Bazar günü günü, 08 noyabr 2026
     

Murmanskda doğuldu, Şuşada şəhid oldu, döyüşə gedəndə bunları dedi... - FOTO

Image


Pəri Məhərrəmova: "Noyabrın 7-də Şuşada əlbəyaxa döyüşlərdə şəhidlik zirvəsinə ucalıb"

Şuşaya uzanan yollara analar-bacılar çox baxıb köks ötürür indi. O yollardan göz yaşları axıb gedib çaylara qarışır. Anaların, bacıların gözləri qaynayan çeşmədir. 

Göz yaşım bulaq oldu

Gəlmədin qardaş, gəlmədin

Ürəyim içi yaradır

Bilmədin qardaş, bilmıədin.

Neçə-neçə bacının ürəyinin yarasından, qardaş həsrətindən soraq verir bu misralar...Qaysaq tutmayan yaralarını sarımağa bacılar qardaş istəyir. Qardaş isə şəhid olub, Vətənə canını fəda edib. Getdiyi yerdən qayıda bilməz. 

Qar daşı,

Qarlı dağdan qar daşı.

Xəstə könlü nar istər

Mənim könlüm qardaşı!

Bu bayatını Pəri və Alsu neçə dəfə ürəklərində oxuyublar Allah bilir. Bircə qardaşları nakam Şamonun şəkillərini oxşaya-oxşaya nə qədər yanıb-yaxılıblar, kül olublar. 

Vətən müharibəsi şəhidi Şamo Məhərrəmovun anası və bacıları hələ də onun yolunu gözləyirlər...

Qardaşlarının uğrunda şəhid olduğu Şuşanı görməyə Pəri də, Alsu da çox can atırdı. Oğul həsrətindən qəlbi yanıb kösövə dönən Ruhiyyə ana da o yerləri görmək istəyir, amma getməyə taqəti yoxdur, ayağının gücü qalmayıb.  

Mədəniyyət Nazirliyi Xatirə Kitabı Redaksiyasının təşkilatçılığı ilə baş tutan  Şuşa səfərinə övladları və yaxınları Şuşada şəhid olan bir qrup şəhid ailəsi üzvləri də qoşulmuşdu. 

44 günlük Vətən müharibəsinə ordumuzun əsgəri olaraq qatılan Vətən müharibəsi şəhidi Məhərrəmov Şamo Mətləb oğlunun bacısı Pəri Məhərrəmova ilə 

oktyabrın 31-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının böyük bir zəhmətlə, fədakarlıqla, məsuliyyətlə ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin Şuşa şəhərində təqdimat tədbiri  çərçivəsində yaradıcılıq ezamiyyətində olarkən həmsöhbət olduq. 

Qardaşından danışdıqca Pərinin üzünü kədər bürüyür. Bircə qardaşı, ata evinin çırağı Şamodan danışmaq, onu xatırlamaq gözəl olsa da, eyni zamanda kədərli olduğu da gizlin deyil.   

"Qardaşım Şamo 1997-ci il aprel ayının 26-sı Rusiyanın Murmansk şəhərində anadan olub. Əslən Qax rayonunun Ləkit kəndindən olduğumuz üçün ailəmiz kəndə qayıdıb və Şamo 1-ci sinfə Ləkit tam orta məktəbinə gedib. Amma sonra Bakıda təhsilini davam etdirib. Belə ki, o, tam orta təhsilini Bakı şəhəri Suraxanı rayonu 279 nomrəli məktəbdə başa vurub. Qardaşım uşaq vaxtından çox ağıllı, səlis danışığı ilə hər kəsi valeh edib, hamının hörmətini qazanaraq hər zaman diqqət mərkəzində  olub. Şamonun hələ uşaq yaşlarından idmana, döyüşlərə həddindən artıq marağı olub. Özü jijutsu ilə bir müddət məşğul olub, medallar, diplomlar ilə təltif olunub. Ailəmizin imkanına görə ali təhsil ala bilməyib. 

Şamo uşaq vaxtından zəhmətkeş, ailəsini başa düşən bir oğlan olub. Ən böyük arzularından biri ev tikdirmək və maşın almaq idi. 9-cu sinifdən restoranlarda, kafelərdə ofisant kimi işləyib  ki, məqsədlərinə çata bilsin. 

Gəncə və Qazax zonasında həqiqi hərbi xidmətdə olub.  Əsgərliyini bitirdikdən sonra maşına olan böyük həvəsinə görə rəngsaz (malyar) sənətinə meyl saldı, həmin sənətin sirlərini öyrənməyə başladı. Bir müddət Rusiyada işlədikdən sonra   yenidən Vətənə qayıtdı və öz işlərini davam etdirdi".

Pəri deyir ki, qardaşı kənddən uzaqda işləyirdi, evə vaxtı olanda gəlirdi. Şamo o qədər vətənpərvər olub ki, müharibə başlayanda işini yarımçıq qoyub kəndə gəlib. "2020-ci ilin sentyabr ayının 27-də, müharibə başlayan gün kəndə gəldi. O günün səhərisi  Gəncəyə yola saldıq. "Vətən uğrunda şəhid olmağa gedirəm" dedi. Onun bu sözündən anam qorxdu və ağladı. Anam narahat olmasın deyə "qayıdacağam, indi hamı gedir mən də gedəcəm, amma qayıdacam" dedi. Qardaşım şəhid olacağını sanki əvvəlcədən hiss etmişdi. Bu sözü də qeyri-ixtiyari dilinə gətirmişdi. Bəlkə də anamı, atamı, bizi öz şəhidliyinə hazırlayırdı, kim bilir. 

Anamla, bacımla və mənlə sonuncu dəfə noyabrın 3-də danışdı, dedi ki, hər şey yaxşıdır, üç-dörd günə gələcəyəm. Düz yarım saat evlə danışdı. Sonra da dedi ki, adyal paylayırlar, gedim mən də götürüm. Anamla və bizimlə sağollaşdı. Sonra noyabrın 4-də atama zəng vurub deyib ki, bizi aparırlar, narahat olmayın. Bu, onun sonuncu zəngi oldu. 

Aradan vaxt keçdi, amma nə zəngi gəldi, nə də ondan bir soraq ala bildik. Axtarmağa başladıq.  Qardaşım noyabrın 7-də Şuşada əlbəyaxa döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Bu xəbər bir müddət sonra ailəmizə də gəlib çatdı. Qapımızı qara xəbər döydü, heç kəsin qapısını qara xəbər döyməsin. Qardaşım noyabrın 17-də Qax rayonunun Ləkit kəndində torpağa verildi". 

Pəri deyir ki, qardaşından çox gözəl, əziz xatirələr qalıb və  bu xatirələr heç zaman yaddan çıxmayacaq. 

"Şamo həmişə ailədən kənarda olurdu deyə, biz onun nə vaxtsa gələcəyini, bir gün qapıdan sağ-salamat içəri girəcəyini ümidlə gözləyirik. Anam da, bacım da, mən də ümidimizi kəsməmişik. Hey yol gözləyirik, hey gələcəyinə inanırıq.  Atam-anam Şamonun yolunu çox həsrətlə gözləyiblər. Şamo şəhid olandan bir il sonra atam onun həsrətinə dözməyib oğul nisgili ilə həyatdan köçdü. Qardaşımın bütün arzuları yarımçıq qaldı. Ata-anamızın da onunla bağlı arzuları çin olmadı. Şamo ilə bağlı o qədər gözəl arzularımız vardı ki..." 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Ailəsi Şamonun Vətən uğrunda şəhid olmasını özlərinə təsəlli bilirlər. Deyirlər ki, o, bir cəsur əsgər kimi canını Vətən yolunda fəda edib, ermənilərlə əlbəyaxa döyüşdə hünərini göstərib və qəhrəmancasına şəhid olub, özündən sonra igid adı qalıb Şamonun. İgid ölər, adı qalar deyib ulularımız. Şamo şəhid olsa da, adı, xatirəsi yaşayır, şəhid olduğu əziz Şuşa şəhərində onun da izi qalıb...  

Pəri Məhərrəmova qardaşının şəhid olduğu Şuşaya doğma qardaşı kimi baxır, deyir ki, Şamonun və başqa oğullarımızın qanının töküldüyü torpaq bütün Azərbaycan xalqı kimi onun üçün də əzizdir. Ruhiyyə ana şəhid anasıdır, Pəri və Alsu isə şəhid bacılarıdır...Bu yüksək adı onlara Şamo verib...

İradə SARIYEVA
Şuşa-Bakı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ