Bazar günü günü, 23 avqust 2026
     

“Anasına deyirdi səni şəhid anası edəcəm” - Gizir Cahan Məmmədzadənin bacısı...

Image


Zərifə Məmmədzadə: "Cahan noyabrın 5-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub"

Aşıq illər ayrısı, 

Şana tellər ayrısı

Bir gün sənsiz qalmazdıq

Olduq illər ayrısı.

Bu bayatının neçə yaşı var bilmirəm, amma onu bilirəm ki, bu bayatını əzizindən ayrı düşənlər, həsrət, hicran atəşində qovurlanlar oxuyurmuş. Zərifənin də yaralı ürəyinə yazılıb bu bayatı. Azərbaycan Ordusunun giziri, Vətən müharibəsi şəhidi Məmmədzadə Cahan Saleh oğlunun bacısı Zərifə Məmmədzadə qardaşının həsrətindən qovrulur. Cahan Zərifənin yeganə qardaşı idi, elə Zərifə də Cahanın bircə bacısı idi. Saleh kişinin halal ocağında böyüyüb Vətənə layiq oğul oldu Cahan. Taleyinə Şuşanın azadlığı uğrunda son damla qanına kimi vuruşub şəhidlik zirvəsinə ucalmaq yazıldı igid Cahanın. Hər şəhidin ömrü bir dastandır. Bu dastanlar el-el, oba-oba gəzib dolaşır, insanların yaddaşına həkk olunur. Cahanın da öz dastanı var. O bu qəhrəmanlıq dastanını Şuşada yazdı, Şuşanı işğaldan azad edən oğullarla çiyin-çiyinə yaratdı. 

"Qardaşım bir dəfə anama "Səni şəhid anası edəcəyəm" demişdi..."

Şəhid Cahan Məmmədzadənin bacısı Zərifə xanımla oktyabrın 31-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının böyük bir zəhmətlə, fədakarlıqla, məsuliyyətlə ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin Şuşa şəhərində təqdimat tədbiri  çərçivəsində yaradıcılıq ezamiyyətində olarkən həmsöhbət olduq. 

Zərifə xanım da qardaşının şəhid olduğu Şuşaya gedirdi. Gedirdi ki, özü boyda həsrətə çevrilən qardaşının döyüş yolunun keçdiyi yerləri dünya gözü ilə görsün, yaddaşına köçürsün...Orada Cahanın da, neçə-neçə onun kimi oğulların da ruhu dolaşır. 

Şuşanı gəzdim gəldim

Daşların düzdüm gəldim

Qardaş, səni görmədim

Əlimi üzdüm gəldim. 

Cahan Məmmədzadə 1994-cü il avqustun 24-də İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. 2000-2011-ci illərdə İsmayıllı rayonunun Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Cahan barədə müxtəlif kitablarda və məqalələrdə gedən məlumatlara görə, o, 2012-ci ilin aprel ayından iyunun 2-nə qədər İsmayıllı rayon Məşğulluq Mərkəzinin göndərişi ilə Göyçay Regional Peşə-Tədris Mərkəzində ofisant kursunda oxuyub. 

2012-2014-cü illərdə Qazax hərbi xidmətdə olub. 2014-cü ilin noyabr ayında 2015-ci ilin 21 yanvarına qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində "motaatıcı tağım komandirinin müavini" – "Gizir hazırlığı" kursunu bitirib. Baş Qərargah rəisinin  əmri ilə "gizir" hərbi rütbəsini alıb. Bakı şəhəri Müşfiqabad qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Qazax rayonu "N" saylı hərbi hissəsinin Quşçu Ayrım kəndində hərbi xidmətini ləyaqətlə yerinə yetirib. O, 2016-cı il dekabr ayının 7-dən Gədəbəy rayon Novosaratovka qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə hərbi xidmətini davam etdirib, sonra isə Gədəbəyin adsız yüksəkliklərində xidmət edib. Cahanın xidmət etdiyi hərbi hissə döyüş bölgəsindən uzaq olsa da, o yerində dayanmayıb və könüllü olaraq Vətən müharibəsinə qatılıb. O 2020-ci ilin 24 oktyabrında ön cəbhəyə gedib, döyüşlərə qatılıb. Məlumatlara görə, Cahan xüsusi təyinatlılarla çiyin-çiyinə döyüşüb. Ən son danışığında deyib ki, Şuşaya 5 kilometr yol qalıb, Şuşanı azad edib qayıdacağam. 

Z.Məmmədzadə bildirir ki, qardaşı vətənə, torpağa çox bağlı idi. "Cahan mənim yeganə qardaşım idi. Şuşanı azad etsə də, salamat qayıtmadı, evimizə şəhid olaraq qayıtdı. Axı söz vermişdi ki, mütləq qayıdacaq. Nişanlı idi. Toyunu təxirə salıb döyüşə yollandı. Qardaşım üçün çox darıxırıq. Elə bil dünyamız tamamilə boşalıb. Çox vətənpərvər, çox cəsur oğlan idi. Qardaşım gizir idi və 2016-cı ildə Aprel döyüşlərində də fəal iştirak edib. Torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək onun ən böyük arzusu idi. 44 günlük Vətən müharibəsində Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Cahan noyabrın 5-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub".

Zərifə xanım deyir ki, qardaşı torpaqların azad edilməsini öz canından əziz bilirdi. Onun sözlərinə görə, Cahan düşməndən qisas almaq hissi ilə yaşayırdı, şəhidlərimizin qanını yerdə qoymamaq, torpaqlarımızı azad etmək onun ən böyük arzusu idi. "Qardaşım bir dəfə anama  "Səni şəhid anası edəcəyəm" demişdi. Çox qəribədir ki, şəhid olacağı qardaşımın ürəyinə dammışdı. Anam yeganə oğlunu itirdiyi üçün çox yanıb-yaxılır, kədərlənir, eyni zamanda da  şəhid anası olmaqdan qürur hissi keçirir. Qardaşımın itkisi bizi çox sarsıdıb. Amma təsəllimiz odur ki, Vətən uğrunda şəhid olub. Şəhid olmaq onun arzusu idi. Baxmayaraq gözü yolda qalanı vardı, amma Vətən sevgisi ona hər şeydən əziz oldu".

Zərifə xanım deyir ki, atası Saleh kişi, anası İlhamə xanım və o özü hər zaman Cahanın yolunu gözləyirlər. Gözləməkdən gözlərinin kökü saralır, amma Cahan qayıtmır ki, qayıtmır. Bir də yadlarına düşür ki, o, hərbi xidmətdə deyil, şəhid olub, məzarı Təzəkənd kəndindədir. Bu gün bütün şəhidlərimiz kimi onun da məzarı xalqımızın, xüsusən də gənc nəslin ziyarət yeridir...
 Bildirək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Cahan Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cahan Məmmədzadə xalqımızın unudulmaz oğullarından biridir. Adı nəsillərdən nəsillərə keçib yaşayacaq, heç nə, heç kim qəhrəmanımızı tarixin, başlıcası isə ana Vətənin yaddaşından silə bilməyəcək. 

İradə SARIYEVA
Şuşa-Bakı




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

23.08.2026 / 18:03
Azərbaycan–Özbəkistan müttəfiqliyinin qarşısında böyük perspektivlər açılır...

23.08.2026 / 17:14
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı

23.08.2026 / 17:11
Prezident İlham Əliyev: "Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub"

23.08.2026 / 17:08
"Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir" - Prezident

23.08.2026 / 16:39
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTO/YENİLƏNDİ

23.08.2026 / 16:30
Daşkənddə Prezident İlham Əliyevin Mirziyoyevlə təkbətək görüşü olub - FOTO

23.08.2026 / 16:07
Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM

23.08.2026 / 16:01
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23.08.2026 / 15:57
Füzulidə “Dostluq bağı”, Mirzə Uluqbəy məktəbi - Azərbaycanla Özbəkistanın qardaşlığının hələ çox simvolları olacaq…

23.08.2026 / 15:44
Azərbaycan-Özbəkistan Regionlararası Forumu 4-cü mərhələdən keçir - Arxada nələr qalıb?...

23.08.2026 / 15:01
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

23.08.2026 / 14:29
Prezident və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

23.08.2026 / 14:28
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - VİDEO

23.08.2026 / 14:17
"Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır" - Hikmət Hacıyev

23.08.2026 / 13:46
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib - FOTO

23.08.2026 / 13:17
Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında prezidentlərin şəxsi münasibətlərinin rolu

23.08.2026 / 13:05
Prezident İlham Əliyevin Özbəkistana səfəri başlayıb - FOTO/VİDEO

23.08.2026 / 12:35
Vuçiç konstitusiyanı dəyişib yenidən prezident olmaq istəyir - Serbiya spikeri hər şeyi açıb tökdü…

23.08.2026 / 11:48
Sidney Marafonu təşkilatçılarının səhvi sosial mediada açıldı - medallara səhvən Münhen stadionunun şəkli vuruldu…

23.08.2026 / 11:20
Tramp: "Kanada ABŞ ştatı olmadan üstünlüklərdən faydalanmaq istəyir"

23.08.2026 / 10:15
Zaxarova alman mediasını hədəf aldı - öz problemlərinizlə məşğul olun…

23.08.2026 / 09:47
Vergi uçotu ilə bağlı 10 min dollarlıq limit bu gündən qüvvəyə mindi

23.08.2026 / 09:22
Bakıda işlədikləri şirkəti soyan şəxslər tutuldu

23.08.2026 / 08:48
Qazaxıstanda Qurultaya seçkilər keçirilir

22.08.2026 / 21:54
“Bakıda Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarını bir araya gətirən Birlik Gecəsi keçirilib

22.08.2026 / 20:33
Berlin yaxınlığında gizli silah anbarı aşkarlandı – Almaniya bir rus agentin izinə düşdü…

22.08.2026 / 20:07
Ukrayna ilk dəfə Rusiyada Ozon logistika mərkəzini vurdu - VİDEO

22.08.2026 / 19:44
Medvedev müharibəyə qarşı çıxan rusları hədəf aldı - Belə alçaqları bağışlamaq olmaz…

22.08.2026 / 19:27
"Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

22.08.2026 / 19:22
Əhliman Əmiraslanov: “Qərbi Azərbaycana qayıdıș Ulu öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir” - MÜSAHİBƏ

22.08.2026 / 18:37
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

22.08.2026 / 18:34
Memar Rizvan Qarabağlının yaradıcılığında vətənpərvərlik motivi...

22.08.2026 / 17:11
İrandan ABŞ-a açıq təhdid - güc yolu ilə onları buna məcbur edəcəyik…

22.08.2026 / 16:36
İsrail Dəməşqdə bir avtomobili vurdu…

22.08.2026 / 16:21
Xalq artisti Şükufə Yusupovanı avtomobil vurdu - vəziyyəti ağırdır...

22.08.2026 / 15:43
Hörmüzün kimin nəzarətində olduğu tam aydın oldu - Trampın dedikləri yalan çıxdı...

22.08.2026 / 15:21
Moskva hava limanlarına genişmiqyaslı hücum planı - Ukrayna müharibə tarixində bir ilkə imza ata bilər…

22.08.2026 / 14:30
Novorossiysk limanında hücuma məruz qalan gəmi heyətini qurtarmağa göndərilən türk gəmisi də vuruldu – ölən və yaralananlar var…

22.08.2026 / 13:58
85 min nəfər ixtisaslı kadra ehtiyac var,6500 avro maaş veriləcək…

22.08.2026 / 13:15
ABŞ-ın BMT-yə borcu 4 milyardı keçdi - Vaşinqton səsvermə hüququnu itirə bilər…

22.08.2026 / 12:32
Tramp Hörmüzü "ABŞ ərazisi" adlandırdı – “qalib gəlib-gəlmədiyimizi bilmirik”…

22.08.2026 / 12:17
Bakıda oğurluq edən 4 şəxs saxlandı

22.08.2026 / 11:52
Ermənistan Rusiya ilə "müttəfiqlikdən" və "strateji tərəfdaşlıqdan" rəsmən imtina etdi - Dövlət proqramı hazırlandı...

22.08.2026 / 11:36
Rusiya Ermənistana buğda və propan göndərdi

22.08.2026 / 11:00
Əməkdar jurnalist Nurani vəfat edib

22.08.2026 / 10:48
Polislər axtarışda olan şəxsləri saxladı, külli miqdarda narkotik ələ keçirdi

22.08.2026 / 10:24
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi

22.08.2026 / 09:50
Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

22.08.2026 / 09:19
Xəzər dənizində zəlzələ oldu

22.08.2026 / 06:49
ABŞ İrana hücumların bərpasını istisna etmir - Tramp açıqladı

22.08.2026 / 06:19
Tramp barəsində impiçment veriləcəyinə əmindir - Demokratlar seçkidə qalib gələrsə…

22.08.2026 / 05:49
Türkiyə Netanyahunu İnterpol axtarışına verir? - Ankara-Təl-Əviv gərginliyi artır…

22.08.2026 / 05:41
Tramp Ağ Evdə bunker tikdirir - məhkəmə qərar verdi

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ