badamdar qəsəbəsi ilə əlaqələndirəcək. Avtobusların qəsəbədən metrostansiya istiqamətində hərəkəti Badamdar şosesi, M.Müşfiq küçəsi, H.Cavid prospekti, Ə.Haqverdiyev, Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, H.Ələsgərov, Mərdənov qardaşları və A.Bakıxanov küçələri, daha sonra isə öz hərəkət sxemi üzrə təmin ediləcək. Əks istiqamətdə isə avtobus marşrutu N.Yusifbəyli, S.Vurğun, H.Əliyev, Ş.Mehdiyev, Ə.Haqverdiyev küçələri və H.Cavid prospekti, daha sonra isə öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

11 saylı məktəbi Yeni Yasamal yaşayış massivi ilə əlaqələndirən 17 nömrəli marşrut avtobusları Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, Mərdanov qardaşları və A.Bakıxanov küçələri, əks istiqamətdə isə H.Ələsgərov, S.Vurğun, Ş.Mehdiyev, A.Abbasov küçələri ilə hərəkət edəcək. Marşrut daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

15 sayda müntəzəm marşrutun (1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E nömrəli) fəaliyyəti müvəqqəti dayandırılacaq.

Sərnişinlərdən təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur. Tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına uyğun olaraq marşrutların fəaliyyəti mərhələli şəkildə bərpa ediləcək.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ