şənbə günü, 20 iyun 2026
     

Vətən sevdalıları unudulmur...

Image


Vətənini ürəkdən sevən, torpağına bağlı olan minlərlə qeyrətli gənc 44 günlük haqq savaşımızda gözünü qırpmadan odun-alovun içinə girdi. Onların yeganə amalı necə olursa-olsun 30 il mənfur düşmənə əsir düşən Qarabağımızı azad etmək idi. Belə də etdilər. Qanları, canları bahasına yağını məhv edib, Vətəni alınmaz qalaya çevirdilər. Qəhrəmanlıq salnaməsi yazaraq xalqımıza şanlı zəfər sevinci yaşadan həmin oğullar cismən aramızdan getsələr də, mənən Vətən səmasının əbədi parlaq günəşinə döndülər. Lerikin qartalları Əliqismət Yaqublu, Cəlal Ağayev də onların cərgəsində dururlar.

Leriklilər öz Vətən sevdalı qəhrəman oğulları ilə həmişə fəxr edirlər. Bu günlər Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri ictimaiyyət nümayəndələri ilə birlikdə hər iki zəfər şəhidimizin şəhadətə qovuşmasının dördüncü ildönümü münasibətilə uyuduğu müqəddəs yerləri ziyarət etdilər və əziz xatirələrinə ehtiram əlaməti olarıq dəstə-dəstə qərənfil hesabına məzarlarını al-qırmızı rəngə boyadılar. Həmçinin hər iki ölümsüzlüyə qovuşan qəhrəmanın şərəfli ömür yolundan sonsuz sevgi, iftixarla söz açdılar. Şəhid ailə üzvləri ilə görüş zamanı icra hakimiyyətinin başçısı Ə.Abbasov onlarla səmimi söhbət edib, bütün qayğı və problemlərini ətraflı öyrəndi.

Lerikin Kələxan kəndində boya-başa çatan Əliqismət Mükafat oğlu Yaqublu həyatı dərk edən gündən Vətənini hər şeydən üstün bilib. Ömrünü hərbiyə bağlamaq istəyində olan Əliqismət Heydər Əliyev adına Bakı Ali Məktəbini, eləcə Təlim-Tədris Mərkəzini bitirib 2015-ci ildə leytenant rütbəsində doğma Azərbaycanın keşiyində durub. 2016-ci ilin Aprel döyüşlərində yağı düşməndən ürəyincə qisas almaqla seçdiyi şərəfli peşəni daha çox sevib. Həmçinin baş leytenant rütbəsinə qədər yüksəlib. Vətən sevgisini, əsgərlərinə sədaqətini, mərdliyini, döyüşkən olduğunu görüb ona Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrin birində xidmət rəisi vəzifəsi tapşırılıb.

Baş leytenant Əliqismət Yaqublu İkinci Qarabağ müharibəsində  Murovdağ, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın döyüşlərində sözün əsl mənasında tarix yazıb. Düşmənə ağır itkilər verib, çoxlu sayda döyüşçüsünü, hərbi texnikasını məhv edib. Neçə-neçə azad olunmuş Vətən torpağına üç rəngli zəfər bayrağımızı sancanda qürur hissi keçirib. Təəssüf ki, Lerikin qəhrəman oğlu 5 noyabr 2020-ci ildə 28 yaşında şəhid olub.

Milyonların ürəyində yuva quran Əliqismət Yaqublu özündən sonra Vətəninə Ələsgər, Məmməd adında iki oğul övladını yadigar qoyub. Onlar hər dəfə ataların ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü "Azərbaycan Bayrağı" ordeninə, "Vətən uğrunda", Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığına görə medallara baxanda yalnız qürur hissi keçirdirlər.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan, ölümündən sonra dövlət tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunan  şəhid gizir Cəlal Ağaverdi oğlu Ağayev Lerik rayonun, Kornədi kəndində dünyaya göz açıb. 36 yaşında ömrünü canından artıq sevdiyi Vətənə bağışlayan Cəlal 2016-cı ilin Aprel döyüşləri zamanı ölümə meydan oxumaqla Vətən naminə misilsiz qəhrəmanlıq örnəyi göstərib. O, 44 günlük haqq savaşımıza gedənlərin sırasında da birinci olub. Həmişə onun qələbə sorağı eşidilib. 29 sentyabrda döyüş tapşırığı alan igid gizir idarə etdiyi tankla düşmənin səngərini keçib, onlarla canlı qüvvəsini o dünyaya göndərib. Ağır keçən həmin döyüşün sonuna yaxın Cəlalın tankı düşmən tərəfindən vurulub. Tankdan sağ çıxan gizir əlində avtomat son damla qanına qədər yağıya qarşı mərdliklə vuruşub...

Cəlal Ağayev el-obada yaxşı ailə başçısı kimi də tanınırdı. Nazənin və Sadiq adlı iki övladını xalqımıza əmanət saxlayıb. İndi dağlar diyarında kiçikli-böyüklü hamı onu özünə iftixar mənbəyi, qürur yeri bilir. Cəlalın keçdiyi qısa, şərəfli həyat yolu gələn nəsillər üçün də  Vətənə, torpağa sevgi nümunəsi olacaq.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

20.06.2026 / 15:18
Brüsseldən İrəvana !təcili" yardım - Aİ Rusiyanın təzyiqinə qarşı kisənin ağzını açdı...

20.06.2026 / 15:02
Romanın “Casa del Cinema” mərkəzində “Tağıyev: Neft” filminin premyerası keçirilib

20.06.2026 / 14:44
"Şişirdilmiş başlıqlar cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir" - MEDİA

20.06.2026 / 14:28
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən dələduz tutuldu...

20.06.2026 / 14:03
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 7 vaqon buğda göndərdi

20.06.2026 / 13:47
Tramp xüsusi nümayəndəsini İranla danışıqlar üçün İsveçrəyə göndərdi...

20.06.2026 / 13:09
Qərbi Azərbaycanda milli-mədəni irsin məhv edilməsi və saxtalaşdırılması faktları araşdırılıb

20.06.2026 / 12:14
Dünya Çempionatını izləmənin ən cazibədar ünvanı - Antiphellos Teatrı…

20.06.2026 / 12:01
Kitabxana işçiləri ilə attestasiya prosesi üzrə ilk məlumatlandırıcı görüş keçirilib

20.06.2026 / 11:59
“Bizim Maqsud müəllim” tamaşası nümayiş olub

20.06.2026 / 11:56
Tramp Süleymaninin öldürülməsinin səbəbini açıqladı

20.06.2026 / 11:54
ABŞ-İran danışıqları: Uitkoff İsveçrəyə səfər edəcək

20.06.2026 / 11:23
Kılıçdaroğlu “Dəmirtaşın həbsinə səs verdiyimə peşman deyiləm” dedi - cavab sərt oldu…

20.06.2026 / 10:43
ABŞ kəşfiyyatından Trampa Netanyahu xəbərdarlığı – bu ehtimal çox yüksəkdir...

20.06.2026 / 10:19
ABŞ Prezidentindən şok İsrail açıqlaması - “…mən nə deyirəmsə onu edirlər”

20.06.2026 / 10:13
Reuters: “Sanksiyaların ləğvi ilə SEPAH-ın biznes imperiyası böyük qazanc əldə edəcək”

20.06.2026 / 10:10
Tramp: “İran razılaşmasa, onları xoşbəxt etməyəcək addımlar atacağıq”

20.06.2026 / 09:58
Tramp Xameneyinin yaralanmasına görə təəssüfləndiyini dedi...

20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi

20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı

20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” - Barak Obama

20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi - Gərginlik artır…

20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? - Heqset mümkün sayır…

20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi - Tuskun reaksiyası gündəmdə…

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ