İlk dəfə COP29 zamanı istifadə olunacaq elektrikli avtobuslar tədbir bitdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək.
Trend xəbər verir ki, bu barədə AYNA tərəfindən COP29 zolaqlarına təşkil edilmiş media tur zamanı AYNA-nın mətbuat katibi Tural Orucov deyib.
O bildirib ki, ölkəyə 160 ədəd elektrik mühərrikli avtobus gətirilib:
"Bu avtobuslar ilk dəfə COP29 zamanı istifadə ediləcək. Tədbir bitdikdən sonra həmin avtobuslar sərnişinlərin ixtiyarına veriləcək",- o qeyd edib.