Bazar günü günü, 08 noyabr 2026
     

“Şuşanı gördüm, elə bil oğlumu gördüm” - Şəhid Rəşad Mikayılzadənin atası...

Image


İlham Mikayılzadə: "Oğlum 2020-ci il noyabrın 9-da Şuşada öz komandirini xilas edərkən snayperə tuş gəlib şəhid olub"

Elə gün yoxdur ki, yollarını gözləməsinlər. Bəzən  Tanrıdan möcüzə umub deyir ki, ilahi, möcüzə göstər, balamın üzünü bircə dəfə görüm, ona toxunum, saçına sığal çəkim, qoxlayım, oxşayım. Əllərini qeyri-ixtiyari havaya uzadırlar, elə güman edirlər ki, əlləri balalarına toxunacaq, xəyallardan ayılanda ümidləri çilik-çilik olur şəhid ata-analarının. 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Rəşad İlham oğlu Mikayılzadənin valideynləri də tez-tez oğullarını soraqlayırlar. Vətən uğrunda şəhid olan oğulların valideynlərinin arzusu bir-birinə bənzəyir...

"Ən böyük arzum o idi ki, oğlumun şəhid olduğu Şuşanı görüm, ziyarət edim"

Şəhid Rəşad Mikayılzadənin atası İlham Mikayılzadə ilə oktyabrın 31-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının böyük bir zəhmətlə, fədakarlıqla, məsuliyyətlə ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin Şuşa şəhərində təqdimat tədbiri  çərçivəsində yaradıcılıq ezamiyyətində olarkən həmsöhbət olduq. 

Vətən müharibəsi şəhidi Rəşad Mikayılzadə 30 sentyabr 1995-ci ildə  Bakıda doğulub. İbtidai təhsilini Bakı şəhəri Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə alıb, 5-ci sinifdən Sabunçu rayon 311 nömrəli məktəbdə oxuyub, 2013-cü həmin məktəbin məzunu olub. 2017-ci ildə isə Rəşad Sumqayıt Dövlət Universitetini bitirib. Ali təhsilini bitirdikdən sonra Qazaxda həqiqi hərbi xidmət edib və həqiqi hərbi xidmətinin başa çatmasına bir neçə ay qalmış Vətən müharibəsi başlayıb. Rəşad Mikayılzadə müharibədə iştirak etmək, torpaqlarımızın azadlığı mücadiləsinə qoşulmaq istədiyini bildirib. Lakin ailənin yeganə övladı olduğu üçün komandiri onu  müharibəyə getmək fikrindən daşındırmaq istəyib, deyib ki, ailənin tək övladısan, atan-anan gözlərini sənə dikib, sən onların yeganə ümid yerisən, sən müharibəyə getmə. Amma komandirin  israrına baxmayaraq, Rəşad könüllü olaraq Vətən müharibəsinə gedib. Beləliklə, sentyabrının 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü əsgər kimi iştirak edib. Füzulinin, Şuşanın, Hadrutun,  Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə cəngavər kimi vuruşub. Könüllü əsgər Rəşad Mikayılzadə 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperdən açılan atəş nəticəsində şəhid olub. 
2015-ci ildə Azərbaycanda keçirilən I Avropa Oyunlarının könüllüsü olub, xidmətinə görə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən mükafatlandırılıb. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mikayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Həmçinin Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mikayılzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mikayılzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. 

Füzuli, Hadrut, Şuşa və başqa ərazilərimizin azad edilməsi uğrunda böyük şücaətlə döyüşən oğullarımızın arasında 25 yaşlı Rəşad Mikayılzadənin də olmasını ata qürurla vurğulasa da, amma gözündəki kədər, səsindəki qəhər, çöhrəsini bürüyən qüssə, nisgil gözümdən yayınmır, danışdıqca sanki səsi də ağlayır şəhid atasının.  

"Rəşad şəhid olanda 25 yaşı vardı. Vətən Müharibəsinə könüllü əsgər kimi qatılmışdı. Oğlum 2020-ci il noyabrın 9-da Şuşada öz komandirini xilas edərkən snayperə tuş gəlib şəhid olub. Məhz həmin gün də Şuşa işğaldan azad olundu. Rəşad bizim yeganə övladımız idi. Nə bacısı, nə qardaşı vardı. Rəşad ali təhsilli idi, Sumqayıt Dövlət Universitetini bitirmişdi. Əslimiz Lerik rayonundandır. Amma Bakının Yasamal rayonunda yaşayırdıq. Əsgərliyə də Yasamal "voyenkomatından" getmişdi". 

Ata deyir ki, oğlunun qanının tökldüyü, balasının uğrunda canını fəda etdiyi Şuşanı görmək, bu yerləri ziyarət etmək ən böyük arzusu olub. "Şuşaya gəlməyi çox istəyirdim. Ən böyük arzum o idi ki, oğlumun şəhid olduğu Şuşanı görüm, ziyarət edim. Bir vaxtılar bu torpağa balamın və mənim balam kimi neçə-neçə oğulların ayaqları dəyib, onlar Şuşanı azad ediblər, düşmənin izini-tozunu bu torpaqdan siliblər.  Şuşanı gördüm, elə bil oğlumu yenidən gördüm. Bu torpaqda balam şəhid olub axı. Hissələrimi ifadə etmirəm. Övlad itkisi çox ağırdır. Özü də yeganə övladını itirmək daha dəhşətlidir. Mən bir az dözürəm, anası heç dözə bilmir, hey soraqlayır, hey gözləyir, hey ağlayır. Bircə təsəllim odur ki, oğlum Vətən uğrunda şəhid olub. Bizim oğullarımız bu torpaq və üçrəngli bayraq uğrunda canlarından keçdilər. Biz onların sayəsində bu azad torpaqlarda rahat yaşayırıq. 

İlk dəfədir ki, Şuşaya gəlirəm, gəlməyi çox istəyirdim. 2021-ci ildən gəlməyə can atırdım, amma gələ bilmirdim. İndi gəlib çıxdıq.Yoldaşım gələ bilmədi". 

Rəşadın anası Nailə xanım da Şuşanı görmək istəyib, amma müəyyən səbəblərdən gələ bilməyib. Rəşadla bağlı çox arzularının yarımçıq, nakam qaldığını bildirən İlham Mikayılzadə deyir ki, oğluna nə nişan, nə də toy edə biliblər. "Bütün arzularımız yarımçıq qaldı. Deyirdik ki, sağ-salamat əsgərlikdən gəlsin evləndirək, toyunu görək. Amma qismət olmadı. Çox yaxşı uşaq idi. Əməli təmiz, niyyəti pak idi. O, pis vərdişlərdən uzaq idi. Hətta əsgərlikdə orucunu tutub, namazını qılırdı. Özümüz seyid-peyğəmbər övladıyıq...Yeganə övladımız da Vətən uğrunda canını fəda etdi"-deyə İ.Mikayılzadə bildirdi. 

İ.Mikayılzadə Şuşa səsfərinə və şəhidlərimizin adlarının kitablaşdırılmasına görə Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya və kollektivə öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, Xatirə Kitabının gördüyü bu iş misilsizdir və bu kitablarda şəhid oğulların xatirələri əbədiləşdirilir. 

Ata deyir ki, Rəşad  şəhid olandan bir neçə il sonra Tanrı onlara bir qız övladı bəxş edib: "6 aylıqdır. Allahın verdiyi paydır. Qızımızın adı Ayladır. Ayla Rəşadlı. Qardaşının adını soyad kimi verdik. Qoy qardaşının adını soyadında yaşatsın..."

 Qeyd edək ki,  Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının böyük bir zəhmətlə, fədakarlıqla, məsuliyyətlə ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin Şuşa şəhərində təqdimatında övladları Şuşanın azadlığı uğrunda şəhid olan bir qrup valideyn də iştirak edirdi. 

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ