Bazar günü günü, 08 noyabr 2026
     

Mətbuat Şurasında “Yeni Müsavat” qəzetinin 35 illik yubileyi ilə bağlı toplantı keçirilib - FOTO

Image


Bu gün Azərbaycan Mətbuat Şurasında "Yeni Müsavat" qəzetinin 35 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, mürəkkəb şəraitdə formalaşmış yubilyar nəşr ötən müddətdə əzmkar fəaliyyət göstərərək ayaqda qalmağı, eyni zamanda, inkişaf edərək media brendinə çevrilməyi bacarıb. Bu günün "Yeni Müsavat"ı cəmiyyətin etimad göstərdiyi, inam bəslədiyi mətbuat orqanı kimi oturuşmuş struktura malikdir və belə bir statusun qazanılmasında Yeni Müsavat Media Qrupunun rəhbəri, MŞ İdarə Heyətinin üzvü Rauf Arifoğlunun müstəsna əməyi var. R.Məcid, həmçinin, Mətbuat Şurasının "Yeni Müsavat" qəzetini diplomla təltif etdiyini bildirib və diplom plaketini R.Arifoğluya təqdim edib. 

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli "Yeni Müsavat"ın 35 illiyini ənənəvi fikir daşıyıcılarının bayramı kimi dəyərləndirib. O bildirib ki, 35 il ayaqda qalmaq Azərbaycanın mətbuat tarixində az nəşrə nəsib olmuş xüsusiyyətdir. Bu günün "Yeni Müsavat"ını həm ciddi jurnalistika, həm də ciddi publisistika nümunəsi timsalında xarakterizə edən N.Məmmədli həmçinin deyib ki, bazası və potensialı qəzetə müasir konvergensiya mühitinə uğurlu şəkildə uyğunlaşmağa imkan yaradıb. 

MŞ İdarə Heyətinin üzvü, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı çıxışında bildirib ki, "Yeni Müsavat" müasir Azərbaycanın tarixi ilə bağlı etibarlı mənbədir. O, üzərindən illər keçdikdən sonra da dövrün tədqiqatçılarının bu mənbəyə istinad edəcəklərinə əminliyini ifadə edib və vurğulayıb ki, qəzetin hazırkı yüksək mövqeyi illərin gərgin əməyinin, peşəyə sadəqin mükafatıdır. 

"Yeni Müsavat" yeniliyi duyur, gələcəyə baxır və keçmişi dəyərləndirir", - deyən MŞ İdarə Heyətinin üzvü, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov onu da bildirib ki, Azərbaycanın təlatümlü dövrünün mətbu məhsulu olan yubilyar nəşr hər zaman ideya və amallarına sadiqliyi ilə diqqət çəkib, təkcə Azərbaycan cəmiyyətində deyil, habelə, ölkəmizin hüdudlarından kənarda da populyarlaşıb. 

MŞ İdarə Heyətinin üzvü, Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxışında "Yeni Müsavat"ı ölkəmizin yaradıcılıq mühitində fərqlənən şəxslərin üzərində haqqının olduğu media orqanı kimi qiymətləndirib və deyib ki, bu cəhət ona həm də doğma münasibəti şərtləndirir. 

MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışında yubilyar nəşrin dünyanın media trendlərinin uğurlu tətbiqi formulu olduğunu bildirib və əlavə edib ki, bu cəhət onun peşəkarlığı artırmaq əzminin nəticəsidir. 

"Yeni Müsavat"ın öz fəaliyyəti ilə Azərbaycanın milli mücadiləsinin xronologiyasını yaratdığını vurğulayan MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli onu da deyib ki, yubilyar media orqanı, eyni zamanda, qəzetin qurucusu Rauf Arifoğlunun uğur hekayəsidir. 

MŞ İdarə Heyətinin üzvü, "Azxeber.com" saytının baş redaktoru Hacıbəy Heydərli "Yeni Müsavat"ı ölkəmizə yönəlmiş informasiya təhdidlərinə qarşı mübarizənin mühüm səngəri kimi xarakterizə edib. O, eyi zamanda, nəşrin əməksevər və jurnalistikaya bağlı gənclərin ümid yeri olduğunu da əsaslandırıb. 

MŞ sədrinin müavini Səadət Məmmədova bildirib ki, hər zaman mühüm istinad nöqtəsi olaraq yanaşılan "Yeni Müsavat" qəzeti peşəkar komandanın yaradıcılıq yolunda inamla addımladığı məktəbdir və bu məktəb özünün nümunəvi keyfiyyətləri ilə seçilməkdədir. O, qarşıdakı müddətdə də nəşrin eyni kursu davam etdirəcəyinə əminliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli çıxışında "Yeni Müsavat"ı qələmi haqqa söykənənlərin tribunası kimi dəyərləndirib və deyib ki, belə bir mövqenin qazanılması mühüm ictimai missiyanın düzgün yerinə yetirilməsindən xəbər verir. 

"Yeni Müsavat"ın qəzetçilik ənənələrinin davamında müstəsna rol oynadığını vurğulayan MŞ sədrinin müavini Vüqar Zifəroğlu bildirib ki, nəşrin daim təkmilləşərək həyata keçirdiyi inkişaf yolu dəyərdir, jurnalistikaya sadiqlik etalonudur. 

MŞ İdarə Heyətinin üzvü, "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə çıxışında yubilyar nəşrin vətənpərvərlik təbliğatının aparılmasındakı, milli maraq və mənafelərin müdafiəsindəki missiyasına diqqət çəkib. 

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı təbriklərini çatdıraraq "Yeni Müsavat"ın çətinliklərə sinə gərən, mətin və mübariz media orqanı olduğunu bildirib. 

MŞ-nin icraçı katibi Əvəz Rüstəmov çıxışında yubilyar nəşrin Azərbaycanın haqq və mənafelərinin media müstəvisindəki müdafiəsini peşəkar qurmağı bacardığını qabardıb və bu amilin son dərəcə mühüm əhəmiyyət daşımasından söz açıb.

Yeni Müsavat Media Qrupunun təmsilçiləri Ələsgər Süleymanov, Xalid Kazımlı, Elçin Xalidbəyli, Məhəmməd Türkmən, Əli Rəis, Cavanşir Abbaslı, Vaqif Hüseyn, Elşad Məmmədli, Etibar Seyidağa, Xalidə Gəray, Afaq Mirayiq, Şahanə Rəhimova çıxışlarında "Yeni Müsavat" media ailəsində yer almağın onların həyatında mühüm əhəmiyyət daşıdığını bildirib, xatirələrini bölüşüblər. 

Sonda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu yubilyar qəzetin hər zaman insanlara doğru bildiklərini, cəmiyyət üçün vacib saydığı məsələləri çatdırdığını vurğulayaraq qeyd edib ki,  belə bir missiya qürur və fəxarət mənbəyidir. 35 illik yubileyin ən böyük mükafatının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu deyən R.Arifoğlu, eyni zamanda, rəhbərlik etdiyi nəşrin fəaliyyətinə verilən yüksək dəyərə, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. 




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ